Məhkəmə qərarları › İş №e-2(058)-787/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-787/2024

26.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-787/2024 26.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 118.86 manat maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, «X1 Azərbaycan» QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X1 Azərbaycan» QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə «X1 Azərbaycan» QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağalmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilərək xx.xx.2022-ci il tarixli, 2(058)-305/2022 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nətcədə iddiaçı "YapıKredi Bank Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “İnternational Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 792.42 manat məbləğlərində olan vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 118.86 manat manat məbləğində xidmət haqqı ödənilmişdir. Qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdehlər tərəfindən ”YapıKredi Bank Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 118.86 manat məbləğində xidmət haqqı ödəmişdir. “X1 Azərbaycan” QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5 və 6-cı bəndində “Borcverənin hüquq və vəzifələri borcalanın hüquq və vəzifələri öhdəliklərində qeyd edilmişdir ki, borcalan tərəfindən müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş əlavə ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesablanan cərimə məbləğlərini, kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətli ilə bağlı çəkdiyi çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək. Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə kreditin geri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin, məsrəflərin və s. o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyiçəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasənməhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 263663 saylı güzəştli kredit və zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 948 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli Hüquqi xidmət haqqında müqavilənin surətindən görünür ki, "xxxx" QSC məhkəmə qərarları üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmiş və "xxxx" MMC "xxxx" QSC qarşısında belə bir öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" QSC ilə “İnternational Legal Services“ MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2022-ci ilə təmin edilmiş, 792.42 manat məbləğində pul vəsaitinə görə “X1 Azərbaycan” QSC tərəfindən “İnternational Legal Services “ MMC-yə 118.86 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən (pretenziya) görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh 118.86 manat məbləğindəki borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı və qanunvericilikə nəzərdə tutulmuş bütün tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçının iddia tələbinin əsaslı olması sübuta yetirilir. Cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi iddiaçının maddi ziyana düçar olmasına səbəb olduğundan iddiaçı ona dəymiş maddi ziyanın əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri qismində iddiaçının ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi qismində pul cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, Cavabdeh 118.86 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 118.86 (bir yüz on səkkiz manat səksən altı qəpik) manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar