Məhkəmə qərarları › İş №e-2(058)-501/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-501/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-501/2024 27.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh ğluna qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 fevral 2022-ci il tarixli 800804-499560/7 nömrəli kredit müqaviləsi üzrə 15589.97 manat əsas borc və 1593.23 manat faiz borcu olmaqla, cəmi 17183.20 (on yeddi min yüz səksən üç manat iyirmi qəpik) manat borcun və ödənilmiş 141.55 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 11 fevral 2022-ci il tarixli 800804-499560/7 nömrəli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 21.9 faiz dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 15 mart 2024cü il tarixə cavabdehin kredit müqaviləsi üzrə 15589.97 manat məbləğində əsas borcu və 1593.23 manat faiz borcu olmaqla, ümumilikdə 17183.20 (on yeddi min yüz səksən üç manat iyirmi qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqqlarının banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlə danışıqlar aparılmış, nəticədə cavabdeh bildirmişdir ki, borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, onun İddiaçı ASC-dən 20000 manat məbləğində kredit götürmüşdür. O, ödənişlər etmişdir, heç vaxt gecikməsi olmamışdır, lakin 5-6 ay işləmədiyi üçün ödəniş edə bilməmişdir. Maddi imkanı zəif olduğundan kredit borcunu vaxtında ödəyə bilməmişdir, bu səbəbdən də borcun ödənilməsi gecikdirilmişdir. O, borcunu avqust ayından başlayaraq hissə-hissə ödəyəcəyini bildirdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 fevral 2022-ci il tarixli 800804-499560/7 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik 21.9 faiz dərəcəsi olmaqla, 60 ay müddətinə 20000 manat məbləğində şəxsi istehlak məqsədi üçün kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən verilmiş xəbərdarlıqdan görünür ki, Cavabdeh borclu olduğu 15589.97 manat əsas borcun və 1593.23 manat faiz borcu olmaqla, cəmi 17183.20 manat məbləğində vəsaitin xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq, 7 (yeddi) gün müddətindən gec olmayaraq, banka ödənilməsi tələb edilmişdir. Cavabdeh 17183.20 manat borcun xx.xx.2024-cü il tarixədək ödəmədiyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh bank ilə bağlanmış 11 fevral 2022-ci il tarixli, 800804-499560/7 nömrəli kredit müqaviləsinə əsasən 21.9 faiz dərəcəsi ilə 60 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. 15 mart 2024-cü il tarixə Cavabdeh banka 15589.97 manat əsas borcu və 1593.23 manat faiz borcu olmaqla, cəmi 17183.20 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 121 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh öz riski ilə kredit müqaviləsini bağladığından həmin müqavilə üzrə yaranmış öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 15589.97 manat, faiz borcu üzrə 1593.23 manat, cəmi 17183.20 manat və ödənilmiş 141.55 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 15589.97 (on beş min beş yüz səksən doqquz manat doxsan yeddi qəpik) manat, faiz borcu üzrə 1593.23 (min beş yüz doxsan üç manat iyirmi üç qəpik) manat, cəmi 17183.20 (on yeddi min yüz səksən üç manat iyirmi qəpik) manat və ödənilmiş 141.55 (yüz qırx bir manat əlli beş qəpik) manat dövlət rüsumu İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar