Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1214/2023 05.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı və nümayəndəsi və vəkili Vəkil iştirakı İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19175 (on doqquz min yüz yetmiş beş) manat əsas borcun (həmin məbləğin illik 5%-nin 958.75 manatın (əldən çıxmış fayda), tərəfindən vəkilə ödənilmiş 101 manat məbləğində xidmət haqqının, 150 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixində 20000 manat məbləğində borc müqaviləsi bağlamışlar. Həmin pulu cavabdeh ona hər ay üzrə 556 manat ödəniş olmaqla qısa bir müddətdə qaytarmalı idi. Lakin, cavabdeh tərəfindən verilmiş borcu ona tam şəkildə qaytarmır. Beləki, həmin 20000 manatdan borcdan cavabdeh ona cəmi 825 manatı qaytarmışdır. Cavabdehin hal-hazırda ona olan borcu 19175 manat təşkil edir. Cavabdehə tərəfindən borcunun qaytarılmasına dair xx.xx.2022-ci il tarixində pritenziya qaydasında göndərmiş olduğu müraciəti cavabsız qalmışdır. Buna görədə o, cavabdehdən pulunun geri alınması üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı və nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdilər, eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh Ə.X.Sevdimovun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutları hərtəfəli tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan 29 dekabr 2021-ci il tarixli, kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 29 dekabr 2024-cü il tarixədək qaytarmaq şərti ilə 20000 manat məbləğində borc pul vermişdir və aralarında kredit müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. İş əlavə olan 21 dekabr 2022-ci il tarixli 531 saylı ödəniş qəbzdən məlum olur ki, İddiaçı Bakı şəhəri 11 saylı Vəkil Bürosuna 100 manat ödəniş etmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alıqmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər arasında 29 dekabr 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır, cavabdeh həmin borcu 29 dekabr 2024-cü il tarixə qədər qaytarmalı olduğu halda üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir, ümumilikdə 825 manat iddiaçıya borcdan qaytarmışdır və hazırda iddiaçıya 19175 manat pul borclu qalmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissəs təmin edilməli və tələb edilən məbləğ cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin əldə çıxmış faydanın əvəzi olaraq məbləğin illik 5%-nin yəni 958,75 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin etmir. Belə ki, borc müqaviləsi bağlanarkən cavabdeh belə bir öhdəlik götürməmiş və müqavilədə belə bir öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 19175 (on doqquz min yüz yetmiş beş) manat məbləğində pulun, həmçinin ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödədiyi 100 (yüz) manat tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-1214/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1214/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver