Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-120/2023 28.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borcunun məbləği olan 9560,73 (doqquz min beş yüz altmış manat, yetmiş üç qəpik) manat, və 116 (bir yüz on altı) manat ödənilmiş dövlət rüsumunun, ümumi 9676,73 (doqquz min altı yüz yetmiş altı manat yetmiş üç qəpik) manatın İddiaçı ASC-nin xeyrinə ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh borcunun məbləği olan 13940,73 (on üç min doqquz yüz üç manat, yetmiş üç qəpik) manat, və 116 (bir yüz on altı) manat ödənilmiş dövlət rüsumunun, ümumi 14056,73 (on dörd min əlli altı manat yetmiş üç qəpik) manatın İddiaçı ASC-nin xeyrinə ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 08 aprel 2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər İddiaçı MMC-də əmək müqaviləsi əsasında cəmiyyətin Sürücüsü vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixində öz ərizəsi əsasında işdən azad edilmişdir. Sürücü kimi İddiaçı MMC-də fəaliyyət göstərdiyi müddət ərzində 27 dekabr 2019-cu il tarixli İddiaçı MMC tərəfindən ona verilən etibarnaməyə əsasən Cəmiyyətin avtomobili, markası “X9” maşını olan və Dövlət qeydiyyat nişanı ** AD *** olan nəqliyyat vasitəsini 31 Dekabr 2020-ci il tarixinə qədər ona etibar edilmişdir. ( 27 dekabr 2019-cu il tarixli Etibarnamənin surəti qoşma sənəd kimi ərizəyə əlavə olunur.) 2020-ci ilin fevralın 11-də Həsənov X1 əsasında idarə etdiyi yük daşıma nəqliyyat vasitəsi ilə qəza törədərək Cəmiyyətə məxsus avtomobil vasitəsini və ona yüklənmiş məhsulları məhv etmişdir. 17 mart 2020-ci il tarixində ** AD *** X6 X8 Avtomobilə cəmi dəyəri 4950 (dörd min doqquz yüz əlli manat) manat olan ehtiyat hissələrinin dəyişdirilməsi ehtiyacı olduğu bildirilmişdir. (79 nömrəli Akt İddia ərizəsinə qoşma sənəd kimi əlavə edilir.) Cəmiyyətə məxsus avtomobil vasitəsinə dəymiş ziyandan əlavə, avtomobil vasitəsinə yüklənmiş olan yekun məbləği 1560,73 (bir min beş yüz altmış manat, yetmiş üç qəpik) manat müəyyən edilən, Araq Kazyonka 0,7 l- 83 ədəd, vahidin dəyəri 8,30 manat, cəmi 688,90 manat, Araq Novaya marka 0,25 l – 30 ədəd, vahidin dəyəri 1,80 manat, cəmi 54 manat, Araq Yakor 0,5 l-41 ədəd, vahidin dəyəri 6,63 manat, cəmi 271,83, Araq Yakor 0,7l- 10 ədəd, vahidin dəyəri 8,60 manat,cəmi 86 manat, Araq Yakor 1l- 28 ədəd, vahidin dəyəri 11,30 manat, cəmi 316,40 manat, Viski Martelli 0,25 l – 5 ədəd, vahidin dəyəri 4 manat, cəmi 20 manat, Viski Martelli 0,5l-1 ədəd, vahidin dəyəri 7,50 manat, cəmi 7,50 manat, Viski Martelli 0,7 l – 1 ədəd, vahidin dəyəri 9,60 manat, cəmi 9,60 manat, Viski Vinçestr 0,25 l- 5 ədəd, vahidin dəyəri 3,90 manat, cəmi 19,50 manat, Viski Martelli 0,5 l- 3 ədəd, vahidin dəyəri 7,30 manat, cəmi 21,90 manat, Viski Pioner 0,25 l – 5 ədəd, vahidin dəyəri 3,60 manat, cəmi 18 manat, Viski Pioner 0,7 l- 3 ədəd, vahidin dəyəri 7 manat, cəmi 21 manat, Viski Pioner 0,7 l- 3 ədəd, vahidin dəyəri, 8,70 manat, cəmi 26,10 manat. Ümumilikdə Cavabdeh məsuliyyətsizliyi səbəbindən Cəmiyyətin 1560,73 (bir min beş yüz altmış manat, yetmiş üç qəpik) manat dəyərində məhsulu tələf olmuşdur. (xx.xx.2020-ci il tarixli Aktın surəti məktuba qoşma kimiəlavə olunur.) Eyni zamanda yuxarıda adları qeyd olunan məhsulların Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsinə yüklənməsini təsdiqləyən X7 da məktuba qoşma kimi əlavə olunur. Daxili İşlər Nazirliyinin xx.xx.2012-ci il tarixli Q1-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Yol hərəkət hadisəsinin sxemi də məktuba qoşma kimi əlavə olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin rəis müavini, YPXA-nın komandiri vəzifəsini müvəqqəti icra edən polis polkovniki Xosrov Nəcəfova ünvanlamış olduğu İzahatda da hadisənin baş verməsi təsdiqlənmişdir. Qeyd etmək istəyirlər ki, İddiaçı MMC təşkilati-hüquqi formasını dəyişərək açıq səhmdar cəmiyyətinə çevrilmişdir və İddiaçı ASC “01” fevral 2021-ci il tarixindən etibarən yenidən təşkil edilmiş İddiaçı MMC-nin hüquqi varisidir. (Dövlət reyestrindən çıxarışın surəti iddia ərizəsinə qoşma kimi əlavə olunur). Bu səbəbdən İddiaçı ASC İddiaçı MMC-nin öhdəliklərini yerinə yetirmək və hüquqlarından istifadə etmək səlahiyyətlərinə malikdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, iş üzrə iddiaçının təqdim etdiyi sübutlar avtomobilə və onun içində olan məhsullara dəymiş ziyan barədə Avtoservis və özü tərəfindən tərtib edilmiş aktlardır. Bu aktlar özü-özlüyündə ziyanın məbləğini təsdiq etmək üçün prosessual sübut deyildir və həmin aktlar etibarsızdır. İddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək vəkilinin fikirlərinə əlavəsi olmadığını bildirdi. İddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, TP3496449 inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixində, saat 14:45 radələrində “X9” markalı, 01AD867 X6 idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Buna görə də X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə olunmuşdur. - xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC-nin direktoru X4 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. - xx.xx.2019-cu il tarixli 1300K №li əmrdən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixindən fəhlə peşəsindən sürücü peşəsinə təyin edilmişdir. - xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh Şəmsəddi oğlu xx.xx.2020-ci il tarixindən işdən azad edilməsi barədə İddiaçı MMC-nin direktoruna ərizə ünvanlamışdır. - xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2020-ci il tarixində Bakı Quba yolunun 208-ci km-liyində baş vermiş avto qəza zamanı, **-AD-*** X6, “Ford” treanzit markalı avtomobilin yük yerinə baxış keçirilərkən, müəyyən olunmuşdur ki, 1. Araq Kazyonka 0,7 İ - 83 ədəd, vahidin dəyəri 8.30 manat, cəmi 688.90 manat; 2. Araq Novaya marka 0,25 İ - 30 ədəd, vahidin dəyəri 1.80 manat, cəmi 54 manat; 3. Araq Yakor 0.5 İ - 41 ədəd, vahidin dəyəri 6,63 manat, cəmi 271,83 manat; 4. Araq Yakor 0.7 İ – 10 ədəd, vahidin dəyəri 8,60 manat, cəmi 86 manat; 5. Araq Yakor 1 l-28 ədəd, vahidin dəyəri 11,30 manat, cəmi 316,40 manat; 6. Viski Martelli 0.25 İ - 5 ədəd, vahidin dəyəri 4 manat, cəmi 20 manat; 7. Viski Martelli 0.5 İ - 1 ədəd, vahidin dəyəri 7,50 manat, cəmi 7,50 manat; 8. Viski Martelli 0.7 İ - 1 ədəd, vahidin dəyəri 9,60 manat, cəmi 9,60 manat, 9. Viski Vinçestr 0.25 İ - 5 ədəd, vahidin dəyəri 3,90 manat, cəmi 19,50 manat; 10. Viski Martelli 0.5 İ - 3 ədəd, vahidin dəyəri 7,30 manat, cəmi 21,90 manat; 11. Viski Pioner 0.25 İ - 5 ədəd, vahidin dəyəri 3,60 manat, cəmi 18 manat; 12. Viski Pioner 0.5 İ - 3 ədəd, vahidin dəyəri 7 manat, cəmi 21 manat; 13. Viski Pioner 0.7 İ - 3 ədəd, vahidin dəyəri 8,70 manat, cəmi 26,10 manat; Ümumilikdə Cavabdeh məsuliyyətsizliyi səbəbindən Cəmiyyətə 1560,73( bir min beş yüz altmış manat yetmiş üç qəpik) manat ziyan dəymişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/7400 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Avtoservis” mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “X9” markalı, ** AD *** X6 avtomobilin təmir-bərpa xəərci hadisə baş verən tarixə təxminən 5230 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/716 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtoservis” mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “X9” markalı, ** AD *** X6 avtomobilin təmir-bərpa xəərci hadisə baş verən tarixə təxminən 10180 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/2335 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtoservis” mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “X9” markalı, ** AD *** X6 avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10180 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 9/716 №-li rəyin nəticəsi təsdiq edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-6950 manat; Təmir-bərpa işlərinin qiyməti-3230 manat . - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/6211-8/2548 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə X8 avtomobilin konkret olaraq hansı hissələrinin zədlənməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilən səbəblərə görə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 08 aprel 2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər İddiaçı MMC-də əmək müqaviləsi əsasında cəmiyyətin Sürücüsü vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixində öz ərizəsi əsasında işdən azad edilmişdir. Sürücü kimi İddiaçı MMC-də fəaliyyət göstərdiyi müddət ərzində 27 dekabr 2019-cu il tarixli İddiaçı MMC tərəfindən ona verilən etibarnaməyə əsasən Cəmiyyətin avtomobili, markası “X9” maşını olan və Dövlət qeydiyyat nişanı ** AD *** olan nəqliyyat vasitəsini 31 Dekabr 2020-ci il tarixinə qədər ona etibar edilmişdir. 2020-ci ilin fevralın 11-də Həsənov X1 əsasında idarə etdiyi yük daşıma nəqliyyat vasitəsi ilə qəza törədərək Cəmiyyətə məxsus avtomobil vasitəsinə zərər vurmuş və ona yüklənmiş məhsulları məhv etmişdir. xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2020-ci il tarixində Bakı Quba yolunun 208-ci km-liyində baş vermiş avto qəza zamanı, ** AD *** X6, “Ford” tranzit markalı avtomobilin yük yerinə baxış keçirilərkən, müəyyən olunmuşdur ki; Ümumilikdə Cavabdeh törətdiyi qəza nəticəsində Cəmiyyətə 1560,73 ( bir min beş yüz altmış manat yetmiş üç qəpik) manat ziyan dəymişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/2335 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtoservis” mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “X9” markalı, ** AD *** X6 avtomobilin təmir-bərpa xəərci hadisə baş verən tarixə təxminən 10180 manat müəyyən edilmişdir. Belə ki, Dəyişilməli hissələrin qiyməti-6950 manat, Təmir-bərpa işlərinin qiyməti-3230 manat müəyyən olunmuşdur. Məhkəmə işlə bağlı aşağıdakı normaların tətbiqini zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1ci maddəsinə əsasən - Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən - Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən - Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11740,73 manat borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbindən göründüyü kimi tələbin məbləği 14036,73 manat təşkil edir. Belə olan halda ödənilməli dövlət rüsumunun məbləği “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən 120 manat + 10000 manatdan yuxarı iddia qiymətinin 0,3 faizi qədər, yəni hazırki iddia üzrə 132 manat 17 qəpik təşkil etməli idi. Buna baxmayaraq iddiaçı tərəfindən 116 manat dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddia tələbinin təmin edilən hissəsi üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 125 manat 22 qəpik təşkil edir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 116 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, 9,22 manat ödənilməli olan dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli (125,22-116=9,22), 6,95 manat ödənilməli olan dövlət rüsumu İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir (132,17-125,22=6,95). Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi mülki iş üzrə 4 dəfə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmişdir. 1-ci ekspertizanın dəyəri 100 manat, 2-ci ekspertizanın dəyəri 100 manat, 3-cü ekspertizanın dəyəri 50 manat, 4-cü ekspertizanın dəyəri 110 manat, ümumilikdə 360 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən xərcin 200 manatı cavabdehdən, 160 manatı idə iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11740,73 manat borc və ödənilmiş 116 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddianın verilməsinə görə ödənilməli olan 6,95 manat dövlət rüsumu İddiaçı MMCdən tutularaq Dövlət büdcəsinə ödənilsin. İddianın təmin edilən hissəsinə münasibətdə ödənilməli olan 9,22 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh, 160 manat isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, AZ34CTRE********************; X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-120/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-120/2023
28.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver