Məhkəmə qərarları › İş №e-2(058)-1211/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1211/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1211/2025 21.01.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada xx.xx.2024-cü il tarixli, LD ********** nömrəli kredit müqaviləsinə əsasən 4538.53 manat əsas borc, 625.43 manat faiz borcu, 1478.98 manat cərimə borcu olmaqla cəmi 6642.94 manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 87 manat məbləğində pulun Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyət ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, LD ********** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə xx.xx.2026-cı il tarixə qədər aylıq qalıq borcun 31% dərəcəsinin tətbiq etməklə 5200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında ilə borclunun kreditor qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehlərə borc məbləğinin ödənilməsi barədə dəfələrlə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müxtəlif bahanələrlə kredit borcunu ödəməkdən imtina etmişlərdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 03 oktyabr 2024-cü il tarixə əsasən BOKT "xxxx" MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 4538.53 manat, faiz üzrə 625.43 manat, cərimə üzrə 1478.98 manat olmaqla ümumilikdə 6642.94 manat təşkil edir. Kreditor “Bank olmayan kredit təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianı qəbul edərək bildirdi ki, kredit borcunu maddi imkansızlıq səbəbilə ödəyə bilməmişdir, tələbin təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək, tələbin təmin olunmasına etirazının olmadığını bildirdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh4nən və Cavabdeh1 izahatlarını dinləyib və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Bank olmayan kredit təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyət ilə Cavabdeh4 arasında bağlanmış LD ********** nömrəli, xx.xx.2024-cü il tarixli, kredit müqavilənin surətindən görünür ki, Cavabdeh4 24 ay müddətinə 03 oktyabr 2026-cı il tarixə qədər aylıq qalıq borcun 31% ödəmək şərti ilə 5200 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, LD ********** nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Məmmədov Cavabdeh2 Ramilə Telman qızı tərəfindən xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, LD ********** nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Əhmədov X1 Ramilə Telman qızı tərəfindən xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, LD ********** nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh4 tərəfindən xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, LD ********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 Bank olmayan kredit təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətnə 4538.53 manat əsas borc, 625.43 manat faiz, 1478.98 manat cərimə borcu olmaqla ümumilikdə 6642.94 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada icra etsə də cavabdehlər üzərilərinə düşən öhdəliklərini vaxtında və lazımınca icra etməmişlər. Zaminlik öhdəliyin icrasının təmini üsulu olduğundan, hazırda iddiaçı öhdəliyin icra edilməsini həm əsas borcludan həm də zaminlərdən tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən, yəni 100 manat həcmində təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467.07-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 4538.53 manat, faiz borcu üzrə 625.43 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 5263.96 manat pul müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Ona görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 72.64 manat hissəsinin əvəzi alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 4538.53 manat, faiz borcu üzrə 625.43 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 5263.96 (beş min iki yüz altmış üç manat doxsan altı qəpik) manat pul, ödənilmiş dövlət rüsumunun 72.64 manat hissəsinin əvəzi alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətnə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar