Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-59/2025 11.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Hüseyin Mənsimli və ya cavabdeh) qarşı “kredit üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0084075AZN40428 saylı Xidmətin göstərilməsi üçün ərizəyə əsasən 5578.63 (beş min beş yüz yetmiş səkkiz manat altmış üç qəpik) manat əsas borc, 1469.04 (bir min dörd yüz altmış doqquz manat dörd qəpik) manat faiz borcu, 2149.44 (iki min bir yüz qırx doqquz manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 9197.11 (doqquz min bir yüz doxsan yeddi manat on bir qəpik) manat, 0084075AZN42948 saylı Xidmətin göstərilməsi üçün ərizəyə əsasən 12712.79 (on iki min yeddi yüz on iki manat yetmiş doqquz qəpik) manat əsas borc, 3361.84 (üç min üç yüz altmış bir manat səksən dörd qəpik) manat faiz borcu, 4604.51 (dörd min altı yüz dörd manat əlli bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 20679.14 (iyirmi min altı yüz yetmiş doqquz manat on dörd qəpik) manat, 41010AZNFK********** saylı kart hesabına əsasən 730.38 (yeddi yüz otuz manat otuz səkkiz qəpik) manat əsas borc, 226.80 (iki yüz iyirmi altı manat səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 957.18 (doqquz yüz əlli yeddi manat on səkkiz qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 183 (bir yüz səksən üç) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra - “Bank”) ilə Cavabdeh (bundan sonra - “Borcalan”) arasında xx.xx.2022-ci il tarixdə 0084075AZN40428 saylı Xidmətin göstərilməsi üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 20 %, illik cərimə faizi 180 % olmaqla, 6000 manat məbləğində istehlak xərcləri məqsədilə kredit verilmişdir. Həmin ərizəni imzalamaqla Borcalan Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2022-ci il tarixli, 1.1.5 nömrəli versiyasının şərtlərini qəbul etmişdir. Eyni zamanda arasında xx.xx.2022-ci il tarixdə 0084075AZN42948 saylı Xidmətin göstərilməsi üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik dərəcəsi 20%, illik cərimə faizi 180% olmaqla, 13000 manat məbləğində istehlak xərcləri məqsədilə kredit verilmişdir. Həmin ərizəni imzalamaqla Borcalan Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində yerləşdirilən xx.xx.2022-ci il tarixli, 1.1.5 nömrəli versiyasının şərtlərini qəbul etmişdir. Bundan əlavə borclunun 41010AZNFK********** saylı kart hesabına əsasən 730.38 (yeddi yüz otuz manat otuz səkkiz qəpik) manat əsas borc, 226.80 (iki yüz iyirmi altı manat səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 957.18 (doqquz yüz əlli yeddi manat on səkkiz qəpik) manat texniki overdraft üzrə borcu yaranmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra eməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 442, 450 və 464 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2024-cü il tarixə Bank qarşısında öhdəliyi: 0084075AZN40428 saylı Xidmətin göstərilməsi üçün ərizəyə əsasən 5578.63 (beş min beş yüz yetmiş səkkiz manat altmış üç qəpik) manat əsas borc, 1469.04 (bir min dörd yüz altmış doqquz manat dörd qəpik) manat faiz borcu, 2149.44 (iki min bir yüz qırx doqquz manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 9197.11 (doqquz min bir yüz doxsan yeddi manat on bir qəpik) manat təşkil edir. Gecikmə günü: 442 0084075AZN42948 saylı Xidmətin göstərilməsi üçün ərizəyə əsasən 12712.79 (on iki min yeddi yüz on iki manat yetmiş doqquz qəpik) manat əsas borc, 3361.84 (üç min üç yüz altmış bir manat səksən dörd qəpik) manat faiz borcu, 4604.51 (dörd min altı yüz dörd manat əlli bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 20679.14 (iyirmi min altı yüz yetmiş doqquz manat on dörd qəpik) manat təşkil edir. Gecikmə günü: 450 41010AZNFK********** saylı kart hesabına əsasən 730.38 (yeddi yüz otuz manat otuz səkkiz qəpik) manat əsas borc, 226.80 (iki yüz iyirmi altı manat səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 957.18 (doqquz yüz əlli yeddi manat on səkkiz qəpik) manat təşkil edir. Gecikmə günü: 464 Odur ki, Cavabdeh 0084075AZN40428 saylı Xidmətin göstərilməsi üçün ərizəyə əsasən 5578.63 (beş min beş yüz yetmiş səkkiz manat altmış üç qəpik) manat əsas borc, 1469.04 (bir min dörd yüz altmış doqquz manat dörd qəpik) manat faiz borcu, 2149.44 (iki min bir yüz qırx doqquz manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 9197.11 (doqquz min bir yüz doxsan yeddi manat on bir qəpik) manat, 0084075AZN42948 saylı Xidmətin göstərilməsi üçün ərizəyə əsasən 12712.79 (on iki min yeddi yüz on iki manat yetmiş doqquz qəpik) manat əsas borc, 3361.84 (üç min üç yüz altmış bir manat səksən dörd qəpik) manat faiz borcu, 4604.51 (dörd min altı yüz dörd manat əlli bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 20679.14 (iyirmi min altı yüz yetmiş doqquz manat on dörd qəpik) manat, 41010AZNFK********** saylı kart hesabına əsasən 730.38 (yeddi yüz otuz manat otuz səkkiz qəpik) manat əsas borc, 226.80 (iki yüz iyirmi altı manat səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 957.18 (doqquz yüz əlli yeddi manat on səkkiz qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 183 (bir yüz səksən üç) manat dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək, iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və adında olan nömrəyə AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 0084075AZN42948 saylı Xidmətin göstərilməsi üçün ərizənin ksero surətindən görünür ki, xx.xx.2025-ci il tarixədək illik dərəcəsi 20%, illik cərimə faizi 180% olmaqla, 13000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə 0084075AZN40428 saylı Xidmətin göstərilməsi üçün ərizənin ksero surətindən görünür ki, xx.xx.2025-ci il tarixədək illik dərəcəsi 20%, illik cərimə faizi 180% olmaqla, 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışının ksero surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri -0084075AZN40428 saylı Xidmətin göstərilməsi üçün ərizəyə əsasən 5578.63 (beş min beş yüz yetmiş səkkiz manat altmış üç qəpik) manat əsas borc, 1469.04 (bir min dörd yüz altmış doqquz manat dörd qəpik) manat faiz borcu, 2149.44 (iki min bir yüz qırx doqquz manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 9197.11 (doqquz min bir yüz doxsan yeddi manat on bir qəpik) manat təşkil edir. Gecikmə günü: 442, 0084075AZN42948 saylı Xidmətin göstərilməsi üçün ərizəyə əsasən 12712.79 (on iki min yeddi yüz on iki manat yetmiş doqquzqəpik) manat əsas borc, 3361.84 (üç min üç yüz altmış bir manat səksən dörd qəpik) manat faiz borcu, 4604.51 (dörd min altı yüz dörd manat əlli bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 20679.14 (iyirmi min altı yüz yetmiş doqquz manat on dörd qəpik) manat təşkil edir. Gecikmə günü: 450, 41010AZNFK********** saylı kart hesabına əsasən 730.38 (yeddi yüz otuz manat otuz səkkiz qəpik) manat əsas borc, 226.80 (iki yüz iyirmi altı manat səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 957.18 (doqquz yüz əlli yeddi manat on səkkiz qəpik) manat təşkil edir. Gecikmə günü: 464 İş materiallarında olan bildirişin ksero surətindən görünür ki, cavabdehə gecikdirilmiş öhdəliklərinin lazımınca icrasını həyata keçirməsi üçün 7 iş günü müddətinə möhlət verilmiş, əks halda gecikdirilmiş öhdəliyinin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin e-2(057)-738/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə müvafiq rəy verilənə kimi mülki işin icraatı dayandırılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin e-2(057)-59/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, e-2(057)-59/2025 saylı mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 183 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7931 nömrəli, 09 yanvar 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və “PaşaBank” Aşıq Səhmdar Cəmiyyəti ilə X6 oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0084075AZN40428 saylı Xidmətin göstərilməsi üçün ərizə müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Hacı-X4 xx.xx.2024-cü il tarixə banka 5571.06 manat əsas, 1458.65 manat faiz borcu, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və “PaşaBank” Aşıq Səhmdar Cəmiyyəti ilə X6 oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0084075AZN42948 saylı Xidmətin göstərilməsi üçün ərizə müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Hacı-X4 xx.xx.2024-cü il tarixə banka 12794.50 manat əsas, 3261.97 manat faiz borcu yaranmışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kimi, cavabdeh Hacı-X4 41010AZNFK********** saylı kart hesabına əsasən müqavilə və faizlərin hesablanmasına dair heç bir məlumat olmadığı üçün borclunun əsas və faiz borcunu müəyyən etmək olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı bankdan pul götürmüş, kreditin bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməkdən boyun qaçırmaqla üzərinə düşən öhdəliyi icra etməkdən imtina etmişdir. Bundan başqa ekspert rəyinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli, 0084075AZN40428 saylı Xidmətin göstərilməsi üçün ərizə müqaviləsinə əsasən əsas borcu 5578.63 manat deyil, 5571.06 manat, faiz borcu 1469.04 manat deyil, 1458.65 manat, xx.xx.2022-ci il tarixli, 0084075AZN42948 saylı Xidmətin göstərilməsi üçün ərizə müqaviləsinə əsasən faiz borcu 3361.84 manat deyil, 3261.97 manat olmuşdur. Ona görə də, məhkəmə ekspert rəyinə əsasən qeyd olunan məbləğlərinin tutulmasını əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 182.14 (bir yüz səksən iki manat on dörd qəpik) manat pul cavabdehə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pulun 90 (doxsan) manat olan hissəsi Cavabdehdən, qalan 10 (on) manat olan hissəsi isə İddiaçıdan alınaraq köçürülməlidir: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************. Beləliklə, məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, cavabdehdən 0084075AZN40428 saylı Xidmətin göstərilməsi üçün ərizəyə əsasən 5571.06 (beş min beş yüz yetmiş bir manat altı qəpik) manat əsas, 1458.65 (bir min dörd yüz əlli səkkiz manat altmış beş qəpik) manat faiz, 2149.44 (iki min yüz qırx doqquz manat qırx dörd qəpik) manat cərimə, 0084075AZN42948 saylı Xidmətin göstərilməsi üçün ərizəyə əsasən 12712.79 (on iki min yeddi yüz on iki manat yetmiş doqquz qəpik) manat əsas, 3261.97 (üç min iki yüz altmış bir manat doxsan yeddi qəpik) manat faiz, 4604.51 (dörd min altı yüz dörd manat əlli bir qəpik) manat cərimə, 41010AZNFK********** saylı kart hesabına əsasən 730.38 (yeddi yüz otuz manat otuz səkkiz qəpik) manat əsas, 226.80 (iki yüz iyirmi altı manat səksən qəpik) manat cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 182.14 (bir yüz səksən iki manat on dörd qəpik) manat olmaqla, cəmi 30897.74 (otuz min səkkiz yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 0084075AZN40428 saylı Xidmətin göstərilməsi üçün ərizəyə əsasən 5571.06 (beş min beş yüz yetmiş bir manat altı qəpik) manat əsas, 1458.65 (bir min dörd yüz əlli səkkiz manat altmış beş qəpik) manat faiz, 2149.44 (iki min yüz qırx doqquz manat qırx dörd qəpik) manat cərimə, 0084075AZN42948 saylı Xidmətin göstərilməsi üçün ərizəyə əsasən 12712.79 (on iki min yeddi yüz on iki manat yetmiş doqquz qəpik) manat əsas, 3261.97 (üç min iki yüz altmış bir manat doxsan yeddi qəpik) manat faiz, 4604.51 (dörd min altı yüz dörd manat əlli bir qəpik) manat cərimə, 41010AZNFK********** saylı kart hesabına əsasən 730.38 (yeddi yüz otuz manat otuz səkkiz qəpik) manat əsas, 226.80 (iki yüz iyirmi altı manat səksən qəpik) manat cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 182.14 (bir yüz səksən iki manat on dörd qəpik) manat olmaqla, cəmi 30897.74 (otuz min səkkiz yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pulun 90 (doxsan) manat olan hissəsi Cavabdehdən, qalan 10 (on) manat olan hissəsi isə İddiaçıdan alınaraq köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-59/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-59/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver