Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-815/2024 07.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçı Expressbank ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Expressbank ASC-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Expressbank ASC Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia qaldıraraq, Expressbank ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2022-ci il tarixli, 800804- 51608/6 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən Expressbank ASC-nin xeyrinə 15839.10 manat əsas, 1344.24 manat faiz borcu olmaqla, cəmi 17183.34 manat pulun və 141.55 manat dövlət rüsumunun tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Expressbank ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2022-ci il tarixli, 800804-51608/6 nömrəli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 19.5% faiz dərəcəsi ilə 20000 (iyirmi min manat) manat kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 03 iyul 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 15839.10 manat məbləğində əsas borc, 1344.24 manat faiz borcu olmaqlı, cəmi 17183.34 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablınınış fazlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxitında tamamilə icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredil yaranmışdır. Bank tərəfindən sifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Buna görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı Expressbank ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi . Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: 13 iyul 2022-ci il tarixli, 800804-51608/6 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə illik 19.5% faiz dərəcəsi tətbiq olmaqla 20000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13 iyul 2022-ci il tarixli, 800804-51608/6 nömrəli kredit müqaviləsinə əsasən 03 iyul 2024-cü il tarixə 15839.10 manat əsas borc və 1344.24 manat faiz borcu olmaqla, cəmi 17183.34 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, aylıq ödənişlərə riayət olunmadığı üçün, Cavabdeh ödəniş cədvəli ilə nəzərdə tutulmuş tarixə ödəməli olduğu aylıq ödənişi ödəməyərək kredit müqaviləsinin şərtini pozduğu üçün 15839.10 manat əsas borc və 1182.80 manat faiz borcu olmaqla, cəmi 17021.90 manat məbləğində vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq, 28 iyun 2024-cü il tarixinədək “ödəmədiyini təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Cavabdeh tərəfindən borcun icra edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliyin icrasının qəbulundan bəhs edən 529-cu maddəsinin məzmununa əsasən öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Məhkəmə qeyd edir ki, mövcudluğu təsdiq edilən öhdəliyin icra edilməsi sübuta yetirilmədikcə həmin öhdəliyin icra edilməmiş olması qəbul edilir. Məhkəmə tədqiq olunmuş sübutlara mülki qanunvericiliyin normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı Expressbank ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2022-ci il tarixli, 800804-51608/6 nömrəli kredit razılaşmasına əsasən Cavabdeh 15839.10 manat əsas, 1344.24 manat faiz borcu olmaqla, cəmi 17183.34 manat pul tutularaq iddiaçı Expressbank ASC-nə verilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 141.55 manat dövlət rüsumundan ibarətdir. İddia təmin olunduğundan məhkəmə ödənilmiş 141.55 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Expressbank ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2022-ci il tarixli, 800804-51608/6 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 15,839.10 manat əsas, 1344.24 manat faiz borcu olmaqla, cəmi 17,183.34 (on yeddi min bir yüz səksən üç manat, otuz dörd qəpik) manat pul və 141.55 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X2 Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-815/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-815/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver