Məhkəmə qərarları › İş №e-2(060)-1093/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1093/2022

27.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1093/2022 27.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ADY-yə vurulmuş 2872,91 manat (iki min səkkiz yüz yetmiş iki manat doxsan bir qəpik) məbləğində zərərin və 50 (əlli) manat məbləğində dövlət rüsumunun yetkinlik yaşına çatmayan (azyaşlı) X3 qanuni nümayəndəsi olan Cavabdeh tutularaq ADY-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Sumqayıt-Novxanı dəmir yolu mənzilində (47-ci km 3-cü piketində) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus Stadler EŞ2- 016 nömrəli 06 saylı Sumqayıt-Bakı sürətli elektrik qatarının M6 vaqonuna kənardan daş atılması nəticəsində vaqonunun yan şüşəsi sınmışdır. Hadisə nəticəsində ADY-yə 2872,91 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X4 Polis İdarəsinin Sabunçu X6 araşdırma aparılmışdır. Sabunçu X6n ADY-yə daxil olmuş 29.11.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı 06.11.2021-ci il tarixdə Sumqayıt-Novxanı dəmir yolu mənzilində (47-ci km 3-cü piketində) ADY-yə məxsus Stadler EŞ2-016 nömrəli 06 saylı Sumqayıt-Bakı sürətli elektrik qatarının M6 vaqonunu yan şüşəsini sındıran şəxsin ünvan 1 ünvanında yaşayan yetkinlik yaşına çatmayan, 20.07.2011-ci təvəllüdlü Sumqayıt şəhəri orta məktəb şagirdi X5 olması müəyyən olunmuşdur. Bununla əlaqədar onun qanuni nümayəndəsi, valideyni Cavabdeh bölməyə dəvət olunmuş, onun iştirakı ilə oğlu X3 izahatı alınmışdır. Həmçinin qərardan görünür ki, hadisə nəticəsində ADY-yə 2872,91 manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. Məhkəmədə iştirak edən iddiaçının nümayəndəsi oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, iş materiallarında olan: Bakı şəhər DYNPİ-nin Sabunçu st. XPŞ-nin İst.TQ-nin 19.11.2021-cİ il tarixli qərarından görünür ki, 06.11.2021-ci il tarixdə Sumqayıt-Novxanı dəmir yolu mənzilinin 47ci km 3-cü piketində Sumqayıt Bakı istiqaməti üzrə hərəkət edən EŞ2-016 03 nömrəli sürət qatarına kənardan daş atılması və nəticədə qatarın 2-ci vaqonunun yan şüşəsinin sınması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X5 20.07.2011-ci il təvəllüdlü olduğundan barəsində inzibati icraatın açılmasından imtina edilmiş, dəymiş ziyanla bağlı "xxxx" QSC-nə müraciət etmək hüququ izah edilmişdir. Qərarın məzmunundan həmçinin görünür ki, baş vermiş hadisə nəticəsində "xxxx" QSC-nə 2872,91 manat zərər vurulmuşdur. "xxxx" QSC tərəfindən verilmiş 12.11.2021-ci il tarixli arayşdan görünür ki, EŞ2-016 qatarın M6 vaqonunuda yuxarı qəza şüşəsinin dəyişilməsi üçün məbləğ 2872,91 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2.-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, 20.07.2011-ci il təvəllüdlü X3 hüquqazidd əməl törətməsi toplanmış sübutlarla öz təsdiqini tapır. Eləcə də məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayanın valideyni olan cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlmatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaya etirazını bildirməmişdir. Odur ki, cavabdeh övladı- yetkinlik yaşına çatmayan X3 vurduğu zərər həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıyır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, 20.07.2011-ci il təvəllüdlü X3 qanuni nümayəndəsi Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2872,91 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 20.07.2011-ci il təvəllüdlü X3 qanuni nümayəndəsi Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2872,91 (iki min səkkiz yüz yetmiş iki manat, doxsan bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar