Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-626/2025 29.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-ti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 006A********** nömrəli kredit razılaşması üzrə 8857.69 manat kredit borcu, 0.01 manat faiz borcu, 286.44 manat cərimə olmaqla, cəmi 9144.14 manat məbləğində borcun və ödənilmiş 111.50 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 İddiaçı QSC-ti ilə xx.xx.2023-cü il tarixdə bağladığı müqaviləyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən X6 aylıq faiz dərəcəsi 1.75 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində krеdit götürmüşdür. X6 vəfat etmiş, X3 vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmişdir. Sorğulara cavab olaraq mərhum X3 vəfatı ilə bağlı vərəsəlik işinin açıldığı, vərəsələrinin xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2022-ci il təvəllüdlü X8 olduğu müəyyən edilmişdir. Mərhum cavabdehin atası Cavabdeh1 banka yazılı şəkildə müraciət edərək oğlu X3 vəfat etdiyini, X3 vərəsəsi olaraq kredit borcunu ödəmək niyyətində olduğunu bildirərək ödəniş planı üzrə ödənişləri vaxtında və lazımi qaydada yerinə yetirmək imkanı olmadığından həmin kredit müqaviləsinin müddətinin uzadılmasını və faiz dərəcəsinə güzəşt edilməsini xahiş etmişdir. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 006A**********S nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdehlər tərəfindən kredit müqaviləsinin 7.7-ci bəndinin tələbini pоzaraq ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən banka qaytarılmamışdır. Götürülmüş krеdit bоrcundan 1142.31 manat ödənilmiş, 8857.69 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit bоrcu və faiz borcu kreditora qaytarılmadığı üçün xx.xx.2025-ci il tarixə 398 gün üçün hesablanmış faiz borcu 0,01 manat təşkil etmişdir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 398 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 286.44 manat təşkil etmişdir. X3 ölümü kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun mərhumun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, kredit borcunun ödənilməsini o, öz öhdəsinə götürmüşdür. Onun maddi imkanı zəifdir, lakin kredit borcunu ödəyəcəkdir. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, onun maddi imkanı zəif olduğu üçün əsas borcdan hissə-hissə ödəniş edəcək, lakin cərimənin silinməsini istəyir. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Mülki iş materiallarında olan: xx.xx.2023-cü il tarixli 006A********** nömrəli pərakəndə (nağd) kredit müqaviləsindən görünür ki, İddiaçı QSC-ti tərəfindən X5 aylıq 1.75 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə ölmüşdür. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Samux rayon notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X3 barəsində vərəsəlik işi açılmışdır, xx.xx.2003-cü il tarixdə anadan olmuş, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan Cavabdeh2 və xx.xx.2022-ci il tarixdə anadan olmuş, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan X1 Orxan Məşdi oğlunun vərəsələridir. xx.xx.2023-cü il tarixdə X3 vərəsəsi Cavabdeh1 tərəfindən İddiaçı QSC-nin “Gəncə filialına” ünvanlanmış ərizədən görünür ki, X3 vərəsəsi olaraq kredit üzrə borcunu ödəmək niyyətini bildirmiş, ödəniş planı üzrə ödənişləri vaxtında və lazımi qaydada etmək imkanının olmadığı üçün həmin kredit müqaviləsi şərtlərinin kreditin faiz dərəcəsini güzəşt etməklə, kredit müddətinin 48 aya uzadılmasını və ödəniş tarixinin hər ayın 15-ə təyin edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli 006A**********S nömrəli kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, İddiaçı QSC-ti ilə Cavabdeh1 kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cəriməni bu sazişə əlavə olunan xx.xx.2023-cü il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməsi barədə razılığa gəlmişlər. xx.xx.2025-ci il tarixdə İddiaçı QSC-ti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X3 banka əsas məbləğ üzrə borcu 8857.69 manat, faiz üzrə borcu 0.01 manat, cərimə 286.44 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 398 gün, cəmi borc 9144.14 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı QSC-ti tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıqlardan görünür ki, cavabdehlərdən sözügedən kredit borcunun ödənilməsi xahiş olunmuş, əks təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" QSC-ti ilə mərhum borcalan X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana 10000 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən müqavilənin şərtlərinə əməl olunsa da, borcalan əsas borc ödəmələrini gecikdirmişdir. Nəticədə borcalanın kreditora 9144.14 manat borcu yaranmışdır. Həmçinin müəyyən edilmişdir ki, borcalan X6 xx.xx.2023-cü il tarixdə ölmüşdür, oğlu-X8 və arvadı-Cavabdeh2 onun vərəsələri kimi tanınmışlar, mərhumun atası Cavabdeh1 isə mərhumun borcunun ödənilməsi ilə bağlı bankda öz üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış mübahisə kredit borcunun ödənilməsi üzrə əmələ gələn mübahisədir və həllinə mülki qanunvericiliyin borcla bağlı, habelə borcalan öldüyü üçün vərəsəlik münasibətlərini tənzimləyən normalar tətbiq olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsində təsbit edilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşdə olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, tərəflər həmin müqaviləni Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilələrin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı "xxxx" QSC-ti kreditor, mərhum X6 isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materialları ilə müəyyən edilir ki, kreditor müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, lakin mərhum borcalan X6 müqavilənin şərtlərini pozaraq öhdəliklərini lazımınca icra etməmişdir. Nəticədə onun kreditora borcu yaranmışdır. Hazırda isə borcalan vəfat etmişdir. Lakin bu iddianın təmin edilməməsini şərtləndirmir. Belə ki, vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Məhkəmə göstərir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsəsi tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 500.1-ci maddəsinə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 503-cü maddəsində göstərilmişdir ki, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 8857.69 (səkkiz min səkkiz yüz əlli yeddi manat altmış doqquz qəpik) manat, faiz borcu üzrə 0.01 (bir qəpik) manat, cərimə 5 (beş) manat, cəmi 8862.70 (səkkiz min səkkiz yüz altmış iki manat yetmiş qəpik) manat İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 108.62 (yüz səkkiz manat altmış iki qəpik) manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 8857.69 (səkkiz min səkkiz yüz əlli yeddi manat altmış doqquz qəpik) manat, faiz borcu üzrə 0.01 (bir qəpik) manat, cərimə 5 (beş) manat, cəmi 8862.70 (səkkiz min səkkiz yüz altmış iki manat yetmiş qəpik) manat və 108.62 (yüz səkkiz manat altmış iki qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-626/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-626/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver