Məhkəmə qərarları › İş №e-2(060)-1071/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1071/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1071/2023 14.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, cavabdeh Rzayeva (Gorbani) İradə Zakir qızının iştirakı ilə, iddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin cavabdeh Rzayeva (Gorbani) İradə Zakir qızına qarşı borcun tutulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: LPO "xxxx" Kommersiya Bankı QSC (bundan sonra – iddiaçı) Rzayeva (Gorbani) İradə Zakir qızına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 noyabr 2014cü il tarixli, 1xx/xx/126402/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 252,93 manat məbləğində əsas borc, 156,88 manat məbləğində faiz borcu, 184,03 manat məbləğində cərimə borcu, 87,08 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 680,92 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ilə müqavilə bağlanan zaman onun qeydiyyat ünvanı Sumqayıt şəhəri, əvvəlki soyadı isə “Rzayeva” olmuşdur. Lakin ailə qurduqdan sonra “Gorbani” soyadına keçmişdir. O, şəxsiyyət vəsiqəsini dəyişib. Hazırda qeydiyyat ünvanı Bakı şəhəri, Xətai rayonundadır. Qeyd edilənlərə əsasən cavabdeh işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (35.1.). İddia ərizəsində cavabdehin ünvanı ünvan 3 informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, cavabdehin qeydiyyat ünvanı ünvan 4b edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. MPM-də həmçinin göstərilmişdir ki, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır (45.1.). Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər (45.2.). Qeyd edilənlərə əsasən hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 45, 395 və 396-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC-nin cavabdeh Rzayeva (Gorbani) İradə Zakir qızına qarşı borcun tutulması tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar