Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1168/2024 04.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması və s. ” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, Sumqayıt şəhəri, 19-cu məhəllə, ərazisində inşa edilmiş binanın 1-ci girişi, 8-ci mərtəbədə yerləşən 25 saylı, 2 otaqdan, 85 kv.m. sahədən ibarət mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və cavabdeh üzərinə maliyyə arayışının yenidən verilməsi barədə öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində əsasında İddiaçı ilə "xxxx" Mənzil Kooperativinin sədri olan və hazırda vəfat etmiş X8 arasında imzalanmış 23 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilə ilə Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində inşa edilmiş binanın 1-ci girişi, 8-ci mərtəbədə yerləşən 25 saylı 2 otaqdan 85 kv.m. sahədən ibarət mənzil hər kvadratına görə 450 ABŞ dolları ödənilməklə İddiaçı tərəfindən alınmışdır. Mənzil aldıqdan sonra 2017-ci ildə mənzilin təmirinə başlanılmış və bu təmir 2 il davam etmişdir. Mənzilin təmiri bitdikdən sonra 2019-cu ildə oğlu Pünhanı evləndirərək ailəsi ilə həmin mənzilə köçürmüşdür. Onlar hazırda 2019-cu ildən Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində inşa edilmiş binanın 1-ci girişi, 8-ci mərtəbədə yerləşən 25 saylı 2 otaqdan 85 kv.m. sahədə ibarət mənzildə yaşayır. 2023-cü ildə mənzili satmaq istədikləri zaman məlum olmuşdur ki, mənzillə bağlı maliyyə arayışı olmadığı üçün həmin mənzili satmaq mümkün deyildir. Maliyyə arayışının alınması ilə bağlı "xxxx" Mənzil Kooperativinə müraciət etdikdə isə MTK-nın hazırki rəhbəri Aydın adlı şəxs verməkdən imtina etmiş və mənzilin Mətləb adlı şəxsə məxsus olmasını bildirmişdir. Həmçinin MTK qeyd etmişdir ki, mənzilin alınması ilə bağlı ödəmə qəbzini təqdim etdikdən sonra maliyyə arayışı ala bilər. Lakin həmin maliyyə qəbzi itmişdir və onu təqdim etmək mümkün deyildir. Mənzil alındığı gündən bugünə qədər İddiaçı və onun ailəsindən başqa heç kim mənzilin onlara məxsus olması ilə bağlı hər hansı bir müqavilə, ödəniş qəbzi bu və ya digər heç bir sənəd təqdim etməmişdir. Əgər, "xxxx" Mənzil Kooperativinə hər hansısa bir borcu olsaydı, bununla bağlı hər hansısa bir xəbərdarlıq edilərdi. Rəsmiləşdirməylə bağlı hər hansı borcun olmasına dəlalət edən heç bir hal yoxdur. İllərdir "xxxx" ASC, "xxxx" ASC tərəfindən göndərilən xəbərdarlıq bildirişləri, aylıq damafon ödənişləri İddiaçı adınadır. Mənzilin ona məxsus olması qonşuların izahatlarından da öz təsdiqini tapır. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, müəssisə reyestrdə mövcud olsa da, faktiki olaraq fəaliyyət göstərmir. Həmçinin, rəhbəri də bəlli deyil, iddiaçı evi 2014-cü ildə əvvəlki mülkiyyətçi olan Mətləb adlı şəxsdən almışdır. Mətləb MTK-ya yaxınlaşıb öz payından imtina etmiş, iddiaçı da öz adına rəsmiləşdirmişdir. Maliyyə arayışı verilmiş, müqavilə bağlanmışdır. İddiaçı 2017-ci ildə evin təmirinə başlamışdır. Hazırda maliyyə arayışı itirilmişdir. "xxxx" MTK faktiki olaraq fəaliyyət göstərmir, onun yerində "xxxx" MMC fəaliyyət göstərir. "xxxx" MMC-də evə dair bəzi sənədlər vardır. "xxxx" MMC əvvəlki mülkiyyətçinin Mətləb olduğunu bildirir. Hazırda binanın idarəçiliyi və sənədlərin saxlanılması üçün "xxxx" MMC yaradılmışdır. "xxxx" MTK yenidən təşkil olunmamışdır. "xxxx" MMC yalnız binanın xidməti idarəçiliyini həyata keçirir. Mətləblə birbaşa rəsmi alqı-satqı müqaviləsi yoxdur. Müqavilə əvvəl Mətləblə bağlanmış, daha sonra o, iddiaçının xeyrinə payından imtina etmişdir. Bundan sonra MTK ilə iddiaçı arasında müqavilə bağlanılmışdır. Mənzil hazırda iddiaçının istifadəsində və mülkiyyətindədir. İddiaçının oğlu Pünhan ailə quraraq hazırda orda yaşayır. "xxxx" Mənzil Tikinti Kooperativi yalnız kağız üzərində qalmışdır. MTK-nın nə rəhbəri, nə də maliyyə strukturu yoxdur. Eyni zamanda vergi ödəyicisi də deyildir. Bina tikilmiş, daha sonra təsisçi rəhmətə getdiyi üçün hər şey yarımçıq qalmışdır. Kommunal ödənişlərin iddiaçının adına olması barədə sənədlər məhkəməyə təqdim edilmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
Tədqiq olunan sübutlar:
5. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli Qərar ilə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, İddiaçı Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində inşa edilmiş binanın 1-ci girişi, 8-ci mərtəbədə yerləşən 25 saylı 2 otaqdan ibarət 85 kv.m. sahəli mənzillə bağlı "xxxx" Mənzil Kooperativi ilə aralarında yaranmış mübahisə ilə əlaqədar həmin mənzilin alınmasına dair müvafiq maliyyə arayışının verilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir.
6. "xxxx" Mənzil Kooperativi ilə İddiaçı arasında bağlanmış “Kooperativ mənzil tikinti haqqında” 23 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, “Kooperativ” inşa ediləcək binanın 1-ci girişi, 8-ci mərtəbədə yerləşən 25 saylı mənzilini payçıya təhvil verməyi, payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
7. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş bildirişxəbərdarlıqlardan görünür ki, İddiaçı "xxxx" MTK, giriş 1, mənzil 25 ünvanında elektrik enerjisindən istifadəyə görə ödənilməli olan borc məbləği tələb edilmişdir.
8. "xxxx" ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli hesab fakturadan görünür ki, həmin hesab fakturada abonent kimi İsmayılzadə Pünhan qeyd olunmaqla ünvan 1 ünvanına su təchizatı ilə bağlı ödəniləcək məbləğ əks etdirilmişdir.
9. Məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 19 mart 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən hüquqi ünvan Sumqayıt şəhəri, Məhəllə 19 olan "xxxx"-Mənzil Tikinti Kooperativinin direktoru X5r və hal-hazırda fəaliyyəti aktivdir. "xxxx" Mənzil Tikinti Kooperativinin yenidən təşkil olunması barədə hüquqi şəxslərin dövlət reyestri məlumatlarında heç bir məlumat aşkar edilməmişdir.
10. Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən məhkəməyə daxil olmuş 25 apel 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X2 miras qalmış əmlaklara dair Bakı şəhəri 50 saylı Notariat ofisində vərəsəlik işi başlanmışdır. Ondan miras qalmış əmlaklara “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir.
11. 14 iyul 2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X3 vərəsəsi X12r. Şəhadətnamə verilən miras əmlak "xxxx" MTK-nın nizamnamə kapitalındakı dəyəri 360 manat olan 30%-lik təsisçilik hüququ üzrə paylardan ibarətdir.
Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Konstitusiyasının:
-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
-152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -178.8-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını, onun nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
17. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" Mənzil Kooperativi ilə X9 arasında 19 avqust 2014-cü il tarixdə “Kooperativ Mənzil Tikinti haqqında müqavilə” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən “Kooperativ” İnşa ediləcək binanın 1-ci giriş, 8-ci mərtəbə, 25 saylı mənzilini “Payçı”ya təhvil verməyi, “payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndi ilə müqavilə üzrə ödənişlərin qaydası müəyyən edilmişdir. Belə ki, tərəflər “Payçı” tərəfindən müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılması dəyərinin 50% miqdarının ödənilməsi və mənzilin dəyərinin qalan hissələrinin bərabər hissələrlə binanın son mərtəbəsinin tikintisi başa çatana qədər ödəməklə bağlı razılaşmışlar. İddiaçının nümayəndəsinin məhkəmə iclasında izahatında bildirdiyinə görə mənzilə dair ödənişin edilməsi ilə bağlı qəbz itirildiyindən həmin mənzilə dair maliyyə arayışı ala bilmirlər.
18. Həmin mənzilə dair iddiaçıya maliyyə arayışı verilmədiyindən, bununla bağlı polis idrəsinə şikayət edilmiş və Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı Bəhram Təhməzli tərəfindən qəbul edilmiş 20 oktyabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
19. Qeyd olunan qərarda həmin mənzillə qonşuluqda yerləşən mənzillərin sakinlərinin izahatları alınmışdır. İzahatı alınmış X4 Nəcəfov vəfat etdikdən sonra ictimai əsaslarla, sakinlərin yığıncağı ilə onun həmin MTK-nın sədr əvəzi təyin olunduğunu və MTK-nın möhürünün onda olduğunu və müəssisənin sənədlərinə baxdıqda mənzilin sahibinin başqa şəxs olduğunun müəyyən olunduğunu bildirmişdir. Eyni zamanda H.Əliyev prospekti, 19-cu məhəllə, ev 26, mənzil 45-də ailə üzvləri ilə birgə yaşadığını və iddiaçını 2019-cu ildən qonşu kimi tanıdığını bildirmişdir.
20. X18 və "xxxx" MTK-nın təsisçisi X3 vərəsəsi X15 iş üzrə məhkəmə icraatına müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişlər. X14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehin hüquqi ünvanına və X10 qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin həmin bildirişlər məhkəməyə geri qaytarılmışdır.
22. Məhkəmə ilk növbədə iddianın sahiblik və istifadə hüququnun tanınması hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi "xxxx" Mənzil Kooperativi ilə X9 arasında 19 avqust 2014-cü il tarixdə “Kooperativ Mənzil Tikinti haqqında müqavilə” mövcuddur və həmin müqavilə ilə “Kooperativ” İnşa ediləcək binanın 1-ci giriş, 8-ci mərtəbə, 25 saylı mənzilini “Payçı”ya təhvil verməyi, “payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə hal-hazırda qüvvədə olmaqla, mübahisələndirilməsi və ləğv olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə sözügedən müqavilənin həqiqiliyi prezumpsiyası təkzib edilməmişdir.
23. Sözügedən mənzilə dair iddiaçı ilə MTK arasında müqavilə 2014-cü il tarixdə yarandığından məhkəmə hesab edir ki, həmin münasibətlərə 217.2-ci maddəsinə uyğun olaraq həmin dövrdə qüvvədə olan hüquq normaları tətbiq edilməlidir.
24. Həmin normaya əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin dövrdə qüvvədə olan 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
27. Yuxarıda adı qeyd olunan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda” mübahisə predmeti olan mənzilin İddiaçı tərəfindən alınması və mənzili təmir etdirdikdən sonra 2019-cu ildə həmin mənzilə oğlu X1 qonşuların (X7, X6, X13) ifadələri ilə təsdiq edilir. Eyni zamanda iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin iddiaçıya ünvanladığı 14 iyul 2021-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, mənzilə dair elektrik enerjisindən istifadəyə görə haqq İddiaçı tələb olunur.
28. Beləliklə məhkəmə hesab edir ki, MTK-nın razılığı olmadan iddiaçının həmin mənzildə təmir işləri apararaq onun oğlunun orada uzun müddət yaşaması, həmin mənzildən fasiləsiz istifadə etməsi və mənzilə fasiləsiz sahiblik etməsi, MTK-nın razılığı olmadan həmin mənzildə kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin bağlanması qeyri-mümkündür. Buradan belə qənaətə gəlmək olar ki, tərəflər arasında sözügedən müqavilə əsasında mövcud olmuş öhdəliklər icra edilərək mənzil iddiaçıya MTK tərəfindən təqdim edilmişdir. Bu illər ərzində MTK-nın iddiaçıya qarşı pul tələbi irəli sürməməsi həmin mənzilin dəyərinin ödənilməsini istisna etmir. Ona görə də mübahisəli mənzilin dəyərini ödəməməsini sübut etmək yükünü MTK daşıyır.
29. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh MTK arasında müqavilə olduğundan və həmin müqavilə qüvvədə olmaqla ləğvi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddiaçının mübahisə predmeti olan mənzil üzərində sahiblik və istifadə hüququ tanınmalıdır. Həmçinin maliyyə arayışında sözügedən mənzilə görə ödənilmiş vəsaitin məbləği qeyd edilməli olduğundan iş materialları ilə və müqavilə ilə həmin mənzilə görə edilən ödənişin miqdarı konkret olaraq müəyyən deyildir.
Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi Sumqayıt şəhəri, 19-cu məhəllə, ərazisində inşa edilmiş binanın 1-ci girişi, 8-ci mərtəbədə yerləşən 25 saylı, 2 otaqdan, 85 kv.m. sahədən ibarət mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması hissəsində təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 19-cu məhəllə, ərazisində inşa edilmiş binanın 1-ci girişi, 8-ci mərtəbədə yerləşən 2 otaqdan, 85 kv.m. sahədən ibarət 25 saylı mənzili üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınsın. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva