Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1051/2022 04.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh AR Təhsil Nazirliyi Cavabdehnə qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AR Təhsil Nazirliyi Cavabdehndən təhsil haqqına görə 8.000 manat və mənəvi ziyana görə 2.000 manat olmaqla, cəmi 10.000 manat və ödənilmiş 120 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, övladı X3 Cavabdehndə (Bakı filialı) təhsil alması üçün müraciət etmiş və 30.09.2021-ci il tarixdə X3 təhsil haqqı olaraq, 2021- 2022 tədris ili üçün 5.000 manat, 12.10.2021-ci il tarixdə 3.000 manat olmaqla, cəmi 8.000 manat ödəniş etmişdir. Ödəniş etdikdən on gün sona, yəni 22.10.2021-ci il tarixdə şagirdin valideynləri uşaqlarının təhsilini başqa təhsil müəsisəsində davam etdirmələri üçün lisey rəhbərliyinə bildirib və ödəniş etdikləri təhsil haqqının qaytarılmasını istəmişlər. Lakin bu günə kimi ödənilmiş 8.000 manat məbləğin qaytarılması təmin olunmamışdır. Digər tərəfdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının səhhətində problemlər yarandığından ona mənəvi zərər də dəymişdir. 13.01.2022-ci il tarixdə cavabdeh AR Təhsil Nazirliyi Cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, iddia tələbi tam əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, İddiaçı uşaqları Fəxri Fərəcli və Mehrin Fərəcli 2018-2021-ci tədris illərində, Cavid Fərəcli isə 2021-ci tədris ilində Cavabdehndə təhsil almışdır. Fəxri Fərəcli və Mehrin Fərəcliyə təhsil xidmətlərinin göstərilməsi üçün müqavilə Cavabdeh ilə şagirdlərin atası X8 arasında bağlanılmışdır. Cavid Fərəclinin müqaviləsi isə şagirdlərin nənəsi X4 ilə bağlanılmışdır. İddiaçının mübahisələndirdiyi 8.000 manat təhsil haqqı şagirdlərin nənəsi X4 tərəfindən Cavabdehnə ödənilmişdir. Вunu ödəniş qəbzi və Fəxriyyə Yusifzadənin liseyin adına yazdığı ərizədə təsdiq edir. İddiaçı qeyd olunan müqavilələrdə tərəf olmadığından və liseyə heç bir ödəniş etmədiyindən onun Cavabdehnə qarşı olan iddia tələbi üçün heç bir subyektiv hüququ yoxdur. Əlavə olaraq, Fəxri Fərəcli və Mehrin Fərəclinin 2020-2021-ci təhsil ilinə görə 6.446 manat təhsil haqqı borcu və gecikdirilmiş günlərə görə 5.511 manat dəbbə pulu borcu yaranmışdır. Yaranmış borcla bağlı şagirdlərin valdeynlərinə dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin, onlar yaranmış borcu ödəməkdən imtina edirlər. Nəticədə, şagirdlərin nənələri Fəxriyyə Yusifzadə tərəfindən ödənilmiş 8.000 manat təhsil haqqı məbləği şagirdlərin 2020-2021-ci təhsil ili üçün yaranmış borcları üçün və Cavabdehndə 2021-2022-ci təhsil ili üçün oxuduqları müddətə əvəzlənmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 30.09.2021-ci il və 12.10.2021-ci il tarixli kassa mədaxil orderi qəbzindən görünür ki, X3 2021-2022 tədris ili üçün müvafiq olaraq 5.000 manat və 3.000 manat olmaqla, cəmi 8.000 manat ödəniş edilmişdir. - X1 AR Təhsil Nazirliyi Cavabdeh direktoru Natəvan Alışovaya ünvanlanmış 19.11.2021-ci il tarixli ərizəsindən görünür ki, təhsil haqqı üçün ödənilmiş 4742 manatın qaytarılmasına dair AR Təhsil Nazirliyi Cavabdeh direktoru Natəvan Alışovaya müraciət etmişdir. - AR Təhsil Nazirliyi Cavabdeh X2 ünvanlanmış 03.12.2021-ci il tarixli məktubundan görünür ki, sonuncunun ödənilmiş təhsil haqqının bir hissəsinin qaytarılmasına dair 19.11.2021-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, X4 ilə lisey arasında bağlanmış müqavilələrə əsasən şagirdlər Fərəcli Mehrin, Fərəcli Fəxri və Fərəcli Cavidə təhsil xidmətləri göstərilmişdir. Göstərilən təhsil xidmətlərinə görə X1 2020-2021-ci təhsil ili üzrə 6.446 manat və tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci və 7.2-ci bəndinə əsasən 1102.27 manat dəbbə pulu, 2021-2022-ci təhsil ili üzrə isə 3.258 manat borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.5 və 3.2.6-cı bəndlərinə əsasən qeyd olunan borclar X1 ödəmiş olduğu təhsil haqqından tutulduqdan sonra qalan hissəsi ona geri ödəniləcəkdir. - 09.07.2018-ci il tarixdə X8 tərəfindən Cavabdehnə ünvanlanmış ərizədən görünür ki, X3 Cavabdeh 2-ci sinfinin İngilis dili bölməsinə qəbul edilməsi üçün müraciət etmişdir. - X8 və cavabdeh AR Təhsil Nazirliyi Cavabdeh arasında 09.07.2018-ci il tarixdə “Təhsil Xidmətlərinin Göstərilməsinə” dair bağlanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, bu müqavilədə nəzərdə tutulmuş qaydada “Lisey” şagird X6 Azərbaycan, Rus və İngilis bölmələrində yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, “Valideyn” isə həmin xidmətlərə görə təhsil haqqının ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndindən görünür ki, “Lisey” tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 (bir) tədris ili üçün 8.000 manat təşkil edir. “Valideyn” göstərilən təhsil haqqını nağd şəkildə və ya köçürmə yolu ilə ödəyə bilər. İlkin ödəniş 4.000 manat təşkil edir. Həmin müqavilənin 6.1-ci bəndindən görünür ki, bu müqavilə imzalandığı andan qüvvəyə minir və şagird təhsilini başa çatdırana qədər qüvvədədir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və İddiaçı birgə nikahından 21.04.2011-ci il təvəllüdlü X7 adlı övladları vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X8 ilə cavabdeh arasında 09.07.2018-ci ildə müqavilə bağlanmış, həmin sazişə əsasən 8.000 manat illik təhsil haqqı müəyyən olunmuş və müvafiq bəndə əsasən müqavilənin imzalandığı andan qüvvəyə minməsi və şagird təhsilini başa çatdırana qədər qüvvədə olması təsbit olunmuşdur. 2021-2022-ci tədris ili üçün X3 təhsil haqqı olaraq cavabdehə 8.000 manat pul ödənilmiş, lakin onun təhsilini başqa müəssisədə davam etdirməsi ilə əlaqədar digər valideyni, anası- İddiaçı həmin məbləği cavabdehdən tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Bu Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia hazırki tələbi irəli sürmək hüququ olmayan şəxs tərəfindən verildiyindən əsassızdır. Belə ki, iş üzrə iddiaçı öhdəliyi doğuran müqavilənin tərəfi deyildir. Çünki, cavabdehlə X8 qarşılıqlı hüquq və öhdəliklər yaradan müqavilə bağlamış, hazırki iddia da həmin saziş üzrə xidmət müqabilində ödənilmiş pulun tələb edilməsidir. Ona görə də cavabdeh sözügedən əqd üzrə onun tərəfi olmayan iddiaçı qarşısında öhdəlik daşımır. Məhkəmə tərəfindən iddiaçıya iddiaçının əsl iddiaçı əvəz edilməsi izah və təklif olunsa da, o, buna etiraz etmişdir. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu qənaətə gəlir ki, iddia, iddia irəli sürmək hüququ olmayan şəxs tərəfindən verilmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə, hesab edir ki, iş materialları ilə və məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya mənəvi ziyan vurması təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, mənəvi ziyanla əlaqədar iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR Təhsil Nazirliyi Cavabdehnə qarşı pul tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh AR Təhsil Nazirliyi Cavabdehndən təhsil haqqına görə 8.000 manat və mənəvi ziyana görə 2.000 manat olmaqla, cəmi 10.000 manat və ödənilmiş 120 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsinə dair dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-1051/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1051/2022
04.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver