Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-679/2025 08.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-ti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3615,32 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və ödənilmiş 7 manat dövlət rüsumunun Cavabdeh tutularaq, cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “Oba Gəncə 4” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 7195,35 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olmuşdur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3615,32 manat borc qalmışdır. Cavabdeh hazırda İddiaçı MMC-yə ümumilikdə 3615,32 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, Mülki Məcəlləsinin müddəalarını, cavabdehlə bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)-679/2025 nömrəli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC-ti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmir. Odur ki, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, xx.xx.2023-cü il tarixdə onu İddiaçı MMC-də administrator vəzifəsinə təyin etmişlər. O, sayımla mağazanı təhvil almış, normal qaydada işini işləmiş, işçilərinə nəzarət etmiş, satışla məşğul olmuş və hər ay əmək haqqını vaxtında almışdır. Mart və aprel aylarında sayım keçirilməli idi, lakin sayım keçirilməmişdir. O, təxmini 7-8 ay işləmiş, həmin müddət ərzində inventarizasiya bir dəfə yəni-təhvil aldıqda və təhvil verdikdə keçirilmişdir. Həmin inventarizasiya zamanı 7195,35 manat ziyan olduğu aşkarlanmış, lakin güzəşt olunmuşdur. O, işdən çıxmış və işdən çıxma səbəbi atasının 1-ci qrup xərçəng xəstəsi olması olmuşdur. O, həmin borcla razılaşmır. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən və eyni tarixli, 063/İQ nömrəli əmrin çıxarışından görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMC-nə "satıcı-kassir" vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 405 nömrəli əmrin çıxarışından və tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMC-nə "administrator" vəzifəsinə təyin edilmiş, həmçinin o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli administratorun vəzifə təlimatından görünür ki, Cavabdeh vəzifə funksiyaları, vəzifə səlahiyyətləri və vəzifə məsuliyyətlərinə dair vəzifə təlimatı ilə tanış olmuş və imzalamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli 1513 nömrəli əmrdən görünür ki, “Oba Gence 4 (450)” mağazasında daimi fəaliyyətində olan inventarizasiya komissiyası növbədənkənar yoxlamanın aparılması üçün müvafiq işçi qrupu yaradılmış, işçi qrupuna təyin edilən filial üzrə maddi məsul şəxsin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlanmasının həyata keçirilməsi tapşırılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli “Oba-Gence 4” filialında aparılmış aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, müvafiq komissiya tərəfindən aparılan araşdırma nəticəsində 7195,35 manat çatışmazlıq müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “Oba-Gence “ filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, müvafiq komissiya tərəfindən aparılan araşdırma nəticəsində 7195,32 manat çatışmazlıq müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli iltizamnamədən görünür ki, maddi məsul şəxs Cavabdeh sayımda iştirak etmiş, əksik məhsullarla tanış olmuş, yekun sənədləri imzalamış və etirazının olmadığını qeyd etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 897 nömrəli əmrdən görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxdıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh Əvəz oğlundan tələb olunmuş, “Təbii itki norması” satış dövriyyəsinin 0.54 faizi müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 74-X nömrəli əmrdən çıxarışa, eləcə də eyni tarixli xxxxxxx0001X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli DN 520 nömrəli İddiaçı MMC-ti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-də çalışdığı “Oba-Gence 4 (450)” mağazasında xx.xx.2024-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (təhvil-təslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrinin imzalanması üçün Cavabdeh Daxili Nəzarət Departamentinə yaxınlaşması xahiş olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli müvafiq komissiya tərəfindən tərtib olunmuş imtina aktından görünür ki, İddiaçı MMC-nin Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti ünvanında yerləşən “Oba-Gəncə 4 (450) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Əvəz oğlunun iştirakı ilə xx.xx.2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh Əvəz oğlu inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (- 7195,35 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli İddiaçı MMC-ti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış, 3615,32 manat əskikgəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də, İddiaçı MMC-ti ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Əvəz oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixdə 7195,35 manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 3615,32 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh Əvəz oğlunun xx.xx.2024-cü il tarixə İddiaçı MMC-ə olan ümumi borcu 3615,32 manat təşkil edir. İşdə olan maliyyə sənədlərindən görünür ki, "xxxx" MMC-ti ilkin mediasiya sessiyasına müraciət edərkən 60 manat məbləğində mediasiya xərci ödəməklə yanaşı, dövlət rüsumu üçün 7 manat vəsait də sərf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində təsbit edilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin İ bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin İ hissəsinin “a” və “ç” bəndlərinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 194-cü maddəsinin İİ bəndinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə bu Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh həmin tarixdən "xxxx" MMC-nə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra, o, xx.xx.2023-cü il tarixli əmrlə həmin tarixdən "xxxx" MMC-nə administrator vəzifəsinə təyin edilmiş, həmçinin tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Sonradan, xx.xx.2024-cü il tarixdə “Oba-Gence 4” filialında keçirilmiş inventarizasiya zamanı 7195,35 manat zərər aşkar edilərək, bu barədə akt tərtib olunmuş, bundan əlavə Cavabdeh inventarizasiya prosesində iştirak etmiş, lakin yekun sənədləri imzalamamışdır. Bundan sonra, cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2024-cü il tarixli əmrlə vəzifəsindən azad edilmişdir. İnventarizasiya zamanı aşkar edilmiş zərərin 7195,35 manat təşkil etməsinə baxmayaraq, iddiaçı MMC tərəfindən güzəşt olunmaqla, cavabdehin ümumi borcu 3615,32 manat müəyyən edilmiş və nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Cavabdeh "xxxx" MMC-nin “Oba-Gence 4” filialı üzrə administrator vəzifəsində işləyərkən vəzifəsindən irəli gələn öhdəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya zərər vurulmuşdur. Buna görə də, cavabdeh iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3615,32 (üç min altı yüz on beş manat otuz iki qəpik) manat, mediasiya xərcinin əvəzi qismində 60 (altmış) manat və ödənilmiş 7 (yeddi) manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3615,32 (üç min altı yüz on beş manat otuz iki qəpik) manat, 60 (altmış) manat mediasiya xərci və ödənilmiş 7 (yeddi) manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-679/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-679/2025
08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver