Məhkəmə qərarları › İş №e-2(060)-1424/2023

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-1424/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1424/2023 24.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 166 saylı, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi, **-KL-*** qeydiyyat nişanlı, “Kia Cerato” markalı nəqliyyat vasitəsi yol vərəqəsi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək günlük 50 manat olmaq şərti ilə icarəyə verilmişdir. Cavabdeh nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixində qəza törətmiş və nəqliyyat vasitəsinə külli-miqdarda zərər dəymişdir. Cavabdehə nəqliyyat vasitəsinin kasko sığortalı olduğunu və hər hansısa sığorta hadisəsi zamanı DYP və Sığorta xidmətinin qaynar xəttinə məlumat verilməsi yazılı və şifahi şəkildə bildirilmişdir. Lakin, buna baxmayaraq cavabdeh hadisə yerindən yayınmış, sözügedən qəza ilə bağlı onlara məlumatı xx.xx.2021-ci il tarixində vermişdir. Bununla bağlı Cavabdeh barəsində xx.xx.2021-ci ildə İXM-nin 327.1-ci və 327.6-ci maddələri (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinin sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınması) ilə protokol tərtib olunmuşdur. Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş və lazımınca icra edilməmişdir. Müstəqil ekspert tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərər 1790 manat məbləğində hesablanmışdır. Əlavə olaraq cavabdehlə aralarında bağlanılmış 166 saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 3.9-cu bəndinə əsasən, avtonəqliyyat vasitəsi qəza baş verdiyi gündən təmirdən çıxan günədək bir günlük icarə haqqının 70 faizi icarəçi tərəfindən icarədara ödənilməlidir. Qəza xx.xx.2021-ci il tarixində baş vermiş, lakin nəqliyyat vasitəsi təmir üçün servisə aparılması xx.xx.2021-ci il tarixində təmin olunmuşdur. Avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təmirxanada olmuş, ümumilikdə 9 gün icarəyə verilmək statusunda olmamışdır. Belə ki, Cavabdeh 1790 manat zərərə görə, 315 manat müqavilənin 3.9-cu bəndinə görə, ümumilikdə 2105 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etsələr də, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, dəymiş zərərin qarşılanmasının təmin edilməsi üçün heç bir səy göstərməmişdir. Göstərilənlərə əsasən Cavabdeh 2105 manat əsas borc və ödənilmiş 43 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu iclasla bağlı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda, işə qiyabi icraat qaydasında baxılmasına etiraz edilmədiyi bildirilmişdir.

4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və yaşadığı ünvanda olmadığından məhkəmə tərəfindən göndərilmiş bildiriş və digər sənədlər geri qaytarılmışdır.

6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyinə dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 166 saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı MMC (icarəyə verən) müqavilə predmeti olan “Kia Cerato” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh (icarəyə götürən) xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icarəyə verməyi, icarəyə götürən də öz növbəsində icarənin hər günü üçün 50 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

10. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, bu müqavilə üzrə icarəyə verilən avtonəqliyyat vasitəsi tərəflərin razılığına əsasən 15500 manat dəyərində qiymətləndirilir.

11. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunan icarəyə verilən avtomobilin təhvil-təslim aktından görünür ki, icarəçi Cavabdeh “Kia Cerato” markalı, **- KL-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə təhvil almış və xx.xx.2021-ci ildə təhvil vermişdir.

12. İşin materiallarında olan № 166 saylı yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə məxsus “Kia Cerato” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2021-ci il, saat 17:30-dək idarə etmək hüququ vardır.

13. İş materiallarında olan “Müstəqil ekspert Yaşar Şabanov” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “qüsur aktı”ndan görünür ki, “Kia Cerato” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1790 manat təşkil edir.

14. İşin materiallarında olan Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş İXP ******* №li, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “Kia Cerato” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir.

15. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, , “Kia Cerato” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təmirxanada olmuşdur.

16. İşin materiallarında olan Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, ***-**** saylı məktubundan görünür ki, “Kia Cerato” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barədə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə çıxarılmış TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən olan inzibati cərimənin xx.xx.2021-ci il tarixdə ödənilməsi məlum olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Kia Cerato” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci tarixdən xx.xx.2021-ci il tarixədək icarə götürən Cavabdeh aralarında bağlanmış icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək, iddiaçıya ziyan vurmuşdur.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Göstərilən Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

22. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

23. Göstərilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

25. İş materiallarından göründüyü kimi cavabdeh icarəyə götürdüyü “Kia Cerato” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə yerindən yayınmış və nəticədə avtomobilə 1790 manat ziyan dəymişdir.

26. Buna görə məhkəmə hesab edir ki, cavabdeh vurduğu zərərə görə iddiaçı qarşısında məsuliyyət daşımalıdır.

27. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 166 saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 3.5-ci bəndinə əsasən bütün sığorta hadisələri ilə bağlı qaydalar həmin avtomobilin mövcud sığorta müqaviləsinə uyğun həyata keçirilir. Dəymiş bütün ziyan icarəyə götürən tərəfindən ödənilir.

28. Bundan əlavə, məhkəmə iddia tələbinin “315 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir.

29. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 166 saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 3.9-cu bəndinə əsasən qəza vaş verən zaman müqavilənin 3.2ci bəndində göstərilən 1000 manat depozit azadolma məbləği kimi icarəçi tərəfindən icarəyə verənə ödənildikdən sonra avtonəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan təmirdən çıxdığı vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir.

30. İş materiallarından göründüyü kimi Cavabdeh “Kia Cerato” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədərək, hadisə yerindən yayınmış, həmin avtomobili xx.xx.2021-ci il tarixdə MMC-yə təhvil vermişdir. Həmin avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təmirxanada olmuşdur.

31. Göründüyü kimi avtonəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan təmirdən çıxdığı vaxtadək olan günlərin sayı 9-dur.

32. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin 3.9-cu bəndi nəzərə alınmaqla, 315 manat (50 x 70% = 35 x 9 gün = 315) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2105 (iki min bir yüz beş) manat (1790+315=2105) məbləğində pul və 43 (qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə verilməlidir.

34. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2105 (iki min yüz beş) manat məbləğində pul və 43 (qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən (qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra) bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar