Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-656/2024 15.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 2(057)-370/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, 10 iyul 2018-ci il təvəllüdlü X9 və 21 sentyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində olmaqla cəmi 470 manat məbləğində alimentin və ödənilmiş mediasiya rüsumunun əvəzi olaraq 60 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 14 yanvar 2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 10 iyul 2018-ci il təvəllüdlü X9 və 21 sentyabr 2019-cu il təvəllüdlü X10 anadan olmuşdur. Salyan Rayon Məhkəməsinin 2(057)-370/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı X6 ilə Cavabdeh arasında Salyan rayon Kürqaraqaşlı kənd İnzibati Ərazi üzrə nümayəndəliyində 14 yanvar 2017-ci il tarixdə nikah kitabın 2 saylı səhifəsində qeydə alınmış nikah pozulması, 10 iyul 2018-ci il təvəllüdlü X9 və 21 sentyabr 2019-cu il təvəllüdlü X10 anaları X3 himayəsində saxlanılması, Cavabdeh 10 iyul 2018-ci il təvəllüdlü X9 və 21 sentyabr 2019-cu il təvəllüdlü X1 üçün 06 yanvar 2022-ci ildən başlayaraq hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat alimentin tutulub X4 verilməsi qət edilmişdir. Cavabdeh müəyyən olunmuş alimenti hər ay vaxtında ödəyir. Buna baxmayaraq uşaqlar böyüdükcə onların tələbatları da artır, ərzaq mallarının və digər əşyalarının qiymətlərinin və uşaqlarının ehtiyacının artması səbəbindən hazırda ödənilən alimet uşaqların saxlanılması üçün yetərli deyildir. Bundan başqa, uşaqların hazırda elə yaşlarıdır ki, sağlam böyümələri üçün daimi həkim nəzarətində olub müalicə kursu qəbul edirlər. Bundan başqa, İddiaçı Cavabdeh müraciət edərək uşaqlarının böyüdüyünü, xərclərinin artdığını bildirsə də, o, yalnız məhkəmənin müəyyən etdiyi məbləği ödəyə biləcəyini bildirmişdir. Hazırda cavabdehin aylıq qazancı imkan verir ki, alimentin miqdarı artırılsın. Bundan başqa, Salyan 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi keçirilmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Ona görə də, Salyan Rayon Məhkəməsinin 2(057)-370/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, 10 iyul 2018-ci il təvəllüdlü X9 və 21 sentyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində olmaqla, cəmi 470 manat məbləğində alimentin və ödənilmiş mediasiya rüsumunun əvəzi olaraq 60 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 bildirmişdir ki, oğlu Vahid xəstədir. 1996-cı ildən 1999-cu ilədək hərbi xidmətdə olub. Əsgərlikdə travma alıb. 2018-ci ildən Salyan Rayon Mərkəzi Xəstəxanasının psixonevroloji kabinetində qeydiyyatdadır. Müalicə üçün onu İrana, sonra isə Bakı şəhərinə aparmışdır. Mütəmadi olaraq müalicə alır. O, heç bir yerdə işləməməklə gəliri yoxdur. Ailədə yeganə qazanc gətirən özüdür. Həm öz ailəsini, həm da oğlunun ailəsini dolandırmaqda çətinlik çəkir. İddiaçı 4-5 aydır ki, uşaqları onlara göstərmir. Uşaqlara yaxşı baxmırlar, onlara özü qulluq edir. Uşaqlar xəstədir və onları o, özü müalicə etdirmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan Salyan Rayon Məhkəməsinin 2(057)-370/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında Salyan rayon Kürqaraqaşlı kənd İnzibati Ərazi üzrə nümayəndəliyində 14 yanvar 2017-ci il tarixdə nikah kitabın 2 saylı səhifəsində qeydə alınmış nikah pozulmuş. 10 iyul 2018-ci il təvəllüdlü X9 və 21 sentyabr 2019-cu il təvəllüdlü X10 anaları X3 himayəsində saxlanılması və Cavabdeh 10 iyul 2018-ci il təvəllüdlü X9 və 21 sentyabr 2019-cu il təvəllüdlü X1 üçün 06 yanvar 2022-ci ildən başlayaraq hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat aliment tutulub X4 verilməsi qət edilmişdir. İş materiallarında olan uşaqların şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 10 iyul 2018-ci il təvəllüdlü X9 və 21 sentyabr 2019-cu il təvəllüdlü X10 doğulmuşdur. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞS/MT- 028/2024/0009A saylı, 22 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində mediasiya sessiyası keçirilmiş və İddiaçı və Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli 1797 saylı arayışın surətindən görünür ki, Salyan rayonu, Kürqaraqaşlı kənd sakini xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh xx.xx.2018-ci il tarixdən “Depressiya yüngül dərəcədə” F-32-0 diaqnozu ilə pnk-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AO № ******* saylı hərbi biletin surətindən görünür ki, Cavabdeh xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış alimentin artırılması tələbinə qarşı etirazla bağlı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh iddia ərizəsi ilə tanış olduqdan sonra həmin iddianın əsassız və ədalətsiz olduğunu bildiyindən iddianı qismən qəbul etdiyini və iddiaya qarşı öz etirazını bildirmiş, uzun illərdir ki, xəstədir və bu səbəbdən də heç bir yerdə işləmir. Alimenti onun əvəzinə atası öz aldığı pensiya ilə ödəyir. Bunlardan əlavə onun özünə məxsus nə evi, nə də torpaq sahəsi yoxdur. O, işləməməklə yanaşı heç bir başqa işlə məşğul olmur. Bu səbəbdən də onun heç bir yerdən qazancı və gəliri yoxdur. O, hər ay müalicə alır və dolanmağı üçün atasının aldığı pensiyadan istifadə edir. Hazırda heç bir maddi imkanı yoxdur ki, özünü dolandırsın və alimenti ödəməklə yanaşı müalicəsini həyata keçirdsin. Maddi imkansızlığı üzündən alimentin miqdarının azaldılması və ya dayandırılması barədə məhkəmədə iddia qaldırmaq istəyirmiş və buna baxmayaraq sabiq arvadı alimentin miqdarını artırmaq istəyir. Bunu ədalətsiz hesab edir. Atası bundan sonra da uşaqları üçün öz aldığı pensiyasından müəyyən məbləğdə ödəyəcəkdir. O, maddi imkan olmadığından iki uşaq üçün cəmi 125 man aliment ödəyə bilir. Qeyd olunanlara əsasən, İddiaçı iddiasını qismən qəbul edir və hər iki uşaq üçün cəmi 125 manat ödəmək imkanı olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcələnin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcələnin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni qərarın 8.7-ci bəndinin 2-ci cümləsində qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqını ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ilin yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə iddiaçının uşaqların saxlanılmalarında çətinlik çəkməsi, uşaqların böyüməsi ilə bağlı tələbatlarının artması və uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumunu da nəzərə alınaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulan 10 iyul 2018-ci il təvəllüdlü X9 və 21 sentyabr 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Salyan Rayon Məhkəməsinin 2(057)-370/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay, hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməlidir. Məhkəmə iddiaçının Cavabdeh uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tələb etməsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbin həmin həcmdə təmin olunması üçün məhkəməyə kifayət qədər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-370/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. 10 iyul 2018-ci il təvəllüdlü X9 və 21 sentyabr 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Salyan Rayon Məhkəməsinin 2(057)-370/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-656/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-656/2024
15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver