Məhkəmə qərarları › İş №e-2(060)-1236/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1236/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1236/2024 06.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13405 ( on üç min dörd yüz yüz beş manat ) manatın və 131 manat dövlət rüsumunun əvəzinin tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 25 ildir ki yaxın rəfiqədir. Cavabdeh faizə pul almış və borcu yaranmışdır. İddiaçıyla aralarında olan 25 illik dostluqdan və etimaddan istifadə edərək iddiaçıdan borc istəmişdir ki, öz borcunu bağlaya bilsin. Cavabdeh borcunu bağlaya bilmədiyi təqdirdə evdən çıxarılacağını bəhanə edərək iddiaçıdan borc istəmişdir. İddiaçı 2022-ci ilin dekabr ayında cavabdehə iş yoldaşları ilə birlikdə oynadığı lotereyanın pulu olan 7000 ( yeddi min) manat vermişdir. Cavabdeh isə maddi vəziyyəti bir az düzələn kimi pulu iddiaçıya qaytarmağı öz öhtəsinə götürmüşdür. Lakin sonradan cavabdeh maddi sıxıntılarının artdığını bildirərək, iddiaçıdan ona bir az da borc verməyini xahiş etmişdir. Bu dəfə də iddiaçı yoldaşının bankdan illik 23%-lə götürdüyü 4054 (dörd min əlli dörd) manat pulu cavabdehə vermiş və cavabdeh də hər ay 580 manat ödəməklə borcu iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Eyni zamanda həmin gün də cavabdehə əlbəəl 500 (beş yüz) manat əlavə pul vermişdir. Cavabdeh iddiaçıya bankadan götürülmüş puldan sadəcə 150 manatını qaytarmışdır. Pulu yavaşyavaş qaytardığını bildirərək etimaddan istifadə etməklə iddiaçıdan bir daha borc almışdır. İddiaçı cavabdehə vermək üçün faizə 2000 (iki min) manat götürmüşdür. Ümumilikdə isə cavabdehin iddiaçıya 13405 (on üç min dörd yüz beş) manat borcu vardır. Cavabdehə bir neçə dəfə borcunu qaytarması barədə müraciət olunsa da, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. Onu da qeyd edir ki, cavabdehin iddiaçıdan borc alması, borcunu qaytarmaqdan boyun qaçırması barədə səs yazıları və votsap danışıqları da mövcuddur və məhkəmə iclasında təqdim olunacaqdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, bildirdi ki, məhkəməyə təqdim etdikləri “whatsapp” yazışmaları, iddiaçı və cavabdeh arasında olan səs yazıları və işin hallarından məlum olur ki, iddia tələbləti əsaslıdır. Cavabdehin məhkəmə iclaslarına gəlməməsi işin suni surətdə uzadılmasına yönəlmiş hərəkətdir. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçıdan 7000 manat və 500 manat olmaqla borc almışdır. Bir il boyunca hər ay 580 manat olmaqla borcunu qaytarmışdır. Digər 500 manatln isə 400 manatını iddiaçıya qaytarmışdır. İddiaçıya başqa borcu yoxdur. İddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı tərəfindən təqdim edilən, iddiaçı ilə cavabdeh arasında olan “whatsapp” yazılarının screenshootlarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında borc münasibətləri mövcuddur. xx.xx.2023-cü il tarixli, GTZK**********9 saylı kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, iddiaçının əri X1 48 ay müddətinə illik 23 faizlə 4054 manat kredit götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş elektron daşıyıcıda olan səs yazılarından müəyyən edilir ki, cavabdeh iddiaçıdan maddi vəziyyəti ilə əlaqədar kömək istəyir. (iddiaçı qeyd edir ki, həmin səs yazıları cavabdehə məxsusdur) Həmin səs yazılarından birində iddiaçı cavabdehə verdiyi pulun qaytarılmaması ilə bağlı narazılığını bildirir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh uzun müddətdir tanıdığı iddiaçıya borcu olduğunu, borcunu bağlaya bilmədiyi təqdirdə evdən çıxarılacağını bəhanə edərək iddiaçıdan borc istəmişdir. İddiaçı 2022-ci ilin dekabr ayında cavabdehə iş yoldaşları ilə birlikdə oynadığı lotereyanın pulu olan 7000 ( yeddi min) manat vermişdir. Cavabdeh isə maddi vəziyyəti bir az düzələn kimi pulu iddiaçıya qaytarmağı öz öhtəsinə götürmüşdür. Lakin sonradan cavabdeh maddi sıxıntılarının artdığını bildirərək, iddiaçıdan ona bir az da borc verməyini xahiş etmişdir. Bu dəfə də iddiaçı ərinin bankdan illik 23%-lə götürdüyü 4054 (dörd min əlli dörd) manat pulu cavabdehə vermiş və cavabdeh də hər ay 580 manat ödəməklə borcu iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Eyni zamanda həmin gün də cavabdehə əlbəəl 500 (beş yüz) manat əlavə pul vermişdir. Cavabdeh iddiaçıya bankdan götürülmüş puldan sadəcə 150 manatını qaytarmışdır. Pulu yavaş-yavaş qaytardığını bildirərək etimaddan istifadə etməklə iddiaçıdan bir daha borc almışdır. İddiaçı cavabdehə vermək üçün faizə 2000 (iki min) manat götürmüşdür. İddiaçı qeyd edilən məbləğləri hesablayaraq ümumilikdə 13405 manat borc tələb edir. Lakin hesablama zamanı cavabdehin 13404 manat borcu olduğu məlum olur. Odur ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 13404 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına dair hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 0,3 faizi qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 13404 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 131 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13404 manat borc və ödənilmiş 131 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar