Məhkəmə qərarları › İş №e-2(058)-237/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-237/2025

13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-237/2025 13.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X11 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250 manat sığorta ödənişi məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 280 manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-ti ilə X6 arasında xx.xx.2020ci il tarixdə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmış və “QAZ 31105” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “QAZ 31105” markalı, **-BD-***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Fiat Doblo” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC-ti tərəfindən 250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Abşeron RPİ DYPŞ-dən ünvanına inzibati xəta haqqında qərar daxil olmuş, həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və hadisə yerindən yayındığı qeyd olunmuşdur. Abşeron RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim edilmiş arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 250 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(058)-237/2025 nömrəli qərardadından görünür ki, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmədən məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiq edilməsi haqqında ərizə ünvanlayaraq bildirmişdir ki, hadisə 03 sentyabr 2021-ci il tarixdə baş verdiyindən tələb üzrə iddia müddəti keçmişdir. Həmin iddia icbari sığorta müqaviləsi üzrə öhdəliklərdən irəli gələn tələbdir. Həmin əsasla iddia rədd edilməlidir. İddiaçı "xxxx" ASCnin ona qarşı pul tələbinə dair iddiasına iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli “elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat forması”-dan görünür ki, (sığortaçı) "xxxx" ASC-ti ilə (sığortalı) X6 arasında xx.xx.2020-ci il tarixdə PAA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. “QAZ 31105” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (sığortaçı) "xxxx" ASC-ti tərəfindən sığortalanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli 21-05357/10/AA-4543/21 nömrəli sığorta aktından görünür ki, “QAZ 31105” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində “FİAT DOBLO” markalı, **- MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “FİAT DOBLO” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində zərər dəymiş və həmin dəymiş 250 manat məbləğində pul (sığortaçı) "xxxx" ASC-ti tərəfindən (üçüncü şəxs) X4 ödənilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli hesablama aktından görünür ki, X4 məxsus “FİAT DOBLO” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 250 manat hesablanmışdır. İşdə olan etibarnamənin surətindən görünür ki, “QAZ 31105” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması X1 tərəfindən X2 etibar edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-ti tərəfindən Cavabdeh ünvanlanmış “geriyə tələb (subroqasiya) məktubu”-dan görünür ki, Cavabdeh "xxxx" ASC-ti tərəfindən sözügedən zərərin aradan qaldırılması üçün ödənilmiş 250 manat sığorta ödənişi məbləğində pul vəsaitinin 10 gün müddətində ödənilməsi tələb olunmuş, ödəmədiyi təqdirdə "xxxx" ASC-ti tərəfindən 250 manat sığorta ödənişi məbləğinin, 200 manat işlərin görülməsi xərcinin, cəmi 450 manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə müvafiq məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumat verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli TP ******* nömrəli X10 Haqqında Qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Dövlət yol polisi orqanı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh idarə etdiyi “QAZ 31105” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021ci il tarixdə saat 07:00-da Abşeron rayonu ərazisində X4 məxsus “Fiat Doblo” markalı, **- MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur, nəticədə “Fiat Doblo” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi əzilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli **********86132 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC-ti tərəfindən 250 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi zamanı təsvir olunmuş sənədlərə əsasən hesablanmış ziyanın məbləği işin həqiqi hallarına uyğun gəlir və ona görə də ziyanın məbləği 250 manat həddində qəbul edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermiş sığorta hadisəsinə görə sığortaçı tərəfindən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı sığortaçının subroqasiya hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən normaları əsasında həll olunmalıdır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. Həmin Qanunun 3-cü maddəsinin 2-ci hissəsinə görə sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər. Həmin Qanunun 3-cü maddəsinin 3-cü hissəsinə görə könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları: 25.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda. 25.1.7-ci maddəsinə əsasən sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi zamanı zərərçəkmişə sığorta ödənişi vermiş iddiaçının cavabdehə qarşı subroqasiya hüququ, yalnız cavabdeh nəqliyyat vasitəsini idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etdiyi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırdığı və yaxud hadisə yerindən yayınmış olduğu hallardan biri olduqda yaranır. Sadalanan halllardan biri olduqda, subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində Cavabdeh “QAZ 31105” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh yol-nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası İXMnin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" ASC-də əmlak sığortası qaydasında “Qaz 31105” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. Nəqliyyat hadisəsi baş verən zaman zərərçəkmiş şəxs X4 məxsus “FİAT DOBLO” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində ziyan vurmuşdur. Bundan sonra iddiaçı tərəfindən icbari sığorta müqaviləsinə əsasən X3 avtomobilinə dəymiş ziyana görə 250 manat məbləğində sığorta ödənişi verilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Belə olan halda iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, sığorta və zərərin ödənilməsi ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, 50-ci və 59-cu fəslinin müddəaları tətbiq edilməli və aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələri zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdiriliməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Yəni, sığortalının zərərin əvəzini üçüncü şəxs qarşısında irəli sürmək hüququ sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Sığortaçıya keçən zərərin əvəzinin ödənilməsi hüququnun həcmi, sığortalıya ödənilən məbləğdən artıq ola bilməz. İş materiallarından görünür ki, sığorta hadisəsi baş verəndən sonra sığortaçı sığortalıya 250 manat sığorta ödənişi ödəmişdir və iddia tələbinin məbləği ödənilən sığorta məbləğinə uyğundur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin tətbiq edilməsi üçün qanunda nəzərdə tutulmuş kifayət qədər əsaslar yoxdur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilələrdən irəli gələn öhdəliklər üçün nəzərdə tutulmuş üç illik iddia müddəti tədbiq edilə bilməz. Belə ki, cavabdehdən tələb olunan ödənilmiş sığorta ödənişinin ödənilməsi öhdəliyi hər hansı bir müqavilədən deyil, Cavabdeh üçüncü şəxsin idarə etdiyi avtomobilə zərər vurmasından, yəni deliktdən irəli gələn öhdəlikdir. Belə ki, “AtaSığorta“ ASC-ti və Cavabdeh arasında hər hansı bir müqavilə mövcud olmadığından, "xxxx" ASC-nin cavabdehə qarşı iddia tələbi müqavilədən deyil, sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçən qanundan irəli gələn tələbdir. Belə olan halda isə hazırkı halda iş üzrə tərəflər arasında hər hansı bir öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-ti tərəfindən sığorta hadisəsi baş verən zaman sığorta müqaviləsinə əsasən faydalanan şəxsə sığorta ödənişi ödənildiyindən, zərərin əvəzinin ödəmək tələbi (hüququ) ödənişi vermiş sığortaçı olan iddiaçı "xxxx" ASCnə keçdiyindən, ödənilmiş 250 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 233, 238, 242, 244, 252, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar