Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-526/2022 31.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə iddiaçı Bank arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, 011A********** və 011A********** saylı kredit müqavilələrinin ləğv edilməsi, 011A********** saylı kredit müqaviləsinə əsasən 376,23 manat əsas, 4,96 manat faiz, 249,45 manat cərimə olmaqla, cəmi 630,64 manat borcun, 011A********** saylı kredit müqaviləsinə əsasən 2631,96 manat əsas, 25,22 manat faiz, 1345,17 manat cərimə olmaqla, cəmi 4002,35 manat borcun və ödənilmiş 66,33 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi üzrə sonuncu illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 376,23 manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq ödənişləri dəfələrlə yubatmış, kredit müqavilələri üzrə 19 yanvar 2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Eyni zamanda, sonuncu 011A********** saylı kredit müqaviləsi üzrə borcundan ödəniş etməmiş, nəticədə 25 iyul 2022-ci il tarixə 376,23 manat əsas, 4,96 manat faiz, 249,45 manat cərimə borcu yaranmışdır. Bundan sonra, iddiaçı bankla Cavabdeh3 arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi üzrə sonuncu illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 3001,56 manat məbləğində kredit götürmüşdür. Sonuncu kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq ödənişləri dəfələrlə yubatmış, kredit müqaviləsi üzrə 19 iyul 2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh3 011A********** saylı kredit müqaviləsi üzrə borcundan 369,60 manat ödəniş etmiş, nəticədə 2631,96 manat əsas, 25,22 manat faiz və 1345,17 manat cərimə borcu yaranmışdır. Həmçinin, kredit müqavilələri üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh1 eyni tarixli zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Lakin, cavabdehlər müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödənilməli olan kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri qismən təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 17 dekabr 2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi üzrə cavabdehlərin iddiaçı banka 21 oktyabr 2022-ci il tarixə əsas borcu 376,23 manat, faiz borcu 5,49 manat, cərimə borcu 256,22 manat olmaqla, ümumilikdə 637,94 manat borc hesablansa da, o, iddia tələbi üzrə müdafiə edərək, 376,23 manat əsas, 4,96 manat faiz, 249,45 manat cərimə olmaqla, cəmi 630,64 borcun tələb edildiyini bildirdi. Bundan əlavə 17 dekabr 2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi üzrə 25 iyul 2022-ci il tarixə əsas borc üzrə 2631,96 manat, faiz borcu üzrə 25,22 manat, cərimə borcu üzrə 1345,17 manat olmaqla, cəmi 4002,35 manat hesablansa da, cavabdehlər borcdan qismən ödəniş etdikləri üçün sözügedən borc məbləği azalmış, nəticədə cavabdehlərin iddiaçı banka 2365,70 manat əsas, 18,85 manat faiz, 1311,26 manat cərimə, cəmi 3695,81 manat borcu qalmışdır. Ona görə də, iddia tələbinin müdafiə etdikləri həcmlərdə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edə Cavabdeh3 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddia tələbi üzrə əsas və faiz borcunu qəbul etsə də, cərimə borcunu qəbul etmir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edə Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, Cavabdeh3 ilə iddiaçı "xxxx" QSC arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli kredit müqavilələri üzrə zamin olmaqla, hazırki tələb üzrə də bütün məsuliyyətini tam dərk edir. İddia tələbi üzrə əsas və faiz borclarını qəbul etsə də, cərimə borclarını qəbul etmir. Belə ki, Cavabdeh3 səhhətində yaranmış problemlərə görə borcunu ödəyə bilməmiş, nəticədə sözügedən borc yaranmışdır. Bundan əlavə, kredit müqaviləsinin qüvvədə saxlanılmaqla, ödəniş cədvəlinin yenidən tərtib edilməsini xahiş edir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə, işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh3 və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, "xxxx" QSC ilə Cavabdeh3 arasında 17 dekabr 2019-cu il tarixdə bağlanmış 011A********** və 011A********** saylı kredit müqavilələrinə əsasən Bank cavabdeh Şirinbala İyasova illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə müvafiq olaraq, 376,23 manat və 3001,56 manat məbləğində kredit vermişdir. Hər bir kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli ayrı-ayrı zaminlik müqavilələrinə əsasən borclunun kredit müqavilələrindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərilərinə götürürlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İşdə olan 17 dekabr 2019-cu il tarixli qəbzlərdən görünür ki, "xxxx" QSC Şirinbala İyasova ayrı-ayrılıqda 376,23 manat və 3001,56 manat məbləğində pul vermişdir. İşdə olan "xxxx" QSC tərəfindən verilmiş 29 iyul 2022-ci il və 31 oktyabr 2022 tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh3 "xxxx" QSC-yə 011A********** saylı kredit müqaviləsi üzrə 25 iyul 2022 tarixə 376,23 manat əsas, 4,96 manat faiz, 249,45 manat cərimə olmaqla, cəmi 630,64 manat borcu, 011A********** saylı kredit müqaviləsi üzrə isə 21 oktyabr 2022-ci il tarixə 2365,70 manat əsas, 18,85 manat faiz, 1311,26 manat cərimə olmaqla, cəmi 3695,81 manat borcu yaranmışdır. İşdə olan xəbərdarlıqlardan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar "xxxx" QSC tərəfindən cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" QSC məhkəməyə müraciət edərkən 66,33 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh3 üzərinə düşdüyü öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı onlar arasında bağlanmış kredit müqavilələrinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh3 öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağa başlamışdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və müqavilələrin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zaminlər Cavabdeh2 və Cavabdeh1 əsas borclu Cavabdeh3 kredit müqavilələri üzrə öhdəliyini icra etməməsinə görə bank qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyırlar. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdehlər yazılı formada bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit müqavilələrin 4.2.2-ci bəndinə əsasən kredit alan bu müqavilə ilə müəyyənləşdirilən öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 faiz məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0,1 faizdən artıq olmaması şərti ilə cərimə ödəməyə borcludur. Məhkəmə, iddiaçının "kredit müqavilələri üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi" tələbini qismən əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının cəmi 376,23 manat olan əsas kredit borcu üzrə 249,45 manat cərimə, 2365,70 manat olan əsas kredit borcu üzrə 1311,26 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 249,45 manat məbləğində hesablanmış cərimə məbləğinin 38 manat, 1311,26 manat məbləğində hesablanmış cərimə məbləğinin isə 237 manat, həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli kredit müqavilələri üzrə sonuncuya illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə müvafiq olaraq, 376,23 manat və 3001,56 manat məbləğində kredit verilmiş, həmçinin bu müqavilələrdən irəli gələn öhdəliklərin təmini olaraq, eyni tarixdə iddiaçı ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmış və onlar borclu Cavabdeh3 ilə eyni həcmdə məsuliyyəti öz üzərilərinə götürmüşlər. İddiaçı bank həmin məbləğlərdə pulu Cavabdeh3 verməklə, üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdehlər borclu kimi üzərilərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməməklə, müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Beləliklə, cavabdehlərin İddiaçı QSC-yə 011A********** saylı kredit müqaviləsi üzrə 376,23 manat kredit, 4,96 manat faiz, 38 manat cərimə olmaqla, cəmi 419,19 manat, 011A********** saylı kredit müqaviləsi üzrə isə 2365,70 manat kredit, 18,85 manat faiz, 237 manat cərimə olmaqla, cəmi 2621,55 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, tərəflər arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, 011A********** və 011A********** saylı kredit müqavilələri ləğv edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 011A********** saylı kredit müqaviləsi üzrə 376,23 manat kredit, 4,96 manat faiz, 38 manat cərimə olmaqla, cəmi 419,19 manat, 011A********** saylı kredit müqaviləsi üzrə isə 2365,70 manat kredit, 18,85 manat faiz, 237 manat cərimə olmaqla, cəmi 2621,55 manat borc və ödənilmiş 66,33 manat məbləğində dövlət rüsumunun 66%-i, yəni 43,78 manatı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli, 011A********** və 011A********** saylı kredit müqavilələri ləğv edilsin. 17 dekabr 2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 376,23 manat kredit, 4,96 manat faiz, 38 manat cərimə olmaqla, cəmi 419,19 (dörd yüz on doqquz manat 19 qəpik) manat borc tutulsun. 17 dekabr 2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2365,70 manat kredit, 18,85 manat faiz, 237 manat cərimə olmaqla, cəmi 2621,55 (iki min altı yüz iyirmi bir manat 55 qəpik) manat borc tutulsun. İddia tələbi üzrə ödənilmiş 66,33 manat dövlət rüsumunun 66%-i, yəni 43,78 (qırx üç manat 78 qəpik) manatı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-526/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-526/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver