Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-168/2024 20.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia qaldıraraq, cavabdehdən "xxxx" ASC-nin xeyrinə 845.01 manat əsas borcun və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi qismində 30.40 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 1800 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin Notariat ofisinin xx.xx.2023-cü il tarixli 1421 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən X4nın miras əmlkaına dair Samux rayonu İnstitut qəsəbəsi ünvanında qeydiyyatda olan Cavabdeh ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X4nın banka ödənilməmiş 845.01 AZN əsas borcu qalmışdır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın Azərbaycan Beynəlxalq Bank ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də, iddianın təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, lakin həmin borcu maddi imkansızlıq səbəbilə ödəyə bilmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli BPM**********39 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X2 33 ay müddətinə illik 24% dərəcəsi tətbiq olmaqla 1800 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, X4nın "xxxx" ASC-nə 845.01 manat əsas borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X4nın vərəsəsi oğlu Samux rayonu, İnstitut qəsəbəsində qeydiyyatda olan Cavabdeh anasından qalan mirasdan tam hissədə irs almalı olduğu qeyd olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, "xxxx" ASC ilə X4 arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, borclu isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, X4 xx.xx.2020- tarixdə ölmüş və ona görə də sözügedən müqaviləyə əsasən öhdəliyini icra etməsi mümkün olmamışdır. X4 öldükdən sonra onun oğlu Cavabdeh qanun üzrə birinci növbə vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin əsasla da, iddiaçı iddia tələbini borclunun mirasını qəbul etmiş vərəsəsinə, yəni, onun oğlu Cavabdeh qarşı irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsə mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsənin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, X4nın kredit müqaviləsi üzrə yaranmış borcu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – oğlu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu bank xidmət haqqının və dövlət rüsumundan ibarətdir. İddia təmin olunduğundan məhkəmə ödənilmiş 30.40 manat dövlət rüsumunun və bank xidmət haqqının əvəzinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli BPM**********39 nömrəli kredit müqaviləsinə əsasən 845.01 (səkkiz yüz qırx beş manat bir qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi qismində 30.40 manat pul tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-168/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-168/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver