Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-645/2025 12.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 vərəsəsi Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2701.56 ( iki min yeddi yüz bir manat, əlli altı qəpik) manat əsas, 19.16 (on doqquz manat, on altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2720.72 (iki min yeddi yüz iyirmi manat, yetmiş iki qəpik) manat borcun və ödənilmiş 47.21 (qırx yeddi manat, iyirmi bir qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2019-cu il tarixli, BPM**********99 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 17 %-lə 48 ay müddətinə 4800 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Tərtər rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 328 saylı cavab məktubundan görünür ki, X2 qalmış mirası cavabdehlər qəbul etmişlər. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş 2701.56 manat əsas, 19.16 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Odur ki, X3 vərəsəsi Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2701.56 ( iki min yeddi yüz bir manat, əlli altı qəpik) manat əsas, 19.16 (on doqquz manat, on altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2720.72 (iki min yeddi yüz iyirmi manat, yetmiş iki qəpik) manat borcun və ödənilmiş 47.21 (qırx yeddi manat, iyirmi bir qəpik) manat dövlət rüsumunun manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 (digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qanuni nümayəndəsi) iddianı qəbul edərək, təmin olunmasına etiraz etmədiyini, lakin maddi imkanı az olduğu üçün ödəməyə imkanı çatmadığını bildirmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; İddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********99 saylı kredit müqaviləsindən görünür ki, ona illik 17 %-lə, 48 ay müddətinə 4800 manat kredit verilmişdir. Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 227533 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Tərtər rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 328 saylı cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 adına Tərtər rayon Notariat ofisində xx.xx.2023-cü il tarixdə, 2V-350-353 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə yazılmışdır. Şəhadətnaməyə əsasən mərhum X3 ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh2 qanun üzrə vərəsələridir. 25 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi üzrə 2701.56 ( iki min yeddi yüz bir manat, əlli altı qəpik) manat əsas, 19.16 (on doqquz manat, on altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2720.72 (iki min yeddi yüz iyirmi manat, yetmiş iki qəpik) manat borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmiş, lakin o, heç bir addım atmamışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 47,21 manat dövlət rüsumu ödəmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında xx.xx.2019-cu il tarixli, BPM**********99 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 17 %-lə 48 ay müddətinə 4800 manat kredit verilmişdir. Lakin borclu şəxs X5 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ödənilməmiş 2701.56 manat əsas, 19.16 manat faiz borcu qalmışdır. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və ondan qalmış mirası arvadı Cavabdeh2 ilə uşaqları Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qəbul edərək, vəfat etmiş X3 qanun üzrə vərəsələri müəyyən edilmişdir. Məhkəmə istinad edilən mübahisə üzrə tətbiq edilməli maddi hüquq norması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2019-cu il tarixdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1288-ci maddəsdinə əsasən, miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir. Həmin Məcəllənin 1306.1-ci maddəsdinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, X5 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X5 öldüyündən, onun miras əmlakını qəbul etmiş vərəsələri, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 kredit müqaviləsi üzrə borclu olan X3 qanun üzrə vərəsələri kimi bank qarşısında məsuliyyət daşıyırlar. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 vərəsə kimi tanınsalar da, onların hüquqi fəaliyyət qabiliyyəti yalnız on səkkiz yaşdan başlayır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən, fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 1103.1-ci maddəsinə əsasən, on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Yuxarıda sadalanan qanunvericiliyin normalarına görə, mərhumun azyaşlı uşaqları (18 yaşına çatmamış) vərəsə olsalar belə, onların hüquqi fəaliyyət qabiliyyəti məhdud olduğundan borca görə müstəqil məsuliyyət daşıması mümkün deyildir. Belə ki, mərhumun azyaşlı vərəsələri Mülki Məcəllənin 25-ci maddəsinə əsasən doğulduğu andan hüquq qabiliyyətinə malik olsalar da, yaşlarının az olması səbəbindən mülki vəzifələri müstəqil olaraq icra etmək iqtidarında deyillər. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 münasibətdə qətnamənin icra qaydası və müddəti müəyyən edilməli, onların borca görə məsuliyyətinin 18 yaşına çatdıqdan sonra mirasdan imtina etmədikləri halda yaranacağı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 47.21 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, X3 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 2701.56 manat ( iki min yeddi yüz bir manat əlli altı qəpik) əsas, 19.16 manat (on doqquz manat on altı qəpik) faiz borcu olmaqla, ümumilikdə 2720.72 manat (iki min yeddi yüz iyirmi manat yetmiş iki qəpik) borc və ödənilmiş 47.21 manat (qırx yeddi manat iyirmi bir qəpik) dövlət rüsumu və 0,40 manat (qırx qəpik) xidmət tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 borca görə məsuliyyətinin 18 yaşına çatdıqdan sonra mirasdan imtina etmədikləri halda yaranacağı nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X3 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2701.56 manat (iki min yeddi yüz bir manat əlli altı qəpik) əsas, 19.16 manat (on doqquz manat on altı qəpik) faiz borcu olmaqla, ümumilikdə 2720.72 manat (iki min yeddi yüz iyirmi manat yetmiş iki qəpik) borc və ödənilmiş 47.21 manat (qırx yeddi manat iyirimi bir qəpik) dövlət rüsumu və 0,40 manat (qırx qəpik) xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 borca görə məsuliyyətinin 18 yaşına çatdıqdan sonra mirasdan imtina etmədikləri halda yaranacağı nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-645/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-645/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver