Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-776/2025 30.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2013-cü il tarixli DK0531417/13 saylı müqaviləyə əsasən 185.79 manat, xx.xx.2013-cü il tarixli BAL0839117/13 saylı müqaviləyə əsasən 829.64 manat əsas 103.94 faiz 43.42 manat cərimə olmaqla cəmi 997 manat və ödənilmiş 60 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli DK0531417/13 saylı, müqaviləyə əsasən 300 manat, xx.xx.2013-cü il tarixli BAL0839117/13 saylı müqaviləyə əsasən 900 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X3 185.79 manat və 829.64 banka borcu vardır. X11 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Samux rayon notariat ofisinin asan xidmət notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh X3 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh iddianı qəbul etdiyini, lakin iddia tələbində sözügedən məbləğdə borcu ödəmək iqtidarında olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 cavabdehin iddianı qəbul etdiyini, lakin maddi cəhətdən çox çətinlikləri olduğunu və sözügedən məbləğində borcu ödəmək iqtidarında olmadığını bildirdi. Məhkəmə cavabdehi və onun nümayəndəsini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2013-cü il tarixli, DK0531417/13 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış müqaviləyə əsasən bank tərəfindən borcalana 300 manat borc verilmişdir. xx.xx.2013-cü il tarixli, BAL0839117/13 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış müqaviləyə əsasən bank tərəfindən borcalana 900 manat borc verilmişdir. Maliyyə arayışından görünür ki, X3 xx.xx.2025-ci il tarixə, xx.xx.2023-cü il tarixli DK0531417/13 nömrəli kredit müqaviləsi üzrə 185.79 manat əsas borc, xx.xx.2023-cü il tarixli BAL0839117/13 saylı müqaviləyə əsasən 829.64 manat əsas, 103.94 faiz, 43.42 manat cərimə borcu vardır. xx.xx.2024-cü il tarixli Samux rayon notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X3 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdehdır və o miras əmlakdan tam hissədə irs almalıdır. Miras əmlak JN:1130, KOD:50701006 olan dövlət aktına əsasən Samux şəhəri ünvanında yerləşən torpaq sahəsi 0.2478 ha olan torpaq sahəsindən ibarətdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə X6 arasında xx.xx.2013-cü il tarixli, DK0531417/13 nömrəli kredit müqaviləsi, həmçinin xx.xx.2013-cü il tarixli BAL0839117/13 nömrəli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2013-cü il tarixli, DK0531417/13 nömrəli kredit müqaviləsinə əsasən X4 300 manat borc verilmiş, xx.xx.2013-cü il tarixli, BAL0839117/13 kredit müqaviləsinə əsasən isə ona 900 manat kredit verilmişdir. X1 xx.xx.2016-cı il tarixdə ölmüş və onun xx.xx.2013-cü il tarixli, DK0531417/13 nömrəli kredit müqaviləsi üzrə 185.79 manat, xx.xx.2013-cü il tarixli BAL0839117/13 saylı kart çərçivə müqaviləsi üzrə 829.64 manat əsas 103.94 manat faiz, 43.42 manat cərimə borcu qalmışdır. Hazırda isə iddiaçı həmin borcu X3 vərəsəsi, yəni arvadı Cavabdeh tələb edir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia borcun ölmüş şəxsin vərəsəsindən tutulması ilə bağlı olduğundan həmin münasibətlərə Mülki Məcəllənin həm borc münasibətlərini tənzimləyən normaları, həm də vərəsəlik hüquq münasibətlərini tənzimləyən müvafiq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, X3 İddiaçı ASC-nə xx.xx.2013-cü il tarixli DK0531417/13 nömrəli kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli, BAL0839117/13 nömrəli müqavilə üzrə borcu onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsələrə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə miras qoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, sözügedən kredit müqaviləsi üzrə X1 vəfat etdiyindən və onun vəfatından sonra miras əmlaka dair cavabdehin (mərhumun arvadının) ərizəsinə əsasasən vərəsəlik işi açıldığından və hazırda vərəsə miras qoyanın əmlak vəzifələrinə (miras passivinə) dair qəbul etdiyi miras həcmində öhdəlik daşıdığından mülki qanunvericiliyin tələbləri baxımından borc cavabdehdən qəbul etdiyi miras həcmində tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. İddia tələbi təmin olunduğundan məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən onun qəbul etdiyi miras əmlak həcmində iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2013-cü il tarixli DK0531417/13 nömrəli kredit müqaviləsi üzrə 185.79 manat, xx.xx.2013-cü il tarixli, BAL0839117/13 nömrəli kredit müqaviləsi üzrə 829.64 manat əsas, 103.94 faiz və 43.42 manat cərimə olmaqla ümumilikdə 1162,79 manat, həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh qəbul etdiyi miras həcmində tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-776/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-776/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver