Məhkəmə qərarları › İş №e-2(057)-691/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-691/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-691/2024 06.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 891 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 99 A-da yerləşən “Elektro Center” mağazasında sahibkar fəaliyyəti ilə məşğul olur. 03 noyabr 2023-cü il tarixdə Salyan şəhəri, B.Talıblı küçəsi, ev 25-də yaşayan Cavabdeh işlədiyi mağazaya gəlmiş, kreditə dəyər qiyməti 72 manat olan 01 ədəd Euroklass 4 göz markalı qazı alğı-satqı müqaviləsi bağladıqdan sonra 06 ay müddətinə kreditə götürmüşdür. 03 noyabr 2023-cü il tarixli müqaviləyə görə Cavabdeh hal-hazırda mağazanın xəzinəsinə 36 manat əsas borcu qalmışdır. Növbəti dəfə 19 dekabr 2023-cü il tarixdə Salyan şəhəri, B.Talıblı küçəsi, ev 25-də yaşayan Cavabdeh işlədiyi mağazaya gəlmiş kreditə dəyər qiyməti 955 manat olan 01 ədəd X1 12 Pro (8/256) markalı telefonu alğı-satqı müqaviləsi bağladıqdan sonra 12 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Cavabdeh mağazadan götürdüyü telefona görə mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etməli və hər ay mağazaya 72 manat ödəniş etməli idi. Cavabdeh mağazanın xəzinəsinə 100 manat ilkin ödəniş etmiş lakin 01 aydan çoxdur ki, ödəməli olduğu aylıq ödənişdən ödəniş etmir. Bununlada Cavabdeh halhazırda mağazanın xəzinəsinə 855 manat əsas borcu yaranmışdır. Ümumilikdə Cavabdeh hal-hazırda mağazanın xəzinəsinə xx.xx.2023-cü tarixli müqavilə üzrə 36 manat əsas borcu və xx.xx.2023-cü tarixli müqavilə üzrə 855 manat əsas borcu yaranmışdır.Müqavilənin icrasından irəli gələn mübahisələri danışıq yolları ilə həll etmək mümkün olmadığı üçün, Salyan şəhəri, B.Talıblı küçəsi, ev 25-də yaşayan Cavabdeh ünvanına məktub göndərərək mağazaya vurduğu ziyanı ödəməsini tələb etsə də, Cavabdeh mağazaya gələrək xəbərdarlıq məktubunun ona çatdığnı və borclarını ödəməyəcəyini bildirərək mağazadan getmişdir. Odur ki, Cavabdeh ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinin şərtlərini pozduğu üçün o məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Həmin Məcəllənin) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdehlər həmin bildirişi qəbul etmiş, lakin cavabdehlər tərəfindən bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Alğı-satqı” (hissə-hissə) müqaviləsinə əlavədən görünür ki, satıcı qismində çıxış edən iddiaçı, Cavabdeh dəyəri 72 manat olan Euroklass 4 göz markalı qaz satmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Alğı-satqı” (hissə-hissə) müqaviləsindən görünür ki, satıcı qismində çıxış edən iddiaçı, Cavabdeh dəyəri 955 manat olan 01 ədəd X1 12 Pro markalı telefon satmışdır. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, onlara gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 30 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 891 (səkkiz yüz doxsan bir) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 891 (səkkiz yüz doxsan bir) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar