Məhkəmə qərarları › İş №e-2(058)-355/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-355/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-355/2025 20.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızı, iddiaçı "xxxx" ASC-nin Cavabdeh “borcun tutulması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********80 saylı, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3546.82 manat borc, BPM**********41 saylı, xx.xx.2021-ci il tarixli tamkart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 1100 manat əsas, 87.81 manat faiz borcu olmaqla cəmi 1187.81 manat kredit borcunun və ödənilmiş 67.35 (altmış yeddi manat otuz beş qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edəsiniz. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmanova Gülnarə Oqtay qızı "xxxx" ASC ilə bağladığı BPM**********41 saylı, xx.xx.2021- ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 1100 manat məbləğində kart krediti limiti və BPM**********80 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 3700 manat məbləğində nağd kredit verilmişdir. Lakin, əldə olunmuş məlumata görə borclu İmanova Gülnarə Oqtay qızı xx.xx.2022-ci il tarixində vəfat etmişdir. 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 1631 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İmanova Gülnarə Oqtay qızının miras əmlakına dair ünvan 1i ünvanında qeydiyyatda olan qızı-Cavabdeh ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2025-ci il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən, İmanova Gülnarə Oqtay qızının Banka ödənilməmiş qalan1100 AZN əsas, 87.81 AZN faiz borcu qalmışdır. xx.xx.2025-ci il tarixli kart kart kredit limiti üzrə maliyyə arayışına əsasən, İmanova Gülnarə Oqtay qızının Banka ödənilməmiş qalan 3546.82 AZN əsas borcu qalmışdır Ona görə də, iddianın təmin olunması məhkəmədən xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli BPM**********41 nömrəli kredit müqaviləsindən görünür ki, İmanova Gülnarə Oqtay qızına 36 ay müddətinə illik 24 faiz olmaqla 1100 manat kredit limiti verilmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İmanova Gülnarə Oqtay qızına 60 ay müddətinə illik 23% dərəcəsi tətbiq olmaqla 3700 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışlarından görünür ki, İmanova Gülnarə Oqtay qızının "xxxx" ASC-nə xx.xx.2021-ci il tarixli BPM**********41 nömrəli kredit müqaviləsinə əsasən 1187.81 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 3546,82 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Samux rayon notariat ofisində açılmış vərəsəlik işi üzrə İmanova Gülnarə Oqtay qızının vərəsəsi Cavabdehdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsənin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı mərhum İmanova Gülnarə Oqtay qızının kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən də borc Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu bank xidmət haqqının və dövlət rüsumundan ibarətdir. təmin olunduğundan məhkəmə ödənilmiş 67.75 manat dövlət rüsumunun və bank xidmət haqqının əvəzinin Cavabdeh tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh onun qəbul etdiyi miras həcmində BPM**********80 saylı, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3546.82 (üç min beş yüz qırx altı manat səksən iki qəpik) manat kredit borcu, BPM**********41 saylı, xx.xx.2021-ci il tarixli tamkart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 1100 AZN əsas, 87.81 manat faiz borcu olmaqla cəmi 1187.81 (bir min yüz səksən yeddi manat səksən bir qəpik) manat kredit borcu, ödənilmiş 67.35 (altmış yeddi manat otuz beş qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq, "xxxx" ASCnə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar