Məhkəmə qərarları › İş №e-2(057)-921/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-921/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-921/2024 12.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, Cavabdeh iştirakı ilə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC-nin rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində göstərmişdir ki, iddiaçı Unibank KB ASC ilə borcalan X2 arasında bağlanmış 324rstSLY/19 sayl, xx.xx.2019-ci il tarixli saylı Güzəştli Kredit və X4 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 853,70 AZN qalıq məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfr) manat olmaqla) illik 1% ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbavcan Respublikasının Ədliyyə Nazirliyi Salyan Regional ASAN Xidmət mərkəzində Notariat ofisin məlumatına əsasən Cavabdeh mərhumun vərəsəsi olduğu müəyyən edilmişdir. Odur ki, Cavabdeh cəmiyyətin xeyrinə 349,81 manat əsas, 0,14 manat faiz, cərimə borcuna görə 0 manat, cəmi 349,95 manat məbləğində borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya qarşı etiraz edərək bildirmişdir ki, oğlu X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Oğlunun kredit götürməsindən onun məlumatı olmamış,oğlundan heç bir miras əmlak qəbul etməmişdir.Ona görə də oğlunun vərəsəsi kimi cavabdeh ola bilməz.Həmin səbəbdən ona qarşı verilmiş iddianın rədd olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş 324rstSLY/19 sayl, xx.xx.2019-ci il tarixli saylı Güzəştli Kredit və X4 görə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun 853,70 AZN qalıq məbləğini 60 ay müddətinə (12 ay güzəşt müddəti və komission haqqı 0 (sıfr) manat olmaqla) illik 1% ödəmək şərtilə cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Salyan rayon Qeydiyyat şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 18 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Salyan Regional ASAN Xidmət mərkəzində Notariat ofisin vermiş olduğu 27 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X1 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. "xxxx" Bank ASC-nin Salyan rayon filialının 17 mart 2023-cü il tarixli 44 saylı məktubuna əsasən mərhum X1 adına bank kart hesabında 527,43 manat olmuşdur. 24 yanvar 2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh mərhum X1 vərəsəsi müəyyən olunduğu üçün kredit alanın hüquqi varisi kimi borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh oğlunun qanun üzrə vərəsəsi olsa belə miras əmlakın qəbul etməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Mərhumun hesabında "xxxx" Bank ASC-də 527,43 manat pul olması müəyyən olunmuş olsa belə, həmin vəsaitin cavabdeh tərəfindən alınması barədə işə heç bir sübut təqdim olunmamış, cavabdeh özü də həmin xüsusatı etiraf etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki,Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Qanunvericiliyin məzmunundan aydın olur ki, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsə miras açıldığı gündən ona çatası miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır. Hazırki işdə cavabdeh miras qoyanın vərəsəsi olsa belə miras qoyana aid heç bir əmlakını qəbul etməmiş və həmin səbəbdən kreditorun qarşısında heç bir məsuliyyət daşımır. Notariat orqanı tərəfindən cavabdehin qanun üzrə vərəsə olması barədə şəahədətnamənin verilməsi tələbin cavabdehə qarşı yönəlməsi üçün əsas ola bilməz. Ona görə məhkəmə iddianın əsassız olması səbəbindən rədd olunmasını əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Unibank» Kommersiya Bankı ASC-nin Cavabdeh cəmiyyətin xeyrinə 349,81 manat əsas, 0,14 manat faiz, cərimə borcuna görə 0 manat, cəmi 349,95 manat məbləğində borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar