Məhkəmə qərarları › İş №e-2(058)-847/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-847/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-847/2024 20.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X1, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 “borcun tutulması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC-ti cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Həsənov İbrahimxəlil Məmməd oğlunun vərəsələri cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə 2320.47 (iki min üç yüz iyirimi manat, qırx yeddi qəpik) manat borcun və ödənilmiş 43.21 (qırx üç manat, iyirimi bir qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Həsənov İbrahimxəlil Məmməd oğlu arasında xx.xx.20218-ci il tarixli, 2-xx.xx.2018-002949 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Həsənov İbrahimxəlil Məmməd oğluna illik 25 %lə, 36 ay müddətinə 3000 manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Həsənov İbrahimxəlil Məmməd oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Samux Rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 513 saylı cavab məktubundan görünür ki, Həsənov İbrahimxəlil Məmməd oğlundan qalmış mirası cavabdehlər qəbul etmişlər. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Həsənov İbrahimxəlil Məmməd oğlunun Banka ödənilməmiş nəğd kredit üzrə 2320.47 manat əsas borcu qalmışdır. Cavabdehlər mərhum Həsənov İbrahimxəlil Məmməd oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Ona görə də, iddianın təmin olunması məhkəmədən xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 2-xx.xx.2018-0029/9 nömrəli kredit müqaviləsindən görünür ki, Həsənov İbrahimxəlil Məmməd oğluna 36 ay müddətinə illik 25% dərəcəsi tətbiq olmaqla 3000 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Həsənov İbrahimxəlil Məmməd oğlunun "xxxx" ASC-nə 2320.47 manat əsas borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Samux rayon notariat ofisində açılmış vərəsəlik işi üzrə Həsənov İbrahimxəlil Məmməd oğlunun vərəsələri cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsənin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı mərhum Həsənov İbrahimxəlil Məmməd oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri – Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 tələb etməkdə haqlı olmuşdur. Lakin cavabdehlər işin məhkəmə icraatı ərzində öldüyündən və mübahisənin predmeti prosessual hüquq varisliyinə yol verdiyindən borc Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 tutularaq, "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu bank xidmət haqqının və dövlət rüsumundan ibarətdir. təmin olunduğundan məhkəmə ödənilmiş 43.61 manat bank xidmət haqqının və dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 xx.xx.2018-ci il tarixli 2-xx.xx.2018-0029/9 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2320.47 (iki min üç yüz iyirmi manat qırx yeddi qəpik) manat, ödənilmiş 43.21 (qırx üç manat iyirmi bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) xidmət haqqı tutularaq, "xxxx" ASC-nə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar