Məhkəmə qərarları › İş №e-2(057)-3620/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-3620/2025

15.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-3620/2025 15.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Mən Salyan Rayon Məhkəməsinin hakimi Kələntərov Şahəddin Əhməd oğlunun, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİM İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «sığorta ödənişinin məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən, eyni zamanda, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışın surətindən görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Bakı Sumqayıt şossesi, 8-ci km, qərb hissəsi, ev 17a, mənzil 99-da qeydiyyatdadır. Həmçinin iddiaçı "xxxx" ASC-nin qeydiyyat ünvanı Bakı şəhərində yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.3-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericilik üzrə ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsi tərəfindən "xxxx" ASC-yə qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə şikayət vermək olar. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar