Məhkəmə qərarları › İş №e-2(060)-1086/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1086/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1086/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" KB QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2015-ci il tarixli 1xx/xx/132758/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 767,32 (yeddi yüz altmış yeddi manat, 32 qəpik) manat əsas borc, 588,07 (beş yüz səksən səkkiz, manat 07 qəpik) manat faiz borcu, 1886,09 (bir min səkkiz yüz səksən altı manat 09 qəpik) manat cərimə borcu, 240,02 (iki yüz qırx manat, 02 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ümumilikdə isə 3481,50 (üç min dörd yüz səksən bir manat, 50 qəpik) manatın, 54,82 (əlli dörd manat 82 qəpik) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" ilə Cavabdeh arasında 22 oktyabr 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/132758/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 1000 (bir min) manat kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin 13 oktyabr 2022-cı il tarixinə Banka 767,32 (yeddi yüz altmış yeddi manat, 32 qəpik) manat əsas borc, 588,07 (beş yüz səksən səkkiz, manat 07 qəpik) manat faiz borcu, 1886,09 (bir min səkkiz yüz səksən altı manat 09 qəpik) manat cərimə borcu, 240,02 (iki yüz qırx manat, 02 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ümumilikdə isə 3481,50 (üç min dörd yüz səksən bir manat, 50 qəpik) manat borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək bildirdi ki, QSC "xxxx" ilə Cavabdeh arasında 22 oktyabr 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/132758/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 28 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 1000 manat kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə gedişatında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspertin gəldiyi nəticədə qeyd edilən məbləğlərlə hesabdan çıxarışda göstərilən məbləğlər arasında cüzi fərqlər mövcuddur. Cavabdehlə bağlanmış müqavilə şərtinə əsasən, cavabdeh hər ay 96,50 manat ödəniş etməli olduğu halda, ayrı-ayrılıqda 97 manat, 96 manat, 96 manat və 100 manat olmaqla dörd dəfə ödəniş etmişdir. Cavabdeh ödənişləri gecikdirilmə ilə etmişdir. Ödənişlər arasında 29 gün, 16 gün, 32 gün və 100 gün müddətində gecikmələr olmuşdur. Bundan sonra isə ödənişlər tamamilə dayandırılmışdır. Cavabdehin 13 oktyabr 2022-ci il tarixinə Banka 767,32 (yeddi yüz altmış yeddi manat, 32 qəpik) manat əsas borc, 588,07 (beş yüz səksən səkkiz, manat 07 qəpik) manat faiz borcu, 1886,09 (bir min səkkiz yüz səksən altı manat 09 qəpik) manat cərimə borcu, 240,02 (iki yüz qırx manat, 02 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla ümumilikdə 3481,50 (üç min dörd yüz səksən bir manat, 50 qəpik) manat borcu qalmışdır. Odur ki, qeyd olunanlar əsasında 3481,50 (üç min dörd yüz səksən bir manat, 50 qəpik) manat borcun və 54,82 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirr. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanılmış 22 oktyabr 2015-ci il tarixli kredit verilməsi haqqında 1xx/xx/132758/15 saylı müqavilədən görünür ki, Bank tərəfindən cavabdehə illik 28 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 1000 manat kredit verilmişdir. - 19 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 13 oktyabr 2022-ci il tarixə banka hesablanmış 767,32 (yeddi yüz altmış yeddi manat, 32 qəpik) manat əsas borc, 588,07 (beş yüz səksən səkkiz, manat 07 qəpik) manat faiz borcu, 1886,09 (bir min səkkiz yüz səksən altı manat 09 qəpik) manat cərimə borcu, 240,02 (iki yüz qırx manat, 02 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ümumilikdə isə 3481,50 (üç min dörd yüz səksən bir manat, 50 qəpik) manat təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2023-cü il tarixli, 9/1935 saylı ekspert rəyindən görünür ki, 22 oktyabr 2015-ci il tarixli, 1xx/xx/132758/15 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh LPO "xxxx" KB QSC-nə 22 oktyabr 2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə 725,59 manat əsas, 103,27 manat faiz borcu vardır. 12 yanvar 2023-cü il tarixə (sual üzrə tarixə) əsas borcu üzrə 725,59 manat əsas, 329,01 manat faiz, 225,74 manat faiz borcu (5 %lə) vardır. Beləliklə, məhkəmə araşdırıması zamanı müəyyən olundu ki, “ QSC "xxxx" ilə Cavabdeh arasında 22 oktyabr 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/132758/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 1000 (bir min) manat kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2023-cü il tarixli, 9/1935 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 22 oktyabr 2015-ci il tarixli, 1xx/xx/132758/15 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh LPO "xxxx" KB QSC-nə 22 oktyabr 2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə 725,59 manat əsas, 103,27 manat faiz borcu vardır. 12 yanvar 2023-cü il tarixə (sual üzrə tarixə) əsas borcu üzrə 725,59 manat əsas, 329,01 manat faiz, 225,74 manat faiz borcu (5 %lə) vardır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh Ağahüsen oğlu iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 725,59 manat əsas borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Ekspert rəyindən göründüyü kimi, müqavilə bitən tarixə cavabdehin banka olan faiz borcu 103, 27 manat hesablanmışdır. Odur ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İşdən görünür ki, borclunun xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən iddiaçının məhkəməyə iddia ərizəsi verənədək kredit ödənişləri edilməmişdir. Məhkəmə hesab edir ki, iddianın gecikdirilmiş vaxt üçün hesablanmış 225,74 manat tələb olunması hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borca dair iddia qaldırılan günədək faiz hesablanması nəzərə alınaraq, cərimə borcunun yaranması və onun məbləği əsaslı hesab oluna bilməz. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddianın X1 tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i həcmində olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1056,6 manat ( 725,59 manat əsas, + 103,27 manat faiz+225,74 manat Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış faiz borcu) olduğundan iddiaçı tərəfindən ödənilmiş 54,82 manat dövlət rüsumunun 30,6 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 24,22 manat iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 725,59 manat əsas, 103,27 manat faiz, 225,74 manat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış faiz borcu və ödənilmiş 30,6 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO "xxxx" KB QSC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 725,59 manat əsas borc, 103,27 manat faiz borcu, 225,74 manat Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış faiz borcu, cəmi 1054,6 manat borc və ödənilmiş 30,6 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO "xxxx" KB QSC-nə ödənilsin. X1 24,22 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar