Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-3280/2025 31.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi ilə,
1. İddiaçı X2-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsindən irəli gələn borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi.
İddia tələbi
2. İddiaçı X2-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsindən irəli gələn borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh **********0331 saylı kredit müqaviləsi üzrə borcun məbləği 484.66 AZN əsas, faiz borcu üzrə 15.04 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 499.70(dörd yüz doxsan doqquz manat yetmiş qəpik) AZN, **********0321 saylı kredit müqaviləsi üzrə borcun məbləği 175.62 AZN əsas, faiz borcu üzrə 5.45 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 181.07(yüz səksən bir manat yeddi qəpik) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: - 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.2-ci maddəsinə əsasən, İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1-ci maddəsinə əsasən,.iddia ərizəsi verildikdə; 114.1-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: - 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;
Məhkəmənin mövqeyi
4. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
5. Hazırkı iddia ərizəsi ərazi aidiyyət qaydalarına uyğun olmayaraq xx.xx.2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə təqdim edilmişdir.
6. İş materiallarına əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən işin məhkəmədə baxılması üçün ərazi aidiyyət qaydalarına əməl etmədən Salyan Rayon Məhkəməsinə ünvanlanmışdır.
7. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş Cavabdeh məxsus şəxsiyyəti vəsiqəsinə dair məlumatlardan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü, Neftçala rayonunda doğulmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner B/Y-nin 1472 K ünvanında qeydiyyatdadır.
8. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 9"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir.
10. Göründüyü kimi, Cavabdeh Salyan rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Salyan Rayon Məhkəməsində baxılmalı deyildir.
11. Odur ki, İddiaçı X2-Bank Kredit Təşkilatının tərəfindən verilmiş iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyən edilmiş ərazi aidiyyət qaydalarına uyğun verilmədiyindən iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
12. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, hesab edirəm ki, **********23 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən Dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul X1 İdarəsi tərəfindən İddiaçı X2-Bank Kredit Təşkilatına qaytarılmalıdır.
13. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:
İddiaçı X2-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsindən irəli gələn borc” tələbinə barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X2-Bank Kredit Təşkilatına izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. **********23 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən Dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul X1 İdarəsi tərəfindən Unibank” KB ASC-yə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rüstəm Alıyev