Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-561/2024 26.08.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, iddiaçı “Accessbank» QSC-nin Cavabdeh qarşı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “Accessbank» QSC Cavabdeh qarşı " daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 30 may 2023-cü il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Xaçmaz şəhərində yerləşən Vağzal küşəsindəki 24 saylı evin 99,50 m² ümumi sahədən ibarət 3 saylı mənzilindən Cavabdeh çıxarılması, əmlakın boşaldılaraq mülkiyyətçi QSC-yə təhvil verilməsi, eləcə də, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası 26 avqust 2024-cü il tarixə, saat 12:00-a təyin edilmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında razılıq əldə edilməklə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsini qeyd etməklə, iddia ərizəsinin baxılmamış saxlanılması və ödənilmiş 100 manat dövlət rüsumunun geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə iclasın tərəflərin (onların nümayəndələrinin) iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı “Accessbank» QSC-nin Cavabdeh qarşı "daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-561/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-561/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver