Məhkəmə qərarları › İş №e-2(060)-1093/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1093/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1093/2023 03.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq; MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 152.83 manat əsas, 79.72 manat faiz, 145.93 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əsas borca illik 5%-lə hesablanmış 6.2 manat borc olmaqla, ümumilikdə 384.68 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda İddiaçı ASC-nin Məhkəmə Orqanları ilə İş Şöbəsinin müdiri Nümayəndə ərizə ilə müraciət edərək, iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nə qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar