Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-351/2025 24.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 108 manat borc məbləği, 10 manat cərimələr üzrə borc qalığı və 30 manat məbləğində dövlət rüsumunun-cəmi 148 manat tutularaq iddiaçıya ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2023-cü il yarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən sonuncunun Cavabdeh Öruc oğlu arasında 05 iyun 2020-cı il tarixli WTCN-007949 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh “Vorid Telekom" mağazasından ümumi nisyə dəyəri 342 manat olan Xiomi Redmi 8A (İMEL:**********60205) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh Öruc oğlu xx.xx.2020-ci il tarixdən başlayaraq hər ayın 05dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 19 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümümi dəyəri 73 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-ci bəndinin tələblərinə əsasən bü müqavilənin icrası rə bağlı meydana çıxan bütün mübahisələr lərəflər arasında danışıqlar yolu iə həli ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə cavabdeh Hüseynov lham Oruc oğlu borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən, Cavabdeh 173 manat borc məbləği, 17 manat cərimələr üzrə borc qalığı və 30 manat məbləğində dövlət rüsumunun-cəmi 220 manat tutularaq iddiaçıya ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nə məxsus xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 05 iyun 2020-cı il tarixli WTCN-007949 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə 173 manat əsas məbləğ, 17 manat cərimə və cəmi 190 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli X2-satqı müqaviləsindən görünür ki, Cavabdeh 18 ay müddətinə 342 manat məbləğində Xiomi Redmi 8A markalı telefon satılmışdır. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, Cavabdeh cədvəl üzrə ümumi məbləğin 5 (beş) gün ərzində ödənilməsi təklif olunur və rəsmi xəbərdarlıq edilir ki, əgər qeyd olunan tarixədək borcun ödənilməsi təmin edilməzsə, onunla “X1 MMC” arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə xitam verilməsi məqsədi ilə və ümumi borcun məcburi, o cümlədən təminatın hesabına ödənilməsi üçün qanun vericilikdə nəzərdə tutulan tədbirlər görüləcək. İş materiallarında olan Girov Müqaviləsindən görünür ki, girov saxlayanla girov qoyan arasında bağlanmış 05 iyun 2020-ci il tarixli WTCN-007949 №li hissə-hissə şərtləri ilə mal alqı-satqısı haqqında müqaviləyə əsasən bundan sonra “Əmlak” adlandırılan Xiomi Redmi 8A markalı 2/32 imei2: **********60205 imei2:**********60213 modeli, 342 AZN məbləğində avadanlığının dəyərinin ödənilməsini təmin etmək məqsədilə Girov qoyan ona təhvil verilmiş həmin əmlakı, özündə saxlamaq şərtilə girov qoyur. İş materiallarında olan № 002 saylı, xx.xx.2023-cü il tarixli Faktorinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Cavabdeh qarşı olan tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət nəfinə 30 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-6.1-ci madəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 173 manat əsas, 17 manat cərimə borcu, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 220 manat məbləğində borc tutulub İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 173 manat əsas, 17 manat cərimə borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 220 manat tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-351/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-351/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver