Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1221/2023 03.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8333,79 manat əsas borc və 1344,33 manat faiz borcu olmaqla, cəmi 9678,12 (doqquz min altı yüz yetmiş səkkiz manat on iki qəpik) manat borcun və ödənilmiş 117,18 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-ti ilə borcalan Cavabdeh arasında bağlanmış 28 sentyabr 2021-ci il tarixli, 300804-276938/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 11000 (on bir min) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, cavabdeh banka olan borcunu ödəməmişdir. 02 avqust 2023-ci il tarixə cavabdehin kredit müqaviləsi üzrə 8333.79 manat məbləğində əsas borc və 1344.33 manat faiz borcu olmaqla, ümumilikdə 9678.12 (doqquz min altı yüz yetmiş səkkiz manat on iki qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürmüş, həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissəhissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək cavabdehin ödəniş etmədiyini, cavabdehlə bank arasında borcun güzəşt olunması ilə bağlı razılıq əldə olunmadığını bildirmiş, işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun İddiaçı ASC-nə borcu vardır. Maddi imkanı zəif olduğundan borcunu tam ödəyə bilməmişdir. O, borcunu hissə-hissə ödəyəcəyini bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-ti tərəfindən verilmiş 300804-276938/1 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik 22 faiz olmaqla, 48 ay müddətinə 11000 manat məbləğində şəxsi istehlak məqsədi üçün kredit verilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-ti tərəfindən verilmiş xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə ümumi borc məbləğinin gecikmədə olan 2082,87 manat məbləğində vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 5 (beş) gün müddətindən gec olmayaraq banka ödənilməsi tələb edilmiş, gecikmədə olan borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlər görüləcəkdir. xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-ti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh bank ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 300804-276938/1 nömrəli kredit müqaviləsinə əsasən 22 faiz dərəcəsi ilə 48 ay müddətinə 11000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixə Cavabdeh banka 8333,79 manat əsas borc və 1344,33 manat faiz borc olmaqla, cəmi 9678,12 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 155 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh öz riski ilə kredit müqaviləsini bağladığından həmin müqavilə üzrə yaranmış öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 8333,79 manat, faiz borcu üzrə 1344,33 manat, cəmi 9678,12 manat və ödənilmiş 117,18 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 8333,79 (səkkiz min üç yüz otuz üç manat yetmiş doqquz qəpik) manat, faiz borcu üzrə 1344,33 (min üç yüz qırx dörd manat otuz üç qəpik) manat, cəmi 9678,12 (doqquz min altı yüz yetmiş səkkiz manat on iki qəpik) manat və ödənilmiş 117,18 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-1221/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1221/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver