Məhkəmə qərarları › İş №e-2(058)-322/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №e-2(058)-322/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № e-2(058)-322/2025 24.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" KB ASC-ti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olduqdan sonra ərizənin məhkəmə icraatı mümkün hesab edilmiş, cavabdehə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə razılaşma əldə edildiyi üçün mülki işi baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçı "xxxx" KB ASC-ti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: İddiaçı "xxxx" KB ASC-ti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadan həmin qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar