Məhkəmə qərarları › İş №e-2(058)-100/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-100/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-100/2024 06.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 mart 2022-ci il tarixli 800804-851922/2 nömrəli kredit müqaviləsi üzrə 4576.13 manat əsas borc və 578.56 manat faiz borcu, cəmi 5154.69 (beş min yüz əlli dörd manat altmış doqquz qəpik) manat borcun və ödənilmiş 71.95 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-ti ilə borcalan Cavabdeh arasında bağlanmış 04 mart 2022-ci il tarixli 800804-851922/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya 42 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 6300 (altı min üç yüz manat) məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 01 noyabr 2023-cü il tarixə cavabdehin kredit müqaviləsi üzrə 4,576.13 manat məbləğində əsas borcu və 578.56 manat faiz borcu olmaqla, ümumilikdə 5154.69 (beş min yüz əlli dörd manat altmış doqquz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müdətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. İddiaçının nümayəndəsi Samir Abbasov məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, mülki işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun İddiaçı ASC-nə borcu vardır. Xəstə olduğu üçün kredit borcunu vaxtında ödəyə bilməmişdir, bu səbəbdən də borcun ödənilməsi gecikdirilmişdir. Himayəsində üç azyaşlı övladı vardır, o, “AqroD” şirkətində işləyir və 600 (altı yüz) manat məbləğində əmək haqqı alır. O, borcunu hissə-hissə ödəyəcəyini bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 mart 2022-ci il tarixli 800804-851922/2 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik 22 faiz olmaqla, 42 ay müddətinə 6300 manat məbləğində şəxsi istehlak məqsədi üçün kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-ti tərəfindən verilmiş xəbərdarlıqdan görünür ki, Cavabdeh borclu olduğu 4576.13 manat əsas borcun və 229.87 manat faiz borcu olmaqla, cəmi 4806 manat məbləğində vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq, 7 (yeddi) gün müddətindən gec olmayaraq, banka ödənilməsi tələb edilmiş, 4806 manat borcun xx.xx.2023-cü il tarixədək ödəmədiyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-ti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh bank ilə bağlanmış 04 mart 2022-ci il tarixli, 800804-851922/2 nömrəli kredit müqaviləsinə əsasən 22 faiz dərəcəsi ilə 42 ay müddətinə 6300 manat məbləğində kredit götürmüşdür. Belə ki, 01 noyabr 2023-cü il tarixə Cavabdeh banka 4576.13 manat əsas borcu və 578.56 manat faiz borcu olmaqla, cəmi 5154.69 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 120 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh öz riski ilə kredit müqaviləsini bağladığından həmin müqavilə üzrə yaranmış öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 4576.13 manat, faiz borcu üzrə 578.56 manat, cəmi 5154.69 manat və ödənilmiş 71.95 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 4576.13 (dörd min beş yüz yetmiş altı manat on üç qəpik) manat, faiz borcu üzrə 578.56 (beş yüz yetmiş səkkiz manat əlli altı qəpik) manat, cəmi 5154.69 (beş min yüz əlli dörd manat altmış doqquz qəpik) manat və ödənilmiş 71.95 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar