Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-448/2025 13.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızı, İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17 may 2024-cü il tarixli, 00302-24 nömrəli kredit müqaviləsinə əsasən 4173.47 manat əsas borc, 359.91 manat faiz borcu, 73.41 manat cərimə, cəmi 4606.79 manat və ödənilmiş dövlət rüsumu əvəzi qismində 67.07 manat məbləğində pul Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2024-cü il tarixli, 00302-24 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə azalan balansla illik 30 % faiz ödəmək şərti ilə 4500 manat kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə borclunun kreditor qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi 00302-24 nömrəli, 17 may 2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir.Cavabdehlərə borc məbləğinin ödənilməsi barədə dəfələrlə şifahi və rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müxtəlif bahanələrlə kredit borcunu ödəməkdən imtina etmişlərdir. Cavabdeh1 və Cavabdeh2 14 yanvar 2025-ci il tarixə əsasən BOKT "xxxx" MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 4173.47 manat, faiz üzrə 359.91 manat, cərimə üzrə 73.41 manat olmaqla ümumilikdə 4606.79 manat təşkil edir. Kreditor “Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh1 arasında bağlanmış 00302-24 nömrəli, 17 may 2024-cü il tarixli, kredit müqavilənin surətindən görünür ki, Cavabdeh1 36 ay müddətinə azalan balansla illik 30% ödəmək şərti ilə 4500 manat məbləğində kredit verilmişdir. 17 may 2024-cü il tarixli, SR/00302-24 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 tərəfindən 17 may 2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, 00302-24 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətnə 4173.47 manat əsas borc, 359.91 manat faiz, 73.41 manat cərimə borcu olmaqla ümumilikdə 4606.79 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı bu müqavilələr üzrə öz öhdəliklərini lazımi qaydada icra etsə də cavabdehlər öhdəliklərini vaxtında icra etməmişlər. Zaminlik öhdəliyin icrasının təmini üsulu olduğundan, hazırda iddiaçı öhdəliyin icra edilməsini həm əsas borcludan həm də zamindən tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən, yəni 10 manat həcmində təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467.07-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4173.47 manat, faiz borcuna görə 359.91 manat, cərimə borcu 10 manat olmaqla, cəmi 4543.38 manat pul müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Ona görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 65.44 manat hissəsinin əvəzi alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4173.47 manat, faiz borcuna görə 359.91 manat, cərimə 10 manat olmaqla, cəmi 4543.38 (dörd min beş yüz qırx üç manat otuz səkkiz qəpik) manat pul, ödənilmiş dövlət rüsumunun 65.44 manat hissəsinin əvəzi alınaraq Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətnə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-448/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-448/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver