Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-512/2024 30.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3 Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, İddiaçı ASC-nin xeyrinə 30 dekabr 2019-cu il tarixli ***-*******MK301219- 01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 2365.26 manat əsas borcun, 1265.77 manat faiz borcunun, 5.08 manat cərimənin və 195.36 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5% hesablanmış faiz borcunun, cəmi 3831.47 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58.31 manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh3 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli ***-*******MK301219- 01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 18 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 2600 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən bank ilə Cavabdeh1 və Cavabdeh2 arasında 30 dekabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh3 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh3 30 dekabr 2019cu il tarixli ***-*******MK301219-01nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2023-cü il tarixə banka, 2365.26 manat əsas, 1265.77 manat faiz borcu, 5.08 manat cərimə və 195.36 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5% hesablanmış faiz borcu, cəmi 3831.47 manat məbləğində borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi və 07 mart 2023-cü il tarixli **********755 nomrəli bildirişlərlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2020-ci il tarixdə isə banka 159 manat məbləğində ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tamdayandırmışdır. Tələbin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş göndərməklə onlara iddia tələbinə dair əsaslandırılmış etirazlarını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2017-ci il tarixli, ***-*******MK301219-01 saylı bank hesabı və kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 18 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 2600 manat məbləğində kredit verilmişdir. ***-*******MK301219-01/ZM/1 saylı, xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3, Cavabdeh1 Möhrəbər oğlunun zaminliyi ilə öhdəliklərin tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürərək Bank borcalana 18 ay müddətinə, illik 28 % ödənilməsi şərtilə, 2600 manat məbləğində kredit verilmişdir. Müqavilənin əlavəsinin 1.1.1-ci bəndinə əsasən hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas məbləğə kreditin cari faizi və əlavə olaraq illik 45 faiz cərimə hesablanacaq. 07 mart 2023-cü il tarixli elektron çıxarışdan görünür ki, Cavabdeh3 2365.26 manat əsas borcu, 1265.77 manat faiz borcu, 5.08 manat cərimə borcu olmaqla, cəmi 3831 manat təşkil edir. 07 mart 2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC xx.xx.2019-cu il tarixli, ***-*******MK301219-01 saylı müqaviləyə əsasən Cavabdeh3 üzərinizə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borc məbləğinə əlavə olaraq cərimə hesablanması, borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif edilmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edilməsi baradə xəbərdarlıq edilmişdir. 30 aprel 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı Bakı Apellyasiya Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi əsasında İddiaçı ASC-i müflis elan edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, İddiaçı ASC ilə cavabdehlər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh3 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Zaminlər Cavabdeh1 və Cavabdeh2 öhdəliyin icra edilməsi üçün məsuliyyəti üzərinə götürdüyündən onların hər üçü həmin müqavilənin icra olunması üçün birgə məsuliyyət daşıyırlar və iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə iddia tələbinin təmin edilməsini əsaslı hesab edir. Qeyd olunanlara əsasən 2365.26 manat əsas borc, 1265.77 manat faiz, 5.08 manat cərimə və 195.36 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5% hesablanmış faiz borcu olmaqla cəmi 3831.47 manat, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58.31 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 58.31 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 58.31 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. 30 dekabr 2019-cu il tarixli ***-*******MK301219-01 nömrəli kredit müqaviləsi üzrə 2365.26 manat əsas borc, 1265.77 manat faiz borcu, 5.08 manat cərimə və 195.36 manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5% hesablanmış faiz borcu, cəmi 3831.47 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58.31 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-512/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-512/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver