Məhkəmə qərarları › İş №e-2(058)-1299/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-1299/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-1299/2023 13.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vərəsəsi Cavabdeh 2072.72 manat əsas borc, 72.87 manat faiz borcu olmaqla, cəmi 2145.59 manat kredit borcunun və ödənilmiş 41.46 manat dövlət rüsumunun, 0.40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borc alan X3 "xxxx" ASC ilə bağladığı BPM**********58 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 3150 manat məbləğində pul vəsaiti götürmüş, borclu X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 979 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X1 miras əmlakına dair Samux rayonu, Nəbiağalı qəsəbəsi ünvanında qeydiyyatda olan Cavabdeh ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdə 2V-1793 reyesir nömrəli vərəsəlik işi açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borc alan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X1 banka ödənilməmiş 2072.72 manat əsas və 72.87 manat faiz borcu qalmışdır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiçaı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini hazırki vaxtadək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə onun atası X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən mərhum atasına 41 ay müddətinə illik 24 faizlə 3150 manat məbləğində kredit verilmişdir. Atası xx.xx.2021-ci il tarixdə ölmüşdür. Hazırda onun digər banklara kredit borcu vardır. Məhkəmə tərəfindən müəyyən vaxt verilərsə o, atasının banka olan borcunu hissə-hissə ödəyə bilər. Məhkəmədən iddianın təmin olunmasına etiraz etmədi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli BPM**********58 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X2 41 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3150 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə Samux rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olan oğlu Cavabdeh miras əmlak olan “Toyota Prius” markalı **-BG-*** dövlət qeydiyyta nişanlı avtomobilə tam hissədə pay almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X1 adına vərəsəlik işi açılmış Samux rayonu, Nəbiağalı qəsəbəsində qeydiyyatda olan oğlu Cavabdeh vərəsəliyi qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu - 2072.72 manat, faiz borcu 72.87 manat olmaqla, cəmi borcu 2145.59 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə Banka borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin maddənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 2072.72 manat, faiz borcu üzrə 72.87 manat, cəmi 2145.59 manat borc və ödənilmiş 41.46 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 2072.72 manat, faiz borcu üzrə 72.87 manat, cəmi 2145.59 manat borc və ödənilmiş 41.46 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar