Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-126/2024 15.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı “PSG X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “PSG X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yöndəlilməsi tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “PSG X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı - "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti və cavabdeh - Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli, 3248 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, əsas borc məbləği 6.554,70 (altı min beş yüz əlli dörd manat yetmiş qəpik) manat, kredit üzrə hesablanmış faiz məbləği 109,25 (bir yüz doqquz manat iyirmi beş qəpik) manat, kredit üzrə gecikmiş borc məbləği 7.698,41 (yeddi min altı yüz doxsan səkkiz manat qırx bir qəpik) manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 6.001,34 (altı min bir manat otuz dörd qəpik) manat olmaqla, cəmi 20.363,70 (iyirmi min üç yüz altmış üç manat yetmiş qəpik) manat məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 152 (bir yüz əlli iki) manat məbləğdə dövlət rüsumunun cavabdeh - Cavabdeh1 tutularaq birdəfəlik şəkildə iddiaçı - İddiaçıBank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********88-05101-093091, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə cavabdeh - Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31.3 kv.m. olan 88 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı - "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh - Cavabdeh1 tutularaq iddiaçı -"xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi, iddia tələbi üzrə tutma həmin mənzilə yönəldildikdə və mənzil satıldıqda cavabdehlər - Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən məcburi qaydada çıxarılması və ipoteka predmeti olan həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı - "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti (bundan sonra mətndə İddiaçı BOKT MMC adlandırılacaq) ilə cavabdeh - Cavabdeh1 arasında 29 sentyabr 2021-ci il tarixli, 3248 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh1 30 (otuz) ay müddətinə, illik 24 (iyirmi dörd) % dərəcəsi olmaqla, 15.000 (on beş min) manat məbləğdə kredit verilib. 29 sentyabr 2021-ci il tarixli, 3248 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin təminatı qismində, iddiaçı - İddiaçı BOKT MMC (ipoteka saxlayan) ilə cavabdeh – Cavabdeh2 (ipoteka qoyan) arasında 29 sentyabr 2021-ci il tarixli, 3248 nömrəli ipoteka müqaviləsi bağlanıb. Həmin Müqaviləyə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31.3 kv.m. olan 88 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka müqaviləsinə əsasən, yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********88-05101-093091, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınıb. xx.xx.2021-ci il tarixli, 3248 nömrəli kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 (bir) % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 48 (qırx səkkiz) % olmaqla faiz hesablana bilər. Həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə əsasən, bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya Borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Bildirmək istəyir ki, cavabdeh - Cavabdeh1 1 (bir) ildən artıqdır ki, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini gecikdirib. İddiaçı - İddiaçı BOKT MMC tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilməyib. 25 may 2023-cü il tarixli, 2 nömrəli maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh1 29 sentyabr 2021-ci il tarixli, 3248 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 6.554,70 (altı min beş yüz əlli dörd manat yetmiş qəpik) manat, kredit üzrə hesablanmış faiz məbləği 109,25 (bir yüz doqquz manat iyirmi beş qəpik) manat, kredit üzrə gecikmiş borc məbləği 7.698,41 (yeddi min altı yüz doxsan səkkiz manat qırx bir qəpik) manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 6.001,34 (altı min bir manat otuz dörd qəpik) manat olmaqla, cəmi 20.363,70 (iyirmi min üç yüz altmış üç manat yetmiş qəpik) manat təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubları ünvanlanıb. Buna baxmayaraq cavabdehlər hələ də öz öhdəliklərini icra etməyiblər. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. iddiaçı - İddiaçı BOKT MMC və cavabdeh - Cavabdeh1 arasında 29 sentyabr 2021-ci il tarixli, 3248 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində iddiaçı və cavabdeh - Cavabdeh2 arasında 29 sentyabr 2021- ci il tarixli, 3248 nömrəli ipoteka müqaviləsi bağlanılıb. Sözügedən kredit müqaviləsi üzrə, iddiaçı öz üzərinə düşən öhdəliyi tam icra edərək cavabdeh - Cavabdeh1 kredit verib. Lakin buna baxmayaraq o, müqavilədə nəzərdə tutulmuş qaydada bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq ödənişi həyata keçirmir. İddiaçı tərəfindən tərtib edilmiş 25 may 2023-cü il tarixli, 2 nömrəli maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh1 29 sentyabr 2021-ci il tarixli, 3248 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 6.554,70 (altı min beş yüz əlli dörd manat yetmiş qəpik) manat, kredit üzrə hesablanmış faiz məbləği 109,25 (bir yüz doqquz manat iyirmi beş qəpik) manat, kredit üzrə gecikmiş borc məbləği 7.698,41 (yeddi min altı yüz doxsan səkkiz manat qırx bir qəpik) manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 6.001,34 (altı min bir manat otuz dörd qəpik) manat olmaqla, cəmi 20.363,70 (iyirmi min üç yüz altmış üç manat yetmiş qəpik) manat təşkil edir. Nəticə etibarilə, ümumilikdə 20.363,70 (iyirmi min üç yüz altmış üç manat yetmiş qəpik) manat məbləğdə kredit borcu cavabdeh – Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. 29 sentyabr 2021-ci il tarixli, 3248 nömrəli ipoteka müqaviləsinin 2.3-cü maddəsinə əsasən, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 31.3 kv.m. olan 88 saylı mənzilin dəyəri 30.000 (otuz min) manat məbləğdə müəyyən edilib. Beləliklə, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31.3 kv.m. olan 88 saylı mənzilə tutma yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğdə müəyyən edilməklə o açıq hərracda satılması və iddia tələbi üzrə borc satışdan əldə edilən pul vəsaiti hesabına ödənilməlidir. n 29 sentyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən də görünür ki, ipoteka predmeti olan mənzildə yaşayan və orada pasport qeydiyyatında olan cavabdeh - Cavabdeh3 mənzilin ipotekaya qoyulmasına etiraz etmədiyinizi bəyan edərək, öhdəlik icra edilmədiyi təqdirdə evi könüllü tərk edəcəyinə və pasport qeydiyyatından çıxacağına dair öhdəlik götürüb. İddiaçının nümayəndəsi A.N.Həsənov eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “PSG Finans BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3248 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 24 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat kredit verilmişdir. Eyni zamanda müqaviləyə əlavə olunan 1 saylı Əlavəyə əsasən Cavabdeh1 hər ay 669,75 manat olmaqla 30 ay müddətinə kredit məbləğini tam ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə “PSG Finans BOKT MMC” arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3248 saylı İpoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 31.3 kv.m. olan 88 saylı mənzil “PSG Finans BOKT MMC”-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi xx.xx.2021-ci il tarixində ƏMDX yanında DƏDRX tərəfindən qanunvericiliklə müəyyən edilmiş şəkildə dövlət qeydiyyatına alınmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanınvə ipoteka saxlayanın razılığına əsasən 30000 (otuz min) manat məbləğində müəyyən edilmişdir. Bildiriş məktubundan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi üçün xəbərdar edilmişlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli, 9/9050 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli, 3248 saylı kredit müqaviləsi şərtləri əsas götürməklə Cavabdeh1 xx.xx.2023-cü il tarixədək banka 14391,08 manat əsas borc, 4739,46 manat faiz borcu təşkil edir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3248 saylı əsas kredit müqaviləsi bağlanmışdır və bank tərəfindən cavabdehə 30 (otuz) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh2 29 sentyabr 2021-ci il tarixdə iddiaçıyla 3248 saylı ipoteka müqaviləsi bağlayaraq mülkiyyət hüququ Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 31.3 kv.m. olan 88 saylı mənzili Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3248 saylı kredit müqaviləsi ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün İddiaçı BOKT MMC-də ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsindən göründüyü kimi, Cavabdeh1 İddiaçı BOKT MMC-yə olan borcu xx.xx.2023-cü il tarixinə əsas borc üzrə əsas borc üzrə 14391 manat, faiz borcu üzrə 4739,46 manat müəyyən edilmişdir. Məhkəmə əsas borcun məbləğinin və faiz borcunun iddia tələbində qeyd olunan olmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88‐ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,421.3,423.2,424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421,3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, iddiaçı MMC tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi barədə bildiriş göndərilməsi və borcun tutulması barədə iddia qaldırdığı andan müqavilə ləğv edilmiş hesab edildiyindən həmin hissədə iddia tələbinin təmin edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 7698,41 manat məbləğində gecikmiş borc məbləği (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 500 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 6554,70 manat əsas, 109,25 manat faiz, 500 manat gecikmiş borc məbləği, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 6001,34 manat olmaqla, cəmi 13165,29 manat məbləğdə kredit borcu və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 152 manat məbləğində dövlət rüsumu İddiaçı BOKT MMC-yə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31/14 ünvanında yerləşən ümumi sahəsi 31.3 kv.m olan 88 saylı mənzilə yönəldilməli, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31/14 ünvanında yerləşən ümumi sahəsi 31.3 kv.m olan 88 saylı mənzilin ilkin satış qiyməti likvid olaraq 30000 (otuz min) manat müəyyən edilərək, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Məhkəmə tərəfindən mənzilin qiymətləndirilməsi üçün ekspertiza təyin edilsə də, cavabdehlər tərəfindən mənzilə baxış keçirilməsinə şərait yaradılmadığı üçün məhkəmə mənzilin likvid dəyərini ipoteka müqaviləsində qeyd olunan və tərəflər arasında olan razılığa əsasən 30000 (otuz min) manat dəyərində qiymətləndirir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mönasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş özrə ödənilmiş dövlət rösumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərli 100 (bir yüz) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 6554 (altı min beş yüz əlli dörd) manat 70 (yetmiş) qəpik əsas borc, 109 (bir yüz doqquz) manat 25 (iyirmi beş) qəpik kredit üzrə hesablanmış faiz məbləği, 500 (beş yüz) manat kredit üzrə gecikmiş borc məbləği, 6001 (altı min bir) manat 34 (otuz dörd) qəpik kredit üzrə gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 13165 (on üç min yüz altmış beş) manat 29 (iyirmi doqquz) qəpik kredit borcu və 152 (bir yüz əlli iki) manat dövlət rüsumu iddiaçı “PSG Finans BOKT MMC”-nin хеyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31/14 ünvanında yerləşən ümumi sahəsi 31.3 kv.m olan 88 saylı mənzilə yönəldilsin. Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31/14 ünvanında yerləşən ümumi sahəsi 31.3 kv.m olan 88 saylı mənzilin ilkin satış qiyməti likvid olaraq 30000 (otuz min) manat müəyyən edilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəlsin. Borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh2 qaytarılsın. Ekspertiza tədqiqatının dəyərli 100 (bir yüz) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-126/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-126/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver