Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-537/2022 09.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X1, İddiaçı2 MMC-nin Cavabdeh qarşı “pul və cavabdehin əmlak gəlirinin, eləcə də bank hesablarının üzərinə həbsin qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı2 MMC Cavabdeh qarşı “pul və cavabdehin əmlak gəlirinin, eləcə də bank hesablarının üzərinə həbsin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 54000 manat pulun və bu məbləğin 01 oktyabr 2020-ci il tarixdən bu günə qədər ki qanuni faizlərinin hesablanaraq, alınacaq məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, həmçinin iddianın təmin olunması üçün cavabdehin əmlak gəlirinin və bank hesablarının üzərinə həbsin qoyulmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Mülki iş materialları nəzərdən keçirilərkən iddiaçının cavabdehə qarşı bir iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdiyi müəyyən edilmişdir. Çünki, iddiaçı iddia ərizəsində cavabdehə qarşı yönələn əsas tələblə, yəni cavabdehdən 54000 manat pulun və bu məbləğin 01 oktyabr 2020-ci il tarixdən bu günə qədər ki qanuni faizlərinin hesablanaraq, alınacaq məbləğin iddiaçının xeyrinə tutulmasını xahiş etməsi ilə yanaşı, ayrıca icraatda baxılmalı olan, cavabdehin əmlak gəlirinin və bank hesablarının üzərinə həbsin qoyulması barədə müvəqqəti təminat tədbiri ilə də müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Beləliklə, hazırkı iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edirəm ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş tələblər, yəni cavabdehdən 54000 manat pulun və bu məbləğin 01 oktyabr 2020-ci il tarixdən bu günə qədər ki qanuni faizlərinin hesablanaraq, alınacaq məbləğin iddiaçının xeyrinə tutulması ilə cavabdehin əmlak gəlirinin və bank hesablarının üzərinə həbsin qoyulması tələbi və həmin tələblərin əsası kimi istinad edilən hallar hər biri ayrı-ayrılıqda özlüyündə fərdi yanaşma tələb etdiyindən, eləcə də bir-birilə bağlı olmayan tələblər olduğundan həmin tələblərə ayrıca icraat qaydasında baxılması məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı2 MMC-nin Cavabdeh qarşı “pul və cavabdehin əmlak gəlirinin, eləcə də bank hesablarının üzərinə həbsin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(059)-537/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-537/2022
09.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver