Məhkəmə qərarları › İş №e-2(059)-138/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-138/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-138/2023 01.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə iddiaçı “Finca Azerbaijan” MMQBKT-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı “Finca Azerbaijan” MMQBKT Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMQBKT-nin xeyrinə 5317,41 manat əsas, 26,31 manat faiz olmaqla, cəmi 5343,72 manat borcun və 73,44 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh Şabran rayonunun Ağbaş kəndində qeydiyyata alınmışdır. Göründüyü kimi, Siyəzən Rayon Məhkəməsi hazırkı mülki işi 26 yanvar 2023-cü il tarixdə icraata qəbul edərkən Cavabdeh artıq 17 iyul 2022-ci il tarixdən etibarən Şabran rayonunun Ağbaş kəndində qeydiyyata alınmışdır ki, nəticədə iş icraata qəbul edilərkən aidiyyət qaydaları pozulmuş və hazırkı işə bu məhkəmədə baxılması üçün əsaslar yaranmamışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün sonuncunun rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasına etiraz etmədilər. Azərbaycan Respublikası MPM-nin 167.2-ci maddəsinə görə məhkəmədə baxılmağa hazırlamaq üzrə hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Bu Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Qeyd olunan Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Sözügedən Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Yenə bu Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh Şabran rayonunun inzibati ərazisində qeydiyyata olduğuna görə iddiaçı “Finca Azerbaijan” MMQBKT-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44, 45, 167, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: iddiaçı “Finca Azerbaijan” MMQBKT-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar