Məhkəmə qərarları › İş №e-2(060)-132/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-132/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-132/2024 22.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh (bundan sonra cavabdeh) 26 iyul 2022-ci il tarixdə İddiaçı MMC-dən (bundan sonra iddiaçı) 20 000 manat məbləğində pul vəsaiti alaraq, 1 ay müddətinə qaytaracağına vəd vermiş, lakin pul vəsaitini aldıqdan artıq 1 ildən də artıq bir müddətin keçməsinə baxmayaraq, cavabdeh hal-hazıradək ona verilmiş pul vəsaitini cəmiyyətin xəzinəsinə qaytarmamışdır. Bu barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də cavabdeh cəmiyyətdən aldığı pul vəsaitini qaytarmaqdan imtina etmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-nin rəhbərliyinin ona inamından suiistifadə edərək, ona 20 000 manat məbləğində pul vəsaiti lazım olmasını bildirmiş, həmin məbləği 01 sentyabr 2022-ci il tarixədək cəmiyyətə qaytaracağına vəd vermişdir. Cəmiyyətin rəhbəri ona inanmış, həmin məbləğdə pul vəsaitini 26 iyul 2022-ci il tarixdə xəzinədən məxaric edərək ona vermişdir. Sonradan cavabdeh həmin pul vəsaitini 2022-ci ilin dekabr ayının axırınadək qaytaracağına vəd vermiş, lakin bu dəfə də öz öhdəliyini yerinə yetirməmişdir. İddiaçı həmin pul vəsaitini cavabdehdən tələb etdikdə isə cavabdeh həmin pul vəsaitini qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmiş, daha sonra Cəmiyyətin rəhbərliyinə məlum olmuşdur ki, cavabdeh bu yolla bir çox şəxslərin etibarından sui-istifadə edərək, müxtəlif məbləğlərdə pul vəsaitləri almış, onun barəsində bir çox hüquq mühafizə orqanlarına şikayətlər edilmişdir. Cavabdeh İddiaçı MMC-dən 20 000 manat məbləğində pul vəsaitini alan zaman kassa məxaric orderinə imza etmiş, həmin orderdə də, ona verilən pul vəsaitinin borc məqsədi ilə olması qeyd edilmişdir. Cavabdehə borcu qaytarması barədə yazılı bildiriş də göndərilmiş, cavabdeh həmin bildirişə də öz münasibətini bildirməmiş, iddiaçıdan aldığı borcu qaytarmamışdır. Cavabdehlə iddiaçı arasında Forma-KO-2 tipli kassa məxaric orderi imzalanmışdır ki, bu tərəflər arasında olan yazılı müqavilə qüvvəsinə malikdir. İşin əsl halı ondan ibarətdir ki, cavabdeh iddiaçıdan həmin məbləğdə pul vəsaitini alan zaman qaytarmasına vəd versə də, əslində onun məqsədi həmin pul vəsaitini mənimsəmək olmuşdur. Onun həmin borcdan heç bir məbləğdə pul qaytarmaması isə onun bu niyyətini təsdiq edir. Göründüyü kimi Cavabdeh İddiaçı MMC-dən aldığı pul vəsaitini qaytarmamaqla iddiaçıya 20 000 manat məbləğində zərər vurmuşdur. Cavabdeh 20 000 manat məlbəğində pul vəsaiti alınaraq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh 26 iyul 2022-ci il tarixdə iyirmi min manat məbləğində İddiaçı MMC tərəfindən borc pul verilmişdir. Həmin məbləği bir ay müddətində qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin həmin məbləği qaytarmamışdır. Dəfələrlə qarşı tərəfə bildirilməsinə baxmayaraq sonrakı aylarda qaytaracağı barədə vədlər vermişdir. Sonda iş o həddə çatmışdır ki, bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı MMC tərəfindən tərtib olunmuş borc müqaviləsində borcun ödənilməsi müddəti nəzərdə tutulmamışdır. Bu razılaşma şifahi formada olmuşdur. Borc pul qismində verilməsi kassa məxaric orderində göstərilmişdir. Borc müqaviləsi pulun və ya əşyanın digər şəxsin mülkiyyətinə verilməsini nəzərdə tutur. Digər tərəfdə həmin əşyanı və ya pulu vaxtında digər tərəfə qaytarmağı öhdəsinə götürür. Borc verilir sözü yazılıbsa bu artıq onun qaytarılmasına dəlalət edir. O şəxsən həmin məsələrdə iştirak etmiş, cavabdeh şəxsi ehtiyacları üçün onun yanında qəbzə, kassa məxaric orderinə qol çəkmiş və şirkətdən iyirmi min manat miqdarında pul götürmüşdür. Mühasib pulu bankdan çıxarmış və onun yanında qəbzə qol çəkdirib, pulu təqdim etmişdirlər. Hesabdan çıxarışdan görünür ki, bankdan pul çıxarıldıqda digər ödənişlər qismində pulu çıxartmışlar. Bankdan pulu çıxartmış, gətirmiş, kassaya mədaxil və daha sonra məxaric etmişlər. Kassadan məxaric etdikdə artıq pulun təyinatı borc qismində olmuşdur. Əgər birbaşa cavabdehin hesabına yüklənsə idi pulun təyinatı borc göstərərdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, borc müqaviləsində müddət və borcun əvəzli və yaxud əvəzssiz verilməsi nəzərdə tutulmalıdır. Həmin ay və yaxud il üzrə mənfəət bəyannaməsi ilə vergi orqanlarına sorğu göndərilməli və həmin hesabatlarda qeyd olunmalı idi. O vergi orqanlarına və banka sorğular göndərilməsini xahiş etmişdir. Həmin sənədin təyinatı göstərilməmişdir. Tələb etdikləri məbləğ maxinasiyadır. Onu vergidən yayınmaq üçün etmişdirlər. Borc müqaviləsi təsisçi ilə deyil, fiziki şəxs ilə bağlanmalıdır. Şirkət tərəfindən verilsə idi, həmin məbləğ onun hesabına keçirilməli idi. Əlbəəl borc müqaviləsi olmur. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC tərəfindən verilmiş **********2 nömrəli, xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, "xxxx" MMC-in direktoru Cavabdeh iyirmi min manat məbləğində borc vermişdir. İddiaçı MMC tərəfindən Cavabdeh Taleh oğluna ünvanlanmış bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən ona 20.000 manat məbləğində borc pul verilmiş, onun həmin pul vəsaitini 5 ay ərzində qaytarmalı olmasına baxmayaraq, hal-hazıradək pul vəsaitini İddiaçı MMC-yə qaytarmamışdır. Onun İddiaçı MMC-dən borc aldığı 20.000 manat məbləğində pul vəsaitini 5 gün müddətində qaytarmadığı təqdirdə həmin pul vəsaitinin ondan alınması barədə məhkəməyə müraciət edəcəyini nəzərinə çatdırmışlar. Dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 150 manat manat məbləğində dövlət rüsumu ödəmişdir. Hesabdan çıxarışdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə 20000 manat məbləğində digər ödənişlər m3 növündə məxaric olunmuşdur. İddiaçı 2022-ci il üzrə mənfəət vergisinin bəyannaməsindən görünür ki, 2022-ci il üzrə vergiyə cəlb olunan mənfəət 46,647.65 manat, mənfəət vergisinin dərəcəsi 20 manat olmaqla mənfəəət vergisi 2,332.38 manat olması göstərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5522/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair e-2(060)-5522/2023 saylı mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Behbudova) Qərardaddan narazı qalan "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5522/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5522/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. (hakim Günel Tanrıverdiyeva) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2161/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5522/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadının ləğv edilməsi, mülki işin mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə tərəfindən sorğu verilmiş və sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********571600 nömrəli Sumqayıt Şəhər Məhkəməsinə ünvalanmış məlumatların təqdim edilməsi barədə məlumatdan görünür ki, məktubda qeyd edilən "xxxx" MMC-nin ( VÖEN **********) və İddiaçı MMC-nin ( VÖEN **********) fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Dövlət reyestr məlumatlarına əsasən bildirmişlər ki, "xxxx" MMC ( VÖEN **********) xx.xx.2012-ci il tarixdə, İddiaçı MMC ( VÖEN **********) xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş sübutların iddia tələbinin əsaslı olmasını şübhə altına alan dəlillər məhkəmə tərəfindən müəyyən edilməyərək, iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Bundan əlavə İddiaçı MMC tərəfindən verilmiş **********2 nömrəli, xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, "xxxx" MMCin direktoru Cavabdeh iyirmi min manat məbləğində borc vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 20000 AZN manat pul vəsaitini iddiaçıdan aldığını kassa məxaric orderi sübut edir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 150 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 20000 manat məbləğində pul vəsaiti və 150 manat dövlət rüsumu alınıb İddiaçı MMC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul və 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar