Məhkəmə qərarları › İş №e-2(058)-885/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-885/2024

06.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-885/2024 06.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X5, iddiaçı "xxxx" ASC-nin Cavabdeh “borcun tutulması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC-ti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 90.94 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********91 nömrəli “Tam kart” müqaviləsinə əsasən Cavabdeh “Tam kart” ikitərəfli ödəniş kartı verilmişdir. Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (**********28********) xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək ümumilikdə 314.04 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, cavabdeh kartın balansına pul olmamasına baxmayaraq, kartdan 314.04 manat məbləğində vəsait məxaric etmiş və bu zaman cavabdehin kart hesabında 314.04 manat məbləğində mənfi qalıq formalaşdırılmışdır. Daha sonra cavabdeh həmin borcdan 223.10 manatını ödəmişdir. Hazırda cavabdehin banka 90.94 manat borcu mövcuddur. Filial tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka əsas borc üzrə 90.94 manat borcu mövcuddur. Beləliklə, Cavabdeh borcun vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcunun və ona hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Ona görə də, iddianın təmin olunması məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BPM**********91 nömrəli “Tam kart” müqaviləsindən görünür ki, X3 5 il müddətinə 15000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarına əlavə edilmiş əsassız varlanmanı əks etdirən arayışından görünür ki, X2 "xxxx" ASC-nə cəmi ödənilməli məbləğ 90.94 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliyin icrasının qəbulundan bəhs edən 529-cu maddəsinin məzmununa əsasən öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Məhkəmə qeyd edir ki, mövcudluğu təsdiq edilən öhdəliyin icra edilməsi sübuta yetirilmədikcə həmin öhdəliyin icra edilməmiş olması qəbul edilir. Məhkəmə tədqiq olunmuş sübutlara mülki qanunvericiliyin normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********91 nömrəli “Tam kart” razılaşmasına əsasən cavabdeh X1 90.94 manat pul tutularaq iddiaçı "xxxx" ASC-nə verilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu bank xidmət haqqının və dövlət rüsumundan ibarətdir. İddia təmin olunduğundan məhkəmə ödənilmiş 30.40 manat bank xidmət haqqının və dövlət rüsumunun əvəzinin cavabdeh X1 tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********91 nömrəli “Tam kart” müqaviləsinə əsasən əsas borc üzrə 90,94 manat, ödənilmiş 30 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı tutularaq, iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar