Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-649/2024 25.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-ti Cavabdeh xx.xx.2023-cü il tarixli GNLMB-14582 nömrəli kredit müqaviləsi üzrə kredit borcuna görə 1024,60 manat, faiz borcuna görə 133,77 manat, cərimə 237,20 manat, cəmi 1359,57 manat məbləğində pulun və 34,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələblərin xx.xx.2023-cü il tarixli, GNLMB-14582 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, GNLMB-14582 nömrəli saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş sep 1 ədəd, çəkisi 2,6 qram, əyarı-583, sırqa-üzük-dəst (4 qaşı olmayan) (b)- 1 ədəd çəkisi- 10 qram əyarı 583, üzük (1 qaşı olmayan) (b)-1 ədəd, çəkisi-4,1 qram, əyarı 583, sırqa (s) -1 ədəd çəkisi-2,6 qram, əyarı-583, cəmi 19,3 qram qızıl-zinət əşyasına yönəldilməsi, həmin qızılzinət əşyalarını açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına xx.xx.2023-cü il tarixli, GNLMB-14582 nömrəli kredit müqaviləsi üzrə cəmi məbləği 1395,57 manat məbləğində pulun və 34 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GNLMB-14582 saylı kredit müqaviləsinə əsasən illik 32% dərəcəsi olmaqla 18 ay müddətinə 1186 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixli GNLMB-14582 nömrəli saxlanc girov müqaviləsi bağlanaraq aşağıda adları çəkilən qızı əşyaları girov qoyulmuşdur: Sep-1 ədəd çəkisi-2,6 qram, əyarı 583, sırqaüzük-dəst (4 qaşı olmayan) (b)-1 ədəd çəkisi-10 qram, əyarı-583, üzük (1 qaşı olmayan) (b) 1 ədəd çəkisi-4,1 qr əyarı-583, sırqa (s) -1 ədəd çəkisi-2,6 qram, əyarı -583, Cəmi: 19,3 qram. xx.xx.2023-cü il tarixli, GNLMB-14582 nömrəli kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtınd lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GNLMB-14582 nömrəli kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kreditin ödəniş cədvəli əsasında, hər ayın 06-dan gec olmayaraq ayda 83,82 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında. lazımı qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.1. maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 % həcmində dəbbə pulu hesablanır. 03 may 2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, GNLMB-14582 nömrəli kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 1024,60 manat, faiz borcuna görə 133,77 manat, cərimə 237,20 manat olmaqla, cəmi borc məbləği 1395,57 manat təşkil edir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, GNLMB-14582 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 18 ay müddətinə illik 32 faiz ödəmək şərti ilə 1186 manat kredit vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, GNLMB-14582 nömrəli saxlanc girovu haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC arasında “Saxlanc girovu haqqında müqavilə” bağlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, GNLMB-14582 nömrəli “Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” aktdan görünür ki, Cavabdeh məxsus ümumilikdə 19,3 qram qızıl-zinət əşyaları olan dəyəri 1186,95 manat bazar dəyəri isə 1758,61 manat, çəkisi-2,6 qram, əyarı-583 1 ədəd sep, (4 qaşı olmayan) (b) 1 ədəd, çəkisi-10 qram, əyarı-583 üzük-sırqa-dəsti, (1 qaşı olmaya) (b) 1 ədəd çəkisi- 4,1 qram, əyarı-583 üzük, 1 ədəd çəkisi-2,6 qram, əyarı-583 olan sırqa İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialına saxlanca verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 03.05 2024-cü il tarixinə kimi banka 1024,60 manat əsas borc, 133,77 manat faiz borcu, 237,20 manat cərimə borcu, cəmi 1395,57 manat borcu yaranmışdır. İşdə olan bildirişin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh borcun ödənilmədiyi tədqirdə qanunamüvafiq tədbirlər görülməsi barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 34,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 272-ci maddəsinə əsasən, girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.1.-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, habelə kredit müqaviləsinin qanuniliyini yoxlayaraq hesab edir ki, iş üzrə mübahisəli hal yoxdur, tərəflərin izahatlarının alınmasına zərurət yoxdur, ona görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GNLMB-14582 saylı kredit müqaviləsinə əsasən illik 32% dərəcəsi olmaqla 18 ay müddətinə 1186 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli GNLMB-14582 nömrəli saxlanc girov müqaviləsi bağlanaraq aşağıda adları çəkilən qızı əşyaları girov qoyulmuşdur: Sep-1 ədəd çəkisi-2,6 qram, əyarı 583, sırqa-üzük-dəst (4 qaşı olmayan) (b)-1 ədəd çəkisi-10 qram, əyarı-583, üzük (1 qaşı olmayan) (b) 1 ədəd çəkisi-4,1 qram, əyarı-583, sırqa (s) -1 ədəd çəkisi-2,6 qram, əyarı -583, Cəmi: 19,3 qr. xx.xx.2023-cü il tarixli, GNLMB-14582 nömrəli kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtınd lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GNLMB-14582 nömrəli kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kreditin ödəniş cədvəli əsasında, hər ayın 06dan gec olmayaraq ayda 83,82 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında lazımı qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.1. maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 faiz həcmində dəbbə pulu hesablanır. 03 may 2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, GNLMB-14582 nömrəli kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 1024,60 manat, faiz borcuna görə 133,77 manat, cərimə 237,20 manat olmaqla, cəmi borc məbləği 1395,57 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə cavabdehin əmlak vəziyyətləri nəzərə alınmalı və cərimə pulu azadılmalıdır. Odur ki, məhkəmə kredit müqavilə üzrə cərimə pulunun 5 manat həddində tutulmasını daha ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlərdən tutulması, icra edilməsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, GNLMB-14582 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 1024.60 manat, fazi borcu üzrə 133.77 manat, cərimə 5 manat, cəmi 1163.37 (min yüz altmış üç manat otuz yeddi qəpik) manat və ödənilmiş 34.40 (otuz dörd manat qırx qəpik) manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma öhdəliyin təmini kimi girov qoyulmuş Cavabdeh məxsus çəkisi 2,6 qram, əyarı 583 olan 1 ədəd sepə, (4 qaşı olmayan) (b) 1 ədəd, çəkisi-10 qram, əyarı - 583 olan üzük-sırqa-dəstinə, (1 qaşı olmayan) (b) 1 ədəd çəkisi - 4,1 qram, əyarı - 583 olan üzüyə, 1 ədəd çəkisi 2,6 qram, əyarı - 583 olan qızıl-zinət əşyalarına yönəldilməli və həmin qızıl-zinət əşyaları hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına olan "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixli, GNLMB-14582 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 1024.60 manat, fazi borcu üzrə 133.77 manat, cərimə 5 manat, cəmi 1163.37 (min yüz altmış üç manat otuz yeddi qəpik) manat və ödənilmiş 34.40 (otuz dörd manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh məxsus çəkisi 2,6 qram, əyarı 583 olan 1 ədəd sepə, (4 qaşı olmayan) (b) 1 ədəd, çəkisi - 10 qram, əyarı - 583 olan üzük-sırqa-dəstinə, (1 qaşı olmayan) (b) 1 ədəd çəkisi - 4,1 qram, əyarı - 583 olan üzüyə, 1 ədəd çəkisi 2,6 qram, əyarı - 583 olan sırqaya yönəldilsin və həmin qızıl-zinət əşyaları açıq hərracda satılsın, qızıl-zinət əşyalarının satışından əldə olunmuş vəsait hesabına banka olan 1163.37 (min yüz altmış üç manat otuz yeddi qəpik) manat və ödənilmiş 34.40 (otuz dörd manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-649/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-649/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver