Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1228/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə 20 may 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10269.38 ( on min iki yüz altmış doqquz manat otuz səkkiz qəpik) manat əsas, 263.34 ( iki yüz altmış üç manat otuz dörd qəpik) manat faiz, cəmi 10532.72 ( on min beş yüz otuz iki manat yetmiş iki qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 122.00 ( yüz iyirmi iki manat ) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, X4 şəxsi (istehlak) məqsədləri üçün 36 ( otuz altı ) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 14900 ( on dörd min doqquz yüz manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında xx.xx.2022-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, X3 xx.xx.2023-cü il tarixinə əsas borcu 10269.38 ( on min iki yüz altmış doqquz manat otuz səkkiz qəpik ) manat, faiz borcu 263.34 ( iki yüz altmış üç manat otuz dörd qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №361720 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdikləri məlumata əsasən X3 vəfatından sonra Sumqayıt şəhər 1 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2023-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2023-ci il tarixində vərəsəlik işi açılmışdır və X3 vərəsəsi – ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, X3 vərəsəsi Cavabdeh bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Eyni zamanda qeyd edirlər ki, xx.xx.2022-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununlа dа cavabdehin vərəsəsindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehin «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 10532.72 ( on min beş yüz otuz iki manat yetmiş iki qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehin vərəsəsi tərəfindən ödənilməsi təmin еdilməlidir. Qeyd edilənlərə əsaəsn iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı ASC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki Cavabdeh tərəfındən ödəniş olunmuşdur. Bu səbəbdən də iddia tələbinin həcminin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh sonuncu ödənişini 22,04.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6069.38 (altı min altmış doqquz manat otuz səkkiz qəpik) manat əsas, 263.34 ( iki yüz altmış üç manat otuz dörd qəpik) manat faiz, cəmi 6332.72 ( altı min üç yüz otuz iki manat yetmiş iki qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 122.00 ( yüz iyirmi iki manat) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh (nümayəndəsi vasitəsilə) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan İddiaçı ASC ilə X6 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsindən görünür ki, X4 İddiaçı ASC-dən 36 ay müddətinə, illik 15 faiz ödəmək şərti ilə 14900 manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışdan görünür ki, X3 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 10269.38 manat əsas, 263.34 manat faiz borcu olmaqla, cəmi 10532.72 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X3 xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə həmin tarixə 6069,38 manat əsas, 263.34 manat faiz borcu olmaqla, cəmi 6332.72 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İşdə olan AZ-İİ 361720 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Lənkəran rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 731 nömrə ilə qeyd edilmişdir. İşdə olan **********251 saylı ərizənin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X2 miras qalmış əmlakı qəbul etmişdir. Miras əmlak Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, 8 saylı mənzildən ibarətdir. İşdə olan **********386 saylı ərizənin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X2 miras qalmış əmlakı qəbul etmişdir. Miras əmlak "xxxx" ASC-də olan pul məbləğindən ibarətdir. İşdə olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon,ev 20A, 8 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X3 adına ********* qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İşdə olan AZ T 067233 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1983-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası X5r. İşdə olan **********76 saylı ərizənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə vəfat etmiş oğlu X2 miras qalmış bütün əmlakın ona çatası payından imtina etmişdir. İş materiallarında olan AZ İİ 233917 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X11 xx.xx.2017-ci il tarixdə nikaha girərək ailə qurmuşlar və bu nikah 33324 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Süleymanova soyadı verilmişdir. İşdə olan AZ-İV 650257 saylı və AZ-İV 650256 saylı haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 ilə Cavabdeh birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü Süleymanlı Səkinə Elman qızı adlı yetkinlik yaşına çatmayan iki övladı doğulmuşdur. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, 8 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu X6 xx.xx.2023-cü il tarixdə ölmüş, nəticədə müqavilə üzrə öhdəliklər icra edilməmiş qalmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). İşdə olan xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqıqnda şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələri Cavabdeh, X10 və Süleymanlı Səkinə Elman qızıdır. Onların hər biri mərhumdan miras qalmış əmlakdan (Sumqayıt şəhəri, 18-ci mikrorayon,ev 20A, 8 saylı mənzil) 1/3 hissədə irs almalıdır. İşdə olan miras payın bağışlanması barədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsaəsn X10 və Süleymanlı Səkinə Elman qızı Sumqayıt şəhəri, 18-ci mikrorayon,ev 20A, 8 saylı mənzilə dair xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara çatası miras paylarını Cavabdeh bağışlamışdırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh X2 miras qalmış Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, 8 saylı mənzili və digər miras əmlakları qəbul etdiyindən İddiaçı ASC ilə X6 arasında xx.xx.2022-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə yaranmış borcun borclunun hüquqi varisi Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Belə olan halda, məhkəmə hesab edir ki, X3 vərəsəsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən 6069.38 manat əsas, 263.34 manat faiz borcu olmaqla, cəmi 6332.72 manat borc tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 122 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6069,38 (altı min altmış doqquz manat otuz səkkiz qəpik) manat əsas, 263,34 (iki yüz altmış üç manat otuz dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 6332,72 (altı min üç yüz otuz iki manat yetmiş iki qəpik) manat borc, həmçinin ərizəyə görə ödənilmiş 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-1228/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1228/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver