Məhkəmə qərarları › İş №e-2(060)-1312/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1312/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1312/2025 30.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********98 nömrəli, xx.xx.2019-cuil tarixli istehlak müqaviləsinə əsasən, nağd kredit müqaviləsi üzrə 452,78 manat borcu, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə X6 arasında bağlanmış BPM**********98 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 12 ay müddətinə, illik 18 faiz dərəcəsi hesanlanmaqla 540 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt Regional notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X4 xx.xx.2019-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2020-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 xx.xx.2021-ci il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Maliyyə arayışına əsasən, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 BPM**********98 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə banka ödənilməmiş 452,78 manat əsas borcu qalmışdır. Miras əmlak, DTXK Sumqayıt Şəhər Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə seriya nömrəsi JN:269OB, KOD:30800086 olan şəhadətnaməyə əsasən, Sumqayıt şəhəri, Saray bağları massivi, 4383 ünvanında yerləşən ümumi sahəsi 0.18 ha olan torpaq sahəsinin X5 məxsus hissəsindən ibarətdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 X1 vərəsələri kimi müəyyən olunmalarına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti cəmi 452,78 manat olduğundan, tərəflərindən 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya 12 ay müddətinə, illik 18 faiz dərəcəsi hesanlanmaqla 540 manat məbləğində nağd kredit verilmişdir. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt Regional notariat ofisi tərəfindən verilən mata əsasən, mərhum X4xx.xx.2019-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin yyənləşdirilməsi üçün xx.xx.2020-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 xx.xx.2021-ci il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Miras əmlak Sumqayıt şəhəri ərazisində yerləşən torpaq sahəsindən ibarətdir. Müqavilə 1 illik bağlanmışdır. Borclu tərəfindən son ödəniş 14 oktyabr 2019-cu ildə olmuşdur.

4. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, 60 yaşdan yuxarı şəxslər kredit götürən zaman bank bunu sorğu etməlidir. Anasının borcu olduğunu o vəfat etdikdən sonra bankın əməkdaşları onlara bildirmişdir. Banka yaxınlaşan zaman borcu ödəmək imkanlarının olmadığını bildirmişdirlər.

5. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, X6 bankdan kredit götürərkən onun heç bir məlumatı olmamışdır. 6 il sonra bankdan ona bu barədə bildiriş gəlmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçı "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********98 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 12 ay müddətində (xx.xx.2020-ci il tarixədək) 540 manat məbləğində kreditdən istifadəyə görə illik 18 faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür.

8. xx.xx.2019-cu il tarixli, BPM**********98 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, ödənişlərin icra edilməsi müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020ci il tarixədək müəyyən edilmişdir.

9. AZ-İİ 048361 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 1945 nömrə ilə qeyd edilmişdir.

10. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dur, şəhadətnamə əsasında verilən miras əmlak DTXK Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X5 verilmiş, seriya nömrəsi JN:2690B, kod:3080086 olan şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi, 4383 ünvanında yerləşən, ümumi sahəsi 0,18 ha olan torpaq sahəsindən ibarətdir.

11. İddiaçı "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin 3 gün müddətində tam şəkildə yerinə yetirilməsi tələb edilmiş, əks halda tərəfindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

12. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 17 dekabr 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, X4 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 452,78 manat əsas borcu vardır.

Məhkəmə baxışının hədləri:

13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. -1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

17. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

18. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, bank borcalana 12 ay müddətində (xx.xx.2020-ci il tarixədək) 540 manat məbləğində kreditdən istifadəyə görə illik 18 faiz ödəmək şərtilə kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. X6 16 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə cavabdehlər X4 qanun üzrə vərəsələridir.

19. Sözügedən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən X4 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

20. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilələr üzrə öhdəlik tam olaraq icra edilməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdehlər borclunun vərəsəsi olaraq mirası qəbul etmələrinə baxmayaraq miras qoyanın bank qarşısında borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.

21. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X4 "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli, BPM**********98 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 452,78 manat pul vəsaiti onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır.

22. Belə ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

24. Hazırki işdə cavabdehə yuxarıda adı qeyd edilən kredit müqaviləsi üzrə X2ndan miras qalmış əmlak DTXK Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X5 verilmiş, seriya nömrəsi JN:2690B, kod:3080086 olan şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi, 4383 ünvanında yerləşən, ümumi sahəsi 0,18 ha olan torpaq sahəsindən ibarət olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır.

25. Buna görə də iddia tələbi təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2019-cu il tarixli, BPM**********98 nömrəli kredit müqaviləsi üzrə 452 (dörd yüz əlli iki) manat, 78 (yetmiş səkkiz) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti və 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə verilməlidir.

Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2019-cu il tarixli, BPM**********98 nömrəli kredit müqaviləsi üzrə 452 (dörd yüz əlli iki) manat, 78 (yetmiş səkkiz) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti və 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar