Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-3463/2025 10.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Şamilov Əliabbas Yadigar oğlunun, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh7, Cavabdeh3, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 oğlu qarşı “borc” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh7, Cavabdeh3, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 oğlu qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 13433.71 manat əsas borc, 2578.39 manat faiz borcu olmaqla, cəmi 16012.10 manat məbləğdə pulun və tutmanın ipoteka predmeti olan “VOLVO FM/FH 4X2T” yük markalı,**- RL-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq (elektron) hərracda satılması və satışdan əldə olunan pul hesabına 16012.10 manat kredit borcunun və ödənilmiş 138.04 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, nəqliyyat vasitəsinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, cavabdehlə razılığa gəldiyi üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını, işə əlavə olunmuş sənədlərin və dövlət rüsumunun ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 da iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh7, Cavabdeh3, Cavabdeh6, Cavabdeh1 və Cavabdeh2 oğlu qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 138.04 (yüz manat) manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin X1 İdarəsi) tərəfindən ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-3463/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-3463/2025
10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver