Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-73/2024 30.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi ilə, İddiaçı «X4 Azərbaycan” QSC-nin Cavabdeh (Xəlilov Vidadi Xəlil oğlunun hüquqi varisi) qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «X4 Azərbaycan” QSC Cavabdeh (Xəlilov Vidadi Xəlil oğlunun hüquqi varisi) qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «X4 Azərbaycan” QSC-nin xeyrinə əsas məbləğ üzrə 222,53 AZN, faiz borcu üzrə 25,43 AZN, cərimə borcu 23,00 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2,00 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4,80 AZN, cəmi borc 277,76 AZN məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 AZN manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xəlilov Vidadi Xəlil oğlu ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı, və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Xəlilov Vidadi Xəlil oğluna istehlak yönümlü 2000 (iki min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə "xxxx"a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən "Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə ) faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borcların geri qaytarılması ilə bağlı "xxxx"ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını "xxxx"a ödəmək vəzifəsini daşıyır. X4 Azərbaycanı QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Xəlilov Vidadi Xəlil oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə olan borcu: əsas məbləğ üzrə borc: 222,53 AZN ( iki yüz iyirmi iki manat əlli üç qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 25,43 AZN ( iyirmi beş manat qırx üç qəpik), cərimə borcu: 23,00 AZN ( iyirmi üç manat )müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2,00 AZN (iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 4,80 AZN (dörd manat səksən qəpik), cəmi borc: 277,76 AZN (iki yüz yetmiş yeddi manat yetniş altı qəpik) AZN borcu vardır. Odur ki, cavabdeh Xəlilov Vidadi Xəlil oğlundan iddiaçı «X4 Azərbaycan” QSC-nin xeyrinə əsas məbləğ üzrə 222,53 AZN, faiz borcu üzrə 25,43 AZN, cərimə borcu 23,00 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2,00 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4,80 AZN, cəmi borc 277,76 AZN məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 AZN manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «X4 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh Xəlilov Vidadi Xəlil oğlunun hüquqi varisi Cavabdeh Xəlil oğlunun olması müəyyən edilmişdir. Odur ki, Xəlilov Vidadi Xəlil oğlunun hüquqi varisi Cavabdeh qismində cəlb edilməsi və iş üzrə yekun məhkəmə qətnaməsinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. “Elektron Məhkəmə” informasiya sisteminə daxil olmuş ərizədən görünür ki, iddiaçı «X4 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehin hüquqi varisi Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiyini bildirərək, iddianın təmin edilməsinə etirazının olmadığını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə sonuncunun iştirakı olmadan işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; «X4 Azərbaycan” QSC ilə cavabdehin hüquqi varisi Cavabdeh (mərhum Xəlilov Vidadi Xəlil oğlu) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 5 il müddətinə 2000 manat kredit verilmişdir. 05 may 2023-cü il tarixli bildirişin surətindən görünür ki, bank cavabdehi borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin hüquqi varisi Cavabdeh əsas məbləğ üzrə 222,53 AZN, faiz borcu üzrə 25,43 AZN, cərimə borcu 23,00 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2,00 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4,80 AZN, cəmi borc 277,76 AZN məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 AZN manat məbləğində dövlət rüsumu borcu vardır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən cavabdeh Xəlilov Vidadi Xəlil oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması barədə qərar qəbul edilmiş və hazırlıq iclası xx.xx.2023-cü il saat 09:30-da təyin edilmişdir. “Elektron Məhkəmə” informasiya sisteminə daxil olmuş ərizədən görünür iddiaçı «X4 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və növbəti məhkəmə iclasının təyin olunması, baxış iclasının yeri və vaxtı barədə Banka məlumat verilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən cavabdeh Xəlilov Vidadi Xəlil oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair 2(057)-1275/2023 saylı mülki iş üzrə icraat, məhrum Xəlilov Vidadi Xəlil oğlunun hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. “Elektron Məhkəmə” informasiya sisteminə daxil olmuş məlumatdan görünür ki, cavabdeh Xəlilov Vidadi Xəlil oğlu hüquqi varisinin olması və “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işinin xx.xx.2023-cü il tarixində açılması müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Salyan regional “ASAN xidmət” mərkəzində notariat ofisinə sorğu verilmişdir. ”Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, Salyan regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə vəfat etmiş Xəlilov Vidadi Xəlil oğlunun vərəsəsi ünvan 1i ünvanında qeydiyyatda olan oğlu Cavabdeh olduğu müəyyən edilmişdir. Cavabdeh ərizəsindən görünür ki, mərhum atası Xəlilov Vidadi Xəlil oğlu xx.xx.2023cü ildə vəfat etmişdir. Onun vəfatından sonra pul vəsaiti və daşınar əmlaklar miras qalmışdır. Göstərilən əmlaklar üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat ofisinə ərizə ilə müraciət edərək verilməsini xahiş etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci ildə ürək ağ-ciyər çatışmamazlığından vəfat etmişdir. “Elektron” X1 vasitəsi “Vətəndaşlıq vəziyyəti Aktları” AQİS-nin çıxarışından görünür ki, Xəlilov Vidadi Xəlil oğlu xx.xx.2023-cü il tarixdə Salyan rayonu Xıdırlı kəndində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Xəlilov Vidadi Xəlil oğlu xx.xx.2023-cü ildə dəqiqləşdirilmiş bədxassəli yenitörəmə xəstəliyindən vəfat etmişdir. “Elektron Məhkəmə” informasiya sisteminə daxil olmuş ərizədən görünür iddiaçı «X4 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh Xəlilov Vidadi Xəlil oğlunun hüquqi varisi Cavabdeh Xəlil oğlunun olması müəyyən edilmişdir. Odur ki, Xəlilov Vidadi Xəlil oğlunun hüquqi varisi Cavabdeh Vidai oğlunun cavabdeh qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “Elektron Məhkəmə” informasiya sisteminə daxil olmuş ərizədən görünür iddiaçı «X4 Azərbaycan” QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək,cavadeh Xəlilov Vidadi Xəlil oğlunun ölümü ilə əlaqədar xx.xx.2023-cü il tarixində Salyan Regional “ASAN XİDMƏT” mərkəzinin notariat ofisində vərəsəlik işinin açılmasını bildirərərək, Xəlilov Vidadi Xəlil oğlunun hüquqi varisi Cavabdeh Xəlil oğlu olması müəyyən edilmişdir.Odur ki, mülki iş xx.xx.2023-cü il tarixli 2(057)-1275/2023 saylı qərardadının ləğv edilməsini və mülki işin təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Salyan rayon Məhkəməsinin 2(057)-73/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən cavabdeh Xəlilov Vidadi Xəlil oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə icraat təzələnmiş, onun hüquqi varisi Cavabdeh hüquqi varis kimi tanınmış, məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas məbləğ üzrə 222,53 AZN, faiz borcu üzrə 25,43 AZN, cərimə borcu 23,00 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2,00 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4,80 AZN, cəmi borc 277,76 AZN məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 AZN dövlət rüsumu tutularaq iddiaçı «X4 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əsas məbləğ üzrə 222,53 AZN, faiz borcu üzrə 25,43 AZN, cərimə borcu 23,00 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2,00 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4,80 AZN, cəmi borc 277,76 AZN məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 AZNt məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı «X4 Azərbaycan” QSC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-73/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-73/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver