Məhkəmə qərarları › İş №e-2(059)-364/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-364/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-364/2023 27.09.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcunun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30 aprel 2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan Bankın xeyrinə 4200 manat əsas, 2069,65 manat müqavilə müddəti üçün hesablanmış faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 2278,82 manat faiz olmaqla, cəmi 8548,47 manat məbləğində pulun və 105,50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı başqa bir ərizəylə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin tarixinin “30 aprel 2012-ci il” əvəzinə “03 iyul 2008-ci il” kimi oxunmasını xahiş etmişdir. İddia ərizəsi və bu ərizəyə dəqiqləşdirmə ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2008-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan bank cavabdehə illik 30% ödəməsi şərtilə 18 ay müddətinə 5000 manat məbləğində kredit vermişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində sonuncunun ləğv prosesində olan ASC-yə ümumilikdə 8548,47 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 03 iyul 2008-ci il tarixli, İk0146 saylı kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı ASC Cavabdeh 18 ay müddətinə, illik 30% ödəmək şərti ilə 5000 manat məbləğində kredit vermişdir. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən 23 fevral 2023-cü il tarixdə verilmiş maliyyə arayışının surətindən görünür ki, sözügedən müqavilə üzrə Cavabdehnın ləğv prosesində olan İddiaçı ASC-yə 02 fevral 2023-cü il tarixə 4200 manat əsas, 2069,65 manat müqavilə müddəti üçün hesablanmış faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 2278,82 manat faiz olmaqla, cəmi 8548,47 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan qəbzdən müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC məhkəməyə müraciət edərkən 105,50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik 5 (beş) faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2008-ci il tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan bank Cavabdeh 18 ay müddətinə, illik 30% ödəmək şərti ilə 5000 manat məbləğində kredit vermişdir. Lakin, cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə, müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, Cavabdehnın banka 02 fevral 2023-cü il tarixə 4200 manat əsas, 2069,65 manat müqavilə müddəti üçün hesablanmış faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış 2278,82 manat faiz olmaqla, cəmi 8548,47 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4200 manat əsas, 2069,65 manat müqavilə müddəti üçün hesablanmış faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış 2278,82 manat faiz olmaqla, cəmi 8548,47 borc, eləcə də ödənilmiş 105,50 manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4200 manat əsas, 2069,65 manat müqavilə müddəti üçün hesablanmış faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış 2278,82 manat faiz olmaqla, cəmi 8548,47 (səkkiz min beş yüz qırx səkkiz manat 47 qəpik) borc, eləcə də ödənilmiş 105,50 (bir yüz beş manat 50 qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar