Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-347/2025 12.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi vəkil Nümayəndə “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10000 (on min) manat məbləğində borc pul vəsaitinin, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində pul vəsaitinin və məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 120 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh yazdığı xx.xx.2024-cü il tarixli borcun etirafına dair yazılı sənəddə İddiaçı 10000 manat pul borcunun olmasını, həmin vəsaitin 4 ay müddətinə geri qaytarılması barədə öhdəlik götürdüyünü təsdiq edərək etiraf etmişdir. Öhdəliyinin son icra günü xx.xx.2024-cü il tarixi müəyyən edilməsinə və həmin müddətin bitməsindən sonra iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi şəkildə xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, 10000 (on min) manat məbləğində vəsaitin geri qaytarılmasından yayınmışdır. Daha sonra tərəflərindən cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək 10000 (on min) manat məbləğində vəsaitin 5 (beş) təqvim günü ərzində İddiaçı geri qaytarılmasını, əks təqdirdə barəsində müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin məktub cavabdehə xx.xx.2024-cü il tarixində çatdırılmış, lakin müəyyən edilmiş vaxt ərzində cavabdeh tərəfindən ödəniş icra edilməmişdir. Hazırkı iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, cavabdeh iddiaçıya borcunun olduğunu yazılı sənədlə etiraf etmiş və hazırda həmin vəsaiti qaytarmamaqla əsassız varlanır. Tərəflər arasında yaranmış mübahisəsinin məhkəmə qaydasında həll olunması məqsədi ilə iddiaçı hüquqi yardım üçün 320 manat məbləğində vəsait ödəmiş və buna dair qəbz iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iş üzrə bütün sübutları məhkəməyə təqdim etmişdir. Cavabdeh borcun etirafına dair yazılı sənəddə və məhkəmə iclasında onunla əlaqə saxlanılan zaman iddiaçıya 10000 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında cavabdeh ilə əlaqə saxlanılan zaman borcunu qrafik üzrə ödəyəcəyini qeyd etsə də, yazılı sənəddə 4 ay müddətinə borcunu geri qaytaracağı barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh bu günə qədər borcundan ödəməmişdir. Bu barədə dəfələrlə ona yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə edilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə və AZEMİS vasitəsi ilə “SMS” bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında məhkəmə iclas katibi cavabdehin istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrəsi ilə əlaqə saxlamış, cavabdeh bildirmişdir ki, iddia ərizəni almış və bu barədə məlumatlıdır. İddiaçıya 10000 (on min) manat borcu vardır. Borcunu qrafik üzrə hər ay ödəyəcəkdir. Məhkəmə iddiaçının nümayəndəsi vəkilin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan və məhkəmə iclasında cavabdeh tərəfindən yazıldığı və imzalandığı təsdiq olunan mübahisələndirilməyən xx.xx.2024-cü il tarixli əlyazma qəbzdən görünür ki, “mən Cavabdeh İddiaçı 10000 manat məbləğində borc pul aldım. 4 ay müddətində qaytarmaq şərti ilə alıram. X4 Elnur zamin durur. İmzamla təsdiq edirəm” məzmunundadır. İş materiallarında olan iddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə müraciət edərək borclu olduğu 10000 manat məbləğində vəsaiti 5 təqvim günü ərzində İddiaçı geri qaytarmasını, əks təqdirdə barəsində müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına iddiaçının nümayəndəsinin elektron kabineti vasitəsi ilə əlavə edilmiş PulPal ödəniş sistemi vasitəsi ilə ödənilmiş qəbzdən görünür ki, X2 Bakı şəhəri 31 saylı Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 320 manat məbləğində pul ödəmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 10000 manat borc pul almışdır. Borcunu 4 ay müddətin qaytaracağına söz versə də, borcunu bugünki günə qədər qaytarmamışdır. Cavabdeh adından yazılmış və imzalanmış qəbzi özü yazıb imzaladığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan pul almasını qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halın iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Cavabdeh iddiaçıdan aldığı borcunu qaytarmasını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, iddiaçının məhkəmədə qaldırdığı iddia əsaslı və qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 329.2ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Nəzərə alınmalıdır ki, MPM-in 9.3-cü maddəsinin tələbinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. MPM-nin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu əvəzində 120 manat və hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10000 (on min) manat, hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat və məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 10000 (on min) manat, hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat və məhkəməyə dövlət rüsumu olaraq ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-347/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-347/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver