Məhkəmə qərarları › İş №e-2(060)-119/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-119/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-119/2024 09.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və digər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-00095-17/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 8212,12 manat, faizlərin məbləği 120,87 manat, dəbbə borcu 410,60, ümumilikdə 8743,49 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 107,43 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqının, Cavabdeh2 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh2 22 yanvar 2020-ci il tarixdə iddiaçıyla XDENG-00008-17/20A saylı ipoteka müqaviləsi bağlayaraq mülkiyyət hüququ Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 59 saylı evin 4 saylı mənzilinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh2 tutulmasına və həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “Xahiş Etdi” hissəsindən kredit müqaviləsinin ləğvi hissəsinin çıxarılmış kimi qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024 tarixli, e-2(060)-119/2024 saylı qərardadı ilə iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və digər tələbi barədə iş üzrə tələbin Sumqayıt şəhəri, 13-cü mikrorayon, 59 saylı evin 4 saylı mənzilinin boşaldılması hissəsində icraata xitam verilməsi, iddia tələbinin qalan hissəsi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-00095-17/20A saylı əsas kredit müqaviləsi bağlanmışdır və bank tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə, xx.xx.2023-cü il tarixinədək Əlavə Müqavilələr bağlanmaqla 17811 (on yeddi min səkkiz yüz on bir) AZN məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh2 22 yanvar 2020-ci il tarixdə iddiaçıyla XDENG-00008-17/20A saylı ipoteka müqaviləsi bağlayaraq mülkiyyət hüququ Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 59 saylı evin 4 saylı mənzili Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-00095-17/20A saylı kredit müqaviləsi ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən mənzillərin real bazar dəyəri 40000 manat, likvid dəyəri isə 35000 manat müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 3.2.8-ci və ipoteka müqaviləsinin 4.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 8212,12 manat, faizlərin məbləği 120,87 manat, dəbbə borcu 410,60 təşkil edir. Beləliklə cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 8743,49 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanları təsdiq etdi. İddia tələbinin təmin olunması barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, sağlamlığı ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Borcunun ödənilməsi üçün möhlət verilərsə, qrafikə salaraq borcunu ödəyə biləcəkdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-00095-17/20A saylı Əsas Kredit müqaviləsindən görünür ki, cavabdehə 36 (otuz altı) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 17811 (on yeddi min səkkiz yüz on bir) AZN kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, XDENG-00008-17/20A saylı ipoteka müqaviləsindən görünür ki, mülkiyyət hüququ Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 59 saylı evin 4 saylı mənzili Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ- 00095-17/20A saylı kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestrində 338 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, X2 qızına məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 59 saylı evin 4 saylı mənzil Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bildiriş məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi üçün xəbərdar edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 35 №-li hesabatdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 59 saylı evin 4 saylı mənzilin likvid qiyməti 35000 manat müəyyən edilmişdir. Aparılmış qiymətləndirmənin dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli, 9/7640 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-00095-17/20A saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə olan borcu xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 7975,30 manat, faiz borcu üzrə 387,24 manat müəyyən edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-00095-17/20A saylı əsas kredit müqaviləsi bağlanmışdır və bank tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə, xx.xx.2023-cü il tarixinədək Əlavə Müqavilələr bağlanmaqla 17811 (on yeddi min səkkiz yüz on bir) AZN məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh2 22 yanvar 2020-ci il tarixdə iddiaçıyla XDENG-00008-17/20A saylı ipoteka müqaviləsi bağlayaraq mülkiyyət hüququ Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 59 saylı evin 4 saylı mənzili Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli RPZ-00095-17/20A saylı kredit müqaviləsi ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən mənzillərin real bazar dəyəri 40000 manat, likvid dəyəri isə 35000 manat müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsindən göründüyü kimi, Cavabdeh2 iddiaçı Bank "xxxx" ASC-yə olan borcu xx.xx.2023-cü il tarixinə əsas borc üzrə əsas borc üzrə 7975,30 manat, faiz borcu üzrə 387,24 manat müəyyən edilmişdir. Məhkəmə əsas borcun məbləğinin ekspert rəyində göstərildiyi kimi 7975, 30 manat olmasını, faiz borcunu isə iddia tələbində qeyd olunan 120,87 manat olmasını məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 7975,30 manat əsas, 120,87 manat faiz, 110 manat dəbbə borcu olmaqla, ümumilikdə 8206,17 manat borc Bank "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Haqverdiyeva (Bəyalıyeva) Mətanət Vəliş qızına məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzilə yönəldilməli, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzilin ilkin satış qiyməti likvid olaraq 35000 (otuz beş min) manat müəyyən edilərək, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 410,60 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 110 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. Hazırda cavabdehdən tutulan borcun məbləği 8206,17 manat olduğundan, Cavabdeh2 ödənilmiş 102,62 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzi tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 4,81 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı olan 200 manat Cavabdeh2 tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 100 manat Cavabdeh2 tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 9.3-cü bəndinə əsasən Pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cu maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 7975,30 manat əsas, 120,87 manat faiz, 110 manat dəbbə borcu olmaqla, ümumilikdə 8206,17 manat borc Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Haqverdiyeva (Bəyalıyeva) Mətanət Vəliş qızına məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzilə yönəldilsin. Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzilin ilkin satış qiyməti likvid olaraq 35000 (otuz beş min) manat müəyyən edilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəlsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh2 iddianın qaldırılması üçün ödənilmiş 102,62 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqının əvəzi Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 4,81 manatı iddiaçının özünə aid edilsin. İpoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı olan 200 manat xidmət haqqı Cavabdeh2 tutularaq "xxxx" MMC-nə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilsin. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat Cavabdeh2 tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar